İran-Pakistan hərbi əlaqələrinin möhkəmləndirilməsinə ehtiyac var

2018/03/2724370_1520092210.jpg
Oxunub: 998     19:56     03 Mart 2018    
İran Hərbi Hava Qüvvələrinin komandiri general Şah Səfi Pakistan Milli Təhlükəsizlik Müşaviri Nasir Xan Cancua ilə İslamabadda görüşüb.

Ordu.az İran KİV-lərə istinadən xəbər verir ki, görüş zamanı tərəflər hərbi əməkdaşlıq və regional məsələləri müzakirə ediblər.

Məlumata görə, İran HHQ-nin komandiri iki ölkənin də qarşılıqlı əlaqələri mümkün olduğu qədər gücləndirməyə ehtiyacı olduğunu bildirib.

Eyni zamanda Nasir Xan Cancua Pakistan və İranın ortaq gələcəyi olduğuna inandığını və buna görə də ölkələr arasında əməkdaşlığın gücləndirilməsinin qaçılmaz olduğunu söyləyib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: İran   Pakistan  

Xəbər lenti

İran-Pakistan hərbi əlaqələrinin möhkəmləndirilməsinə ehtiyac var

2018/03/2724370_1520092210.jpg
Oxunub: 999     19:56     03 Mart 2018    