General Hikmət Həsənov: “Apreldə onlarla düşmən mövqeləri darmadağın edilib” (ÖZƏL)

2018/03/28535808_1022545297885774_526797765_n32_1520098921.jpg
Oxunub: 10696     20:52     03 Mart 2018    
“Mən fəxr hissi ilə qeyd etmək isdəyirəm ki, mənim də zabit kimi ilk xidmətə başladığım hərbi hissə məhz bu hərbi hissə olub. Ona görə də bura mənim üçün doğmadır”.

Ordu.az-ın məlumatına görə, bu sözləri birlik komandiri, general-mayor Hikmət Həsənov N saylı hərbi hissənin yaranmasının 26-cı il dönümünə həsr olunmuş tədbir zamanı bildirib.

Tədbirdə iştirak edən birlik komadiri şəxsi heyyətin qarşısında çıxış edib. O, öz nitqində hərbi hissənin yaranma tarixindən söz açıb: “Bildiyiniz kimi hərbi hissə 1992-ci il mart ayının 3-də, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin göstərişi əsasında yaradılıb.

Tərtər və Goranboy özünümüdafiə dəstələrinin birləşdirilərək formalaşdırıldığı hərbi hissənin yaranmasında Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun müstəsna zəhməti olub. Həmin hissənin ilk komandiri isə elə N.Sadıkovun özü olub. Həmin illər N saylı hərbi hissə cəbhənin Goranboy, Naftalan, Tərtər və Ağdam cəbhəsində müdafiəni təşkil edərək çətin döyüş yolu keçib. Xeyli sayda döyüş əməliyyatlarında nəaliyyət əldə edib”.

Həmçinin general hərbi hissənin aprel döyüşləri zamanı düşmən təxribatının qarşının alınmasında və qarşıya qoyulan döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirdiyini də diqqətə çatdırıb:

“2016-cı ilin aprelində düşmən təxribatının qarşısının alınması zamanı N saylı hərbi hissənin şəxsi heyəti qəhrəmanlıq göstərib. Bununla yanaşı onlar yaşayış məntəqələrimizi daim atəş altında saxlayan onlarla düşmən mövqelərini darmadağın edib. Mən əminəm ki, Ali Baş Komandanın verəcəyi döyüş əmri zamanı - növbəti döyüş tapşırıqlarında da bu hərbi hissə bir daha qəhrəmanlıq nümayiş etdirəcək. Hər birinizə bildirmək isdəyirəm ki, dövlətin ordu quruculuğu istiqamətində apardığı uğurlu siyasət artıq öz bəhrəsini verməkdədir və regionun ən güclü ordusu olan Azərbaycan Ordusu günü-gündən daha da güclənir. Bu da Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyevin ordumuza xüsusi diqqət ayırmasının nəticəsidir. Mən sonda onu da hər kəsin diqqətinə çatdırmaq istəyirəm ki, ordumuz istənilən an Ali Baş Komandan tərəfindən veriləcək əmri uğurla yerinə yetirməyə qadirdir”.

Elgün Gəncimsoy, Tərtər
Ordu.az

Teqlər: I-Ordu-Korpusu   General   Hikmət-Həsənov  

Xəbər lenti

General Hikmət Həsənov: “Apreldə onlarla düşmən mövqeləri darmadağın edilib” (ÖZƏL)

2018/03/28535808_1022545297885774_526797765_n32_1520098921.jpg
Oxunub: 10697     20:52     03 Mart 2018    