İsrail xüsusi təyinatlılarından yaxın döyüşün 10 yazılmamış qanunu – I HİSSƏ

2018/03/1_1520006454.jpg
Oxunub: 50226     19:55     02 Mart 2018    
Bu yazıda yaxın döyüşdə sizə birmənalı şəkildə qələbə gətirə biləcək konkret qərarlar təqdim edilməyəcək – artıq effektiv və təhlükəsiz onlarla yol, variant və texnika bənzər suallara cavab axtaranlar üçün yaxşı məlumdur. Bu məqalə (lastday.club saytının yazıları əsasında hazırlanıb) seriyasında əksər insanların diqqət yetirmədiyi və bilmədiyi nüanslara diqqət yetirəcəyik. Söhbət İsrail xüsusi təyinatlılarının məhdud məkanda atəş açmaq mövzusunda (bu termin ingilis dilində “Close Quarters Battle” olaraq fərqləndirilir, abbreviaturası CQB-dir) ən vacib yazılmamış qanunlarından gedir.

Bu günün reallığı xüsusi təyinatlılarda istifadə olunan yaxın döyüş taktikalarının əksər hissəsinin psixoloji araşdırmalar sayəsində deyil, jarqon dili ilə ifadə etsək, hansısa oğlanın başqa bir oğlana dediyi sözlərdən yaranır.

Belə metodlardan bəziləri həqiqətən də meydançada keçiriən “faner” məşqlərində yaxşı işləyir və komanda üzvləri arasında qarşılıqlı anlaşmanı təmin edir. Lakin belə modellər real atəş əlaqəsi halında insanın davranış modelinə tamamiə uyğun gəlmir.

Bu yazının məqsədi insanın stress reaksiyasına uyğun olmayan və instinktlərimizlə kəsişməyən, lakin əvvəlki kimi bütün dünada CQB üçün standart həll yolları çərçivəsində istifadə olunan yanlış strategiyaları fərqləndirməkdir.

1. Baxışınızı nişangaha yönəltməyin

Böyük olmayan və çox sadə təcrübədən başlayaq. Əlinizi irəli uzadın və barmaqlarınızı aralayın. İndi diqqətlə istənilən barmağınıza baxın – siz onu bütün detalları ilə birgə görürsünüz, lakin sağ və solda yerləşən barmaqlar bulanıq görünür. Yəni insan müşayiət nöqtəsindən sağda və solda yerləşən real görüntülərin yalnız yarısını qəbul edir. Görmə dəqiqliyi insan gözünün unikal strukturu ilə əlaqədar olaraq yetərincə məhdud bucaq altında məhdudlaşır. Nəticələr bunlardır:

- Baxışın nişangaha zillənməsi nəticəsində zehninizdə vizual məlumatın çox dar həcmi insan tərəfindən qəbul edilir. Zəif işıqlandırma situasiyalarında vəziyyət daha kəskin forma alır.

- Perifiriya görməsi ilə yalnız diqqətinizi çəkəcək nələrisə (hərəkət, işığın yanı-sönməsi və s.) görə bilərsiniz.

Görməmizin fokuslanmasında, yəni dəqiq görmədən – foveal görmədən asılı olaraq 2 metr məsafədə 4,2 sm, 5 metr məsafədə 10,4 sm diametrli görmə dairəsi yaranır. Görmənin mərkəzi meydançası, yəni fərqləndirilən sahə 2 metr məsafədə təxminən 35 sm təşkil edir. 5 metr məsafədə isə bu göstərici 88 santimetrə bərabər olur. Periferiya görməsində fokuslanmanın dəqiqliyini müəyyənləşdirmək imkanı yoxdur.

Qırmızı zona foveal görməni ifadə edir.
Yaşıl zona mərkəzi görmə zonasını ifadə edir.
Yaşıl zonanın kənarındakı bütün obyektlər normal şəkildə identifikasiya ola bilər.

Artıq nəzəriyyəni bildiyimizdən nəyin nə üçün lazım olduğundan bəhs edək. Yaxın döyüşdə tələbələrin öyrədilməsi ilə əlaqədar olaraq müəllimlərin qarşılaşdıqıqları ən böyük problemlərdən biri otaqdan otağa yerdəyişmənin optik nişangahdan yönələn baxışla həyata keçirilməsi zamanı yaranır. Bu hətta peşəkarların da rastlaşdığı daimi səhvlərdən biridir. Onun əsas səbəbkarları isə öz biliklərini Hollivudun döyüş filmlərindən və ya başqa bir oğlandan eşidən “müəllimlər”dir.

Aydın məsələ olsa da, təkrarən qeyd olunmalıdır ki, məhdud məkanlarda atəş məsafəsi 10 metrdən kiçik olur və adətən təhlükə üç metr məsafədə bitir. Hər şey çox tez və çox yaxın baş verir.

Yaxın döyüşdə effektivliyin asılı olduğu iki əsas nüans var: zaman məhdudluğu və məhdud baxış bucağı. Bu səbəblər həmçinin bizim fəaliyyətimiz və məhv edilmək üçün hədəflərin seçiminə də təsir edir.

Dünyaya “tualet kağızı rulonu”ndan baxmaq adət yalnız həyati əhəmiyyətli məlumatların (məsələn, şkaf arxasındakı qapının və ya günahsızca əlinə qatlanan bıçaq alan oğlanın görülməməsi) alınmamasına səbəb ola bilər. Bu an tez-tez bədbəxt hadisələrə səbəb olur.

Məsələn, yuxarıdakı videoda polis əməkdaşı qanun pozucusunun əl və ya ayağında vurmağa çalışarkən öz həmkarını vurur. Səbəb isə stress altında polisin situasiyanın vizual görüntüsünü tam şəkildə qəbul edə bilməməsidir. Belə anlarda tapançaların istifadəsi ümumiyyətlə kritik ola bilər. Məhz görmənin belə fiksasiyası sayəsində məhdud ərazilərdə belə atəşlər adətən həmkarların, yaxud digər insanların, uşaqların başına və ya qarnına, yaxud interyer elementlərinə dəyir. Nişangah yuxarıda qeyd edilən tualet kağızı rulonunadək kiçiləndə hədəfdən aşağı olan hər şey yeni hədəfə çevrilə bilər.

Həmçinin yaxın döüşdə reaksiyanın surəti azalr və təhlükəyə reaksiya vermə fərdin təhlükənin mövcudluğu barədə hər hansı siqnal almasından sonra baş verir. Soruşmaq olar – niyə? Hər şey sadədir: atıcı təhlükənin mövcudluğundan xəbər verən vizual məlumatı ala bilmir. Başqa sözlə desək, gözlər reallığı məşqdən fərqləndirmək üçün yetərincə məlumat əldə etmir. Bunun əvəzinə baxış tuşlama toruna yönəlir.

Nəticə formalaşdırsa, optik nişangah vasitəsilə fiksasiya edilən baxış döyüş filmlərində qalsa, daha yaxşı olar, lakin bu, ətraf aləmdə baş verən hadisələri məhdudlaşdırır. Hərçənd təəssüf ki, reallıqda bu yanaşma çox yayılıb. Gəlin bir qədər real yanaşaq – “Aimpoint” vasitəsilə 3 metr məsafəyə yönəlməyin nə mənası var?

Yeganə istisna həqiqətən dəqiq atəşin tələb olunmasıdır. Məsələn, dustaqların olduğu CQB situasiyası.

2. Fənər effektivliyi artıracaq

Bir çox insan üçün fənər qaranlıq və gecə əməliyyatları ilə assosiasiya edilir. Əslində, fənərlərin hətta işıqlandırılmış yerlərdə də istifadəsi zəruridir və bu, yaxın məsafədə baş verən döyüşdə təhlükənin neytrallaşdırılması zamanı standarta çevrilməlidir.

Əgər fənəriniz yetərincə güclüdürsə, o, ölümcül olmayan silah qismində iştirak etməklə diqqət yayındırıcı vasitə rolunda istifadə edilə, rəqibin müşahidə qabiliyyətini pisləşdirən amilə çevrilə bilər. Zəif işıqlanmaya malik ərazilərdə və ya ümumiyyətlə işığın olmadığı hallarda rəqibin giriş anının proqnozlaşdırma halını iflic edən bir neçə yaxşı taktiki gediş mümkündür.

Taktiki fənər yaxın döyüşdə necə kömək edə bilər?

- Oriyentasiyanı itirmə və gözlənilməzlik effekti. Fənərin işığı vasitəsilə rəqibi ciddi şəkildə dolaşdırmaq və oriyentasiyasını itirməyə vəsilə olmaq mümkündür. Bununla paralel olaraq atəş qrupunun atıcıları üçün məkanda mövqeləri aşkarlamaq olar.

- Diqqətin yayındırılması.Fənərlər rəqibin diqqətini yayındırmaq üçün əsas alətlərdən biridir. Məkanın zəif işıqlandırılması şərtlərində ətraf rəngsiz şəkilə bənzəyir. Bu şəkili doldurmaqla vəziyyəti arzu olunan şəkildə yaratmaq mümkündür. Məsələn, hücum çərçivəsində diqqəti işığa cəlb etmək, bununla da həmkarlara təhlükə mənbəyini hədəfə almağa şərait yaratmaq olar.

- Səssizlik. Fənər tətbiq anınadək səs və ya hər hansı başqa üsulla rəqib üçün bizi əlçatan etməz.

- Reaksiyanın yaxşılaşdırılması. Əsirlər və ya maneələrin keçilməsi zamanı təhlükənin aradan qaldırılmasına reaksiya çərçivəsində dəqiq və aydın görmə bacarığı azalır.

Ərazinin gündüz işığında təmizlənməsi çərçivəsində tələbələr fənərləri hərbi, yaxud hüquq mühafizə orqanlarının əməkdaşları rolunu oynamalarından asılı olmayaraq iştirak etməlidirlər. CQB-də toplanılan çoxsaylı məşq və təcrübə rəqiblə qarşılaşanda, 500 lümenlik fənərlə həyatı xilas etmək üçün kifayət edir. Özlüyündə bu bacarığı məşq etdirmək zəruridir, lakin nəticədə fənər yaxın döyüşdə vəziyyətə nəzarət etmək imkanı və qərar qəbul etmək üçün əlavə zaman verir.

Taktiki fənərin potensialını etiraf etmək lazımdır və etiraf etmək lazımdır ki, fənərlər yalnız qaranlıqda lazım deyil. Bəli, iki fənəri istifadə etmək daha üstün hal kimi qiymətləndirilə bilər – biri silahda, digər isə cibdə.

(Ardı var...)
Ağalar Qəribov
Ordu.az

Teqlər: İsrail   XTQ   Yaxın-döyüş  

Xəbər lenti

İsrail xüsusi təyinatlılarından yaxın döyüşün 10 yazılmamış qanunu – I HİSSƏ

2018/03/1_1520006454.jpg
Oxunub: 50227     19:55     02 Mart 2018    