Moskvanın yeni fantastik "Şeytanı": Xeyir-dua verməyə gələn arxiyepiskop nə deyəcək? – ANALİZ

2018/03/2_1520006657.jpg
Oxunub: 3062     16:59     02 Mart 2018    
2018-ci ilin mart ayının ilk günündə Rusiya prezidenti Vladimir Putin, iqtisadi, beynəlxalq və ictimai asayişdən əlavə dövlətin müdafiə qabiliyyəti məsələlərinə, o cümlədən yeni fiziki prinsiplərə əsaslanan komplekslərin, strateji və hipersəs silah sistemlərinin yeni növlərinin Rusiyada yaradılması məsələlərinə münasibət bildirdi. Bu müraciət Federal Məclisə ünvanlansa da, aidiyyəti üzrə ABŞ və Qərb ölkələri də üzərlərinə düşən payı götürdülər.

Putinin çıxışı iki saata yaxın çəkdi. Əsas diqqət hərbi sənaye kompleksinin son nailiyyətlərinə yönəldi. Rusiya prezidentinin çıxışında ABŞ və Qərb ölkələrinə "barmaq silkələdiyi" silah komplekslərinin öncə ümumi siyahısına, sonra isə ayrılıqda hər birini xarakterizə etməyə cəhd edək. Putin aşağıdakı yeni silah sistemlərinin silahlanmaya qəbul edilə biləcəyini açıqladı:

Rusiya prezidenti yaradılan silahların SSRİ-dən qalan çalışmalar əsasında deyil, sırf yeni yaradılan layihələrin nəticəsi olduğunu vurğulayıb.

Eramızdan əvvəl VI-IV əsrlərdə müasir Rusiyanın, Ukraynanın və Qazaxıstanın ərazisində məskunlaşan köçəri olan sarmat qəbilələrin adına uyğun olaraq yeni ballistik raket "Sarmat" adlandırılıb. 2015-ci ildən sınaqlara hazırlıq tamamlansa da bəzi səbəblər bu sınaqların iki il sonraya keçirilməsinə səbəb oldu. Bu kompleks 1970-ci ildən silahlanmada istifadə olunan "Voevoda" adlı şaxta tipli ballistik raketləri əvəz etmək üçün nəzərdə tutulub. Sınaqlar üçün hazırlanan raketin start kütləsi 110 ton, uçuş məsafəsi 11000 km, sürəti 7km/s, hər biri 750 kiloton gücündə olan 10-15 ədəd fərdi tuşlama mexanizmli döyüş başlığından ibarətdir. Daşınan döyüş başlıqlarının çəkisi 10 tondan artıqdır. Putinin çıxışı zamanı raketin çəkisi 200 ton, uçuş məsafəsi isə qeyri-məhdud olaraq göstərildi.

"Sarmat" strateji zərbə kompleksinin 2020-ci ilə kimi silahlanmaya qəbul ediləcəyi ehtimal olunur. Bu vaxta qədər digər sınaqlar da bitməlidir. Qərb ekspertlərinin "Satana-2" (Şeytan-2) adlandırdıqları bu kompleks Rusiyanın nüvə qalxanının ən yüksək nöqtəsi olacağı gözlənilir.

2011-ci ildən bu raketin yaradılması üzərində gərgin iş gedirdi. "Sarmat" QBR-in digərlərindən fərqləndirilən əsas xüsusiyyətlərindən birincisi, bu raketlərin analoqlarından daha az çəkiyə, lakin daha uzaq məsafəyə uça bilməsidir. Buna maye yanacaq növündən bərk yanacaq növünə keçməklə nail olunub.

İkinci fərqli cəhəti, ABŞ-ın hava məkanına həm Şimal, həm də Cənub qütbündən daxil ola bilməsidir . Bu isə ABŞ-ı bir qədər düşünməyə vadar edəcək. Çünki ABŞ öz ərazisinin dairəvi hava hücumundan mühafizəsini tam təşkil etməyib. Əsasən Şimal qütbü istiqamətində HHM və RƏM sistemini yerləşdirən Pentaqon, bu raketlərin Rusiyada silahlanmaya qəbul ediləcəyi təqdirdə mütləq əlavə böyük vəsaitlər xərcləyərək Çənub qütbü istiqamətində də eyni sistemləri yerləşdirməlidir.

Üçüncüsü, orbital endirmə texnologiyası bu raketlərin həm döyüş başlıqlarını, həm də xidmət müddəti başa çatdıqdan sonra mülki kosmik qurğuların orbitə çıxarılmasına imkan verir. Dördüncüsü isə Rusiyanın raket istehsalında Ukraynadan nisbi asılılıq vəziyyətinə son qoyur.

Rusiya Pentaqonun 1600-2700 km atəş məsafəsi olan "Tamoqavk" qanadlı raketlərindən "Sarmat" və "Voevoda" QBR-in şaxtalarını qorumaq üçün onları ölkənin sərhədlərindən 2000-4000 km uzaqda yerləşdirir. Məsələn 62-ci raket diviziyası Krasnoyarsk vilayərinin Ujur rayonunda , 13-cu raket diviziyasını isə Orenburq vilayətinin Yasnıy rayonunda yerləşdirilib.

Nüvə enerji qurğusuna sahib qanadlı raket

Rusiyada qanadlı raketə yerləşdirilə biləcək kiçik ölçülü, çox güclü nüvə enerji qurğusu hazırlanıb. Bu göstəricilər raketin HHM və RƏM sisteminə yaxalanmadan qeyri-məhdud məsafələrə zərbə endirməsinə imkan verəcək. HHM və RƏM sistemlərinə yaxalanmayan raketin uçuşunda ballistik trayektoriyadan istifadə edilmir. Bütün HHM və RƏM sistemləri ballistik trayektoriya üçün hədəflərə qarşı təsirlidir. Digər trayektoriyalar üçün hədəflərə qarşı bu sistemlər lazımsız və faydasızdır. Bu perspektiv raketlər də rusiyalı alim, konstruktor və mühəndislərin yaratdığı unikal məhsuldur.

Onlardan biri - müasir rus X-101 qanadlı raketinin korpusuna yerləşdirilə bilən kiçik ölçülü güclü enerji qurğusunun yaradılması idi. Eyni zamanda, yeni raket on dəfə daha çox uçuş məsafəsi təmin edir ki, bu da faktiki olaraq limitsiz məsafə deməkdir.

Putinin sözlərinə görə, qeyri-məhdud məsafəyə nüvə döyüş başlığı daşıyan, aşağıdan uçan, azgörünən qanadlı raket gözlənilməz trayektoriya ilə uçaraq mövcud və perspektiv HHM və RƏM sistemini yarmaq imkanına malikdir.

2017-ci ilin sonunda Rusiya Federasiyasının Mərkəzi sınaq poliqonunda nüvə enerji qurğusu ilə təchiz edilən yeni rus qanadlı raketi müvəffəqiyyətlə buraxıldı. Uçuş zamanı raket zəruri güc səviyyəsinə çataraq lazımi dartı qüvvəsini təmin etdi. Raketin buraxılması və yer sınaq kompleksi bizə əsaslı yeni bir silah növünə - nüvə enerji qurğusu ilə təchiz edilən raketə malik strateji nüvə silahlarının yeni kompleksini yaratmağa keçid etməyə imkan verir.

Federal Məclisə göndərdiyi bu müraciətdə yayımlanan videoda qanadlı raketin aşağı yüksəklikdə, çətin ərazidə və su üzərindən böyük məsafələr qət etməsi göstərilib. Putin, "müdafiə xəttinin aşılması göstərildi "deyərək raketin manevrlərini şərh edib: "Məsafə məhdud olmadığından, raket istənilən qədər üzun müddətdə manevr edə bilər".

Hiperəs "Avanqard"

Başqa bir texnoloji irəliləyiş, prinsipial olaraq yeni döyüş avadanlıqları olan strateji təyinatlı raket kompleksinin yaradılmasından ibarət idi. Sınaqlar uğurla başa çatdırılıb.

"Avangard" adlanan kompleks atmosferin sıx qatında 20 Max-dən çox hipersəs sürətlə hərəkət edə bilir. Hədəfə doğru hərəkət edərkən raket dərin manevrlər edir. Hər iki yan tərəflərə və yüksəkliyə edilən manevrlər raketi HHM və RƏM sistemləri üçün əlçatmaz edir.

Hipersəs sürət

Atmosferdə səs sürətindən yüksək olan sürət hipersəs surətdir. Hypersəs 4.5 Max-dan başlayır. Bir Max 300 m/s və ya 1000 km/saatdır. Hipersəs sürət insanlar tərəfindən uzun müddət istifadə olunur: məsələn, Yerə yaxınlaşan və atmosferin üst qatlarından keçən obyektlər bu sürətlə hərəkət edir, kosmos vasitələr (içərisindəki astronavtlarla birlikdə) bu sürətlə hərəkət edir açılıb.

"Yeni kompozit materialların istifadəsi plazma formalaşması şəraitində praktiki qanad blokunun uzunmüddətli idarə olunan uçuş problemini həll etməyə imkan verdi. Raket hədəfə doğru meteorit və ya yanan bir kürə kimi irəlləyir. Səthdəki temperatur 1600-2000 dərəcə olmasına baxmayaraq, qanadlı bölmə etibarlı şəkildə idarə olunur", - deyə Putin bildirib.

"Bu məhsulun əsl görünüşünü "aydın səbəblərə görə göstərə bilmərik", - deyə Putin bildirir. Hamısını göstərə bildilər, amma "yanan kürə"ni göstərə bilmədilər. Digər göstərilənlərin də hədəflərə gedib çatması nümayiş etdirilmədi.

Hərbi ekspertlərin fikirlərinə görə "Avanqard" da Amerika raket əleyhinə müdafiə sistemini aşmağa imkan verəcək. Əgər biz nüvə silahı başlığından danışırıqsa, onda ABŞ "Avanqard" raketini də tuta bilməyəcək, çünki bu raket də klassik balistik traektoriya boyunca hərəkət etmir, bir sıra mürəkkəb kompleks manevrlər həyata keçirir.

Sualtı pilotsuz üzən aparatlar

Putin, aktiv şəkildə hazırlanan və dünyada yaradılan pilotsuz silah sistemləri mövzusuna da toxundu. Bu texnikalar Rusiyada da inkişaf etdirilib - pilotsuz sualtı vasitələr qeyri-məhdud məsafələrə olduqca böyük bir dərinlikdə hərəkət edə bilir. "Mən deyərdim ki, bu pilotsuz sualtı vasitələr böyük dərinliklərdə və qitələrarası məsafələrdə sualtı qayıqların, torpedaların və bütün növ ən müasir suüstü gəmilərin sürətindən dəfələrlə artıq sürətlə hərəkət edə bilir. Bu vasitələr az səs-küylüdür, yüksək manevr qabiliyyəti var və düşmənə praktiki cəhətdən yaxalanmırlar," - deyə Putin bildirib. Bu tip vasitələri Putin "sadəcə fantastik" adlandırıb.

Putinin sözlərinə görə, insansız sualtı vasitələri həm adi, həm də nüvə silahı ilə təchiz oluna bilər. Bu silahlar düşmənin aviadaşıyıcı qrupları, sahil mühafizəsi və infrastukturu da daxil olmaqla, geniş hədəf spektrini məhv etməyə imkan verəcəyi iddia olunur. 2017-ci ilin dekabrında bu pilotsuz sualtı vasitəsini enerji qurğusu ilə təchiz etmək üçün yenilənən nüvə elektrik stansiyasının çoxillik sınaq dövrü başa çatdı. Putin, nüvə qurğusunun kompakt və eyni zamanda yüksək enerji gücünə, həcmi bugünkü nüvə reaktorlarından 100 dəfə kiçik olmasına baxmayaraq, döyüş rejiminə keçmək üçün 200 dəfə daha az vaxt lazım olduğunu, bu sınaqların nəticələrinin güclü nüvə başlığı ilə təchiz olunan tam yeni bir strateji silah yaratmağa imkan verir deyə bildirib.

Yeni fiziki prinsiplərə əsaslanan silahlar

"Lazer silahları da daxil olmaqla yeni fiziki prinsiplərə əsaslanan silah kompleksləri Rusiyanın təhlükəsizlik sahəsində potensialını artırır. Biz bir sıra dövlətlərin yeni fiziki prinsiplərlə silah yaratmaq üçün çalışdığını da yaxşı bilirik. Bizim bir addım öndə olduğumuza, ən vacib olduğu yerdə olduğumuza inanmaq üçün bütün əsaslar var", - deyə Putin bildirib. İlkin lazer silahları Rusiya üçün yenidir. Bu tip silahlar 10 ildir ki, müxtəlif ordularda istifadə olunur.

"Beləliklə lazer silahlarının yaradılmasında əhəmiyyətli nəticələr əldə edilib. Bu yalnız bir nəzəriyyə və ya layihə deyil, hətta istehsalın başlanğıcı da deyil. Keçən ildən bu yana hərbi birləşmələr döyüş lazer sistemlərini alır. Bu barədə ətraflı məlumat vermək istəmirəm, hələ ki, vaxtı deyil. Amma ekspertlər başa düşürlər ki, belə döyüş sistemlərinin mövcudluğu Rusiyanın təhlükəsizliyi sahəsində imkanlarını genişləndirir", - deyə Putin bildirib.

Rusiya prezidentinin təxminən iki saatlıq müraciəti, ölkədə yaşayış standartını yüksəltməyə yönələn vədlərlə başladı və ABŞ-a qarşı kəskin xəbərdarlıqlarla sona çatdı. Rusiya, Putinin sözlərinə görə, ABŞ üçün raketdən müdafiə sisteminin yaradılmasına qarşı adekvat reaksiya göstərdi.

Yeni fiziki prinsiplər dedikdə silahların məhvetmə amillərinin əvvəllər hərbi məqsədli proseslərdə və hadisələrdə istifadə edilməyən əsaslara söykəndiyini nəzərdə tutan şərti bir termin başa düşülür. Yeni fiziki prinsiplərə əsaslanan yeni silahlar dedikdə əsasən elektromaqnit silahları, lazer silahları, idarəolunan elektron sursatlar, UYT (Ultra Yüksək Tezlikli) silahlar, ultrasəs və s. silahlar nəzərdə tutulur.

Digər sistemlərə gəlincə, Qərb də bu texnologiyanın hərbi tətbiqi barədə müəyyən planlara və bəzi hazır sistemlərə sahibdir. Amerikalıların Avropada yerləşdirməyə çalışdıqları və buna müəyyən mənada nail olduqları RƏM kompleksindən yayınmaq, Rusiya silahlarının əsas məqsədi olduğu aşkardır. Çünki Putinin çıxışı zamanı nümayiş olunan animasiya roliklərində davamlı olaraq bu sistemlərin HHM və RƏM sistemini aşa biləcəyi hər məqamda vurğulanır. O zaman bir sual ortaya çıxır: Bu qədər rahatlıqla aşıla bilən ABŞ sistemlərinin Avropada yerləşdirilməsindən Rusiya niyə bu qədər dərin narahatçılıq keçirirdi? Bu sistemlər bir günə yaradılmayıb. 10 illərlə bu istiqamətdə araşdırmalar, sınaqlar və digər tədbirlər keçirilib. Demək ki 5-10 il qabaq ABŞ-a bu gün dedikləri "Sizin RƏM sistemini aşa bilərik, əhəmiyyətsiz və faydasızdır" sözlərini deyə bilərdilər.

Məlum müraciətə ABŞ tərəfinin rəsmi münasibəti özünü çox gözlətmədi. "Bizim bildiklərimizi Putin təkrar etdi. Pentaqonun kifayət qədər böyük büdcəsi var və biz nüvə arsenalımızı modernləşdirəcəyik. Bizim nüvə potensialımız əlçatmaz olacaq", - deyə Ağ Evin mətbuat katibi Sara Sanders bildirib. Onun sözlərinə görə, ABŞ strateji qüvvələri bu tip təhdidlərə adekvat cavab verə biləcək imkanlara malikdir və amerika xalqı tam rahat ola bilər.

Hər iki tərəfin bəyanatları, əlavə olaraq RF-nin müdafiə naziri Şoyqunun ABŞ RƏM sisteminin "deşildiyini" iddia etməsi qarşıdan gələn yeni nüvə silahlanmasının, əslində soyuq müharibənin "qaynar müharibə" mərhələsinə keçəcəyindən xəbər verir.

Aydındır ki, bu şərtlərdə SNV-III müqaviləsiniin uzadılmasından danışmaq gülünc görünərdi. Amerikalılar artıq hərbi büdcəni 760 milyard dollar səviyyəsində təsdiq ediblər. Yenidən 30- 50 milyard dollar da artıra bilərlər. Rusiya isə başladığı silahlanma yarışında irəliləməyə hazırlaşır. Lakin iqtisadiyyatın praktiki olaraq inkişaf etmədiyi göstəriciləri ilə silahlanma yarışını nə ilə maliyyələşdiriləcəyi maraqlıdır.

Əslində Putini anlamaq olar. İllərlə nə ABŞ, nə də Avropa tərəfindən nüvə nəhəngi olmasına baxmayaraq, qlobal məsələlərdə mövqeyi nəzərə alınmayan Rusiya özünü təkrarən SSRİ kimi təsdiq etmək istəyir. Bu normaldır. Amma yaddan çıxardığımız tarixin acı bir dərsi var. Keçən əsrin sonlarında SSRİ də ABŞ ilə soyuq müharibə şəraində güclü silahlanmaya, xüsusilə də nüvə başlıqlarının sayını artırmaq üçün yarışa başladı. Nəticədə neft qiymətlərinin aşağı olduğu bir vaxtda bahalı nüvə proqramlara sərf olunan vəsait ölkə büdcəsini zorladı. Rusiyadan qat-qat daha çox siyasi dəstəyə, güclü elmi, hərbi və iqtisadi potensiala malik SSRİ ABŞ qarşısında nəinki tab gətirmədi, əksinə parçalandı və dövlət kimi süqut etdi. Tarixin dərslərini unudanlar qalib olmurlar.

Tutaq ki 2020-ci il gəldi. NATO şifrələməsi ilə "Şeytan" adlanan raket planlaşdırıldığı kimi 2020-ci ildə raket qoşunlarının silahlanmasına qəbul edildi. Təntənəli mərasimə xeyir-dua verməyə gələn arxiyepiskop nə deyəcək – "Allah sən bizim Şeytanı qoru"?

Hərbi ekspert Ədalət Verdiyev
Analiz Ordu.az-a məxsusdur

Teqlər: Sarmat   Hipersəs-silahklar   Sualtı-aparatlar   Avanqard  

Xəbər lenti

Moskvanın yeni fantastik "Şeytanı": Xeyir-dua verməyə gələn arxiyepiskop nə deyəcək? – ANALİZ

2018/03/2_1520006657.jpg
Oxunub: 3063     16:59     02 Mart 2018    