Müdafiə, yoxsa hücum?| İran-İsrail müharibəsi Suriya plasdarmında reallaşacaq

2018/03/2_3040183686.jpg
Oxunub: 3972     23:33     03 Mart 2018    
Peyk görüntüləri İsraili vurmağa qadir raketlərin saxlanması üçün Dəməşq yaxınlığında “yeni İran bazası”nın tikildiyini göstərib.

İsrail Hökuməti bununla qırmızı xəttin keçildiyini və Suriyada İranın fəaliyyətinin dayandırılmalı olduğunu düşünür.

İsrailin peyk firması “ImageSat International”dan əldə edilən görüntülər bazada bir cüt yeni raket anqarının peyda olduğunu göstərib. Bu anqarlar İsrail tərəfindən ötən il bombalanan başqa bir İran bazasındakı anqarlara çox oxşayır.

Yeni baza Dəməşqin şimal-qərbindən 8 mil kənarda yerləşir. Bazaya İran İnqilab Keşikçiləri Korpusunun ekspedisiya qolu olan Qüds Qüvvələri nəzarət edir. Məhz bu qüvvələr İranın Suriyadakı təsirini yayır.

Əgər bazada İran raketlərinin saxlandığı təsdiqlənsə, onun mövcudluğu iki əzəli rəqib olan İran və İsrail arasında Suriya üzərindəki gərginliyi daha da artıracaq. Bu gərginlik son aylarda onsuz da xeyli yüksəlib.

Xüsusilə fevralın əvvəlində İsrailin Suriyadan öz hava məkanına daxil olan İran dronunu vurması ilə vəziyyət qızışdı. Hadisə zamanı İsrail F-16 qırıcılarından birini Suriya hökumət qüvvələrinə məxsus HHM raketlərinə uduzdu. İran isə həmin dronun sahibi olduğuna dair iddiaları rədd edir.

Qərb diplomatları və BMT bir daha belə hadisələrin dağıdıcı münaqişəyə yol aça biləcəyinə dair xəbərdarlıq edib. Belə bir münaqişədə İsrail ehtimal ki, İran və onun müttəfiqləri Suriya və Livanla üzbəüz gələcək.

İsrail son yeddi ildir Suriyada davam etməkdə olan müharibədən əsasən kənarda qalıb. Lakin o, İran və "Hizbullah"ın Suriyadakı mövcudluğunu məhdudlaşdırmaq məqsədilə özünün adlandırdığı kimi bir neçə “Qırmızı xətt”lər çəkib.

Bu qırmızı xəttlərdən biri də İranın Suriyada daimi hərbi baza tikmək üçün Əsəd rejimindən və digər müttəfiqlərindən istifadə etməsinin qarşısını almaqdır.

“İran qırmızı xəttləri keçmə səylərinə davam edir. İsrail İran rejiminə terror ilməyini bizim boğazımıza salmasına imkan verməyəcək”, - deyə İsrail Baş naziri Benyamin Netanyahu Münhen Təhlükəsizlik Konfransında bildirib.

Dekabrda İsrail qırıcıları və raketləri Dəməşqdən 8 mil cənubda yerləşən Suriyanın əl-Qisvə şəhərində İrana məxsus olduğu iddia olunan bazaya zərbələr endirdi. Bazanın dağıdılmasından əvvəl peykdən əldə edilmiş görüntüləri orada 30 metr uzunluqda və 20 metr endə ağ anqar olduğunu göstərirdi.

“ImageSat International” bildirir ki, onun peykləri indi də Dəməşqin şimal-qərbində buna bənzər anqarlar təsbit edib.

İsrail hökumətinin siyasəti adətən Suriyada öz zərbələrini nə təsdiqləmək, nə də təkzib etmək istiqamətindədir. Sadəcə yüksək səlahiyyətli rəsmilər nadir halda İran və "Hizbullah"a qarşı hərbi fəaliyyətlərdən açıq şəkildə danışarlar.

İsrail Müdafiə naziri Aviqdor Liberman yeni baza haqqında danışıb: “Biz hadisələri izləyir və deyilənləri dinləyirik. Həmçinin mümkün olan hər şeyə nail olmaq üçün beynəlxalq arenada da fəaliyyətimizi davam etdirəcəyik”.

ABŞ-da yerləşən beyin mərkəzi Müharibələrin Araşdırılması İnstitutu tərəfindən nümayiş etdirilən xəritədə İranın Suriyada onlarla uzun müddətli hərbi təsisatlarının olduğunu göstərir. Bunlara qərargahlar, təlim mərkəzləri və dron bazaları daxildir.

İsrail periodik olaraq əsas obyektlərə bombardman həyata keçirsə də, İran bazalarının yayılmasını dayandırmaqda acizdir.

Cənab Netanyahunun Rusiya prezidenti Vladimir Putini Suriyada İranın genişlənməsini dayandırmağa razı salmağa dair təkrarlanan diplomatik səyləri hələki uğursuzdur.

“Mən düşünmürəm ki, İsrailin İranın Suriyadakı varlığını möhkəmləndirməsinə qarşı qoymağa dair böyük vizyonu olsun”, - deyə “Le Beck” geosiyasi konsultansiyanın rəhbər analitiki Maykl Horouitz bildirib.

“İsrail İrana qarşı taktiki tədbirlər görür, lakin strateji səviyyədə Rusiya ilə danışıqlara cəhd edilir, amma o da işləmir”, - deyə o əlavə edib.

İsrail HHQ-nin keçmiş rəhbər komandirlərindən biri Suriyada İranın mövcudluğunun məhdudlaşdırılması ilə bağlı Rusiya ilə siyasi razılaşma olmadığı təqdirdə İsrail ordusunun İrana bədəl ödətdirmək məqsədilə avizərbələrdən istifadə etməli olduğunu bildirib.

“İrandan İsraili hədəf alan hücum çox təsirsiz olacaq və İsrailin hazırlaşmaq üçün çox vaxtı olacaq. Lakin Suriyaya hücum bir qədər fərqlidir. Çünki Suriya olduqca yaxındır”, - deyə komandir bildirib.

İranın Livanda "Hizbullah"ı silahlandırması və Suriyada bazalar tikməsi adətən İsrail tərəfindən İranın Yəhudi dövlətini məhv etmə niyyətinin sübutu kimi göstərilir.

Lakin əksər analitiklər bunun altında, İranın İsrailin hərbi gücündən çəkindiyinə və müharibəyə istəkli olmadığına inanırlar. Onlara görə İranın bütün cəhdləri sadəcə İsrail və ABŞ-ı öz ərazilərinə hücumdan çəkindirməkdir.

Ümumiyyətlə, bu İranın Suriyada daha çox çəkindirməçilik mexanizmi tətbiq etməsidir. Çünki İran xüsusilə ABŞ administrasiyasının cari niyyətlərindən tam baş aça bilmir. Bu baxımdan, Livan və Suriyada İranın mövcudluğu həm hücum, həm də müdafiə xarakterli olaraq qiymətləndirilməlidir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: İsrail-İran   Suriya-böhranı   Hərbi-baza  

Müdafiə, yoxsa hücum?| İran-İsrail müharibəsi Suriya plasdarmında reallaşacaq

2018/03/2_3040183686.jpg
Oxunub: 3973     23:33     03 Mart 2018    