Ukraynalı "Peçora-2D": Mübarizə üsullarının qiymətləndirilməsi – ANALİZ

2018/03/24b34534_1519989602.jpg
Oxunub: 1752     15:19     02 Mart 2018    
Xatırladığınız kimi təxminən üç həftə əvvəl Rusiya və xarici KİV-lərdə Rusiya HKQ və Suriya HHQ rəhbərliyi üçün xoş olan bir məlumat yayıldı: Suriya HHM qüvvələri İsrailin çoxfunksiyalı F-16I "Sufa" qırıcısını ələ keçirib.

Bu qırıcılar "Hel Haavir" aviaparkında F-35 "Adir" stel qırıcılarından sonra ikinci yüksək texnoloji səviyyəyə malikdir. İsrail hava qüvvələrinin komandanlığının yüksək rütbəli nümayəndələrinin eyni "səs-işıq sisteminin raketlərin yaxınlaşması haqqında xəbərdarlıq etmə anında silahların idarəetmə kompleksi ilə işə həddindən artıq diqqət ayıran pilotların səhvi" haqqında söylədikləri rəvayətlərin bir cavabi var: F- 16I qırıcılarının Elisra SPJ-40 radioelektron mübarizə kompleksi hava hücumundan müdafiə sistemi S-125 "Peçora" ZRK və ya "Kub" yarımaktiv radiolokasiya tuşlama kompleksinin öhdəsindən gələ bilməyib.

F-16I "Sufa" qarşı, sırf bu ZRK-dan istifadə edilməsini tək mühhərikli qırıcının qəlpəli fuqas başlıqlı sursatla zərbə endirildikdən sonra həm mühərrik, həm yüksəklik tənzimləyici, həm də arxa qanadların mexaniki idarəetmə sisteminin iş qabiliyyətini qoruyub saxlamasını təsdiqləyir. Bu isə 50-100 kq çəkisində bir döyüş başlığının partlayışının göstəricisinə daha çox bənzəyir. Bu diapazona çəkisi 72 kq olan "Pechora-2M" ZRK-da istifadə olunan 5V27DE zenit raketləri və ya 57 kq ağırlığında 2K12 "Kub" ZRK istifadə olunan 3M9 zenit raketləri uyğun gəlir. Bu yazılanları İordaniya ərazisində və Colan təpələrinin yaxınlığında yerə düşən mühərrik, qanad, yüksəklik tənzimləyicisi və arxa qanadların mexaniki idarəetmə sisteminin elementləri təsdiq edir.

Biz artıq əvvəl müzakirə etdiyimiz kimi, hədəfin ələ keçirilməsi SNR-125M tuşlama radarından istifadə üçün ehtiyacı aradan qaldıran 9Ş33A "Karat-2" optik elektron nişangahının köməyi ilə həyata keçirilib. Nəticədə SPS-3000 şua xəbərdarlıq stansiyasının tam hərəkətsizlik nümayiş etdirdiyi məlum olub.

Həqiqətən, bu ZRK kifayət qədər primitiv FCR- 125 RLS ilə və 5V27 idarəolunan raketi tuşlama sistemi ilə təchiz olunur. Stansiya əvvəlki kimi 4 anten və zəif Uv-10, Uv11 və Uv- 12 qəbuledici və ötürücüləri ilə çalışır.

Bəlkə də başlanğıc hissəsi 5V27DE raketinin hücumu barədə İsrailin F-16I qırıcısının pilotu PAWS-2 infraqırmızı raket hücum xəbərdarlığı stansiyası vasitəsilə siqnal alıb. Lakin başlığın yanacağı yanıb bitdikdən sonra indikator və səs siqnalları (infraqırmızı sensorlar yalnız raket mühərrikinin məşəlindən siqnal götürür) susub.

Son model zenit raket komplekslərində televizor-optik tuşlama modullarının istifadəsi yüxarıdakı prinsipə əsaslanırdı. Onların çalışmalarını SPO sisteminin köməyi ilə aşkarlamaq mümkün deyil. Xüsusi radioelektron kəşfiyyat sistemləri RLS vasitəsilə deyil, televiziya-optik sistemlə tuşlanan zenit raket kanallarının idarəetməsini qeydə ala bilir. Belə vasitələrə EA-18G "Growler" təyyarələrinin ikinci mühüm REM vasitəsi olan rəqibin rabitə sisteminə əks təsir edən AN/ALQ-227 (V) 1 qurğuları aiddir.
Yuxarıdakı məlumat fonunda Ukraynanın "Aerotexnika-MLT" müəsisəsində modernləşdirilən "Peçora-2A" ZRK (sursatlar bir neçə variantda) hava hücumundan müdafiə potensialının analizi aktual olardı.

Təxminən bir ay uğurlu atəş testləri haqqında Ukrayna KİV-lərində "Pechora-2D" ZRK (2018 yanvar) məlumatlarının dərc edilməsindən sonra çoxsaylı hərbi analitiklər və xəbər resursları tələsik olaraq bu sistemlərin aşağı döyüş keyfiyyətləri barədə yazaraq Ukrayna müdafiə sənayesini "diri yudular, ölü sərdilər". Xüsusilə, RT internet nəşrinin müəllif-ekspertlərindən biri olan Aleksey Zakvasin yüksək səslənən başlığla: "Kartondan dəhşətli silah": Ukrayna sovetlərdən qalma "Peçora" zenit komplekslərini niyə modernləşdirir? məqaləsini dərc etdirdi.

Birincisi, zenit kompleksi yox, zenit raket kompleksi daha doğru olardı. İkincisi isə modernləşdirilən ZRK müasir konteyner və digər radioelektron əks təsir vasitələri ilə (Su-24/30/34/35S təyyarələrində quraşdırılan "Xibin" və "Himalay" sistemləri) təchiz edilən taktiki aviasiyaya qarşı imkanlarının olmamasına diqqət yönəldilir. Həmçinin, müəllif Ukrayna istehsalı ZRK-nın "4 ++" nəslə aid olan Su-30SM, Su-34 və Su-35S təyyarələrinə qarşı yüksək uçuş texniki göstəriciləri baxımından heç bir təhlükə törədə bilməyəcəyini iddia edir.

Həmçinin, 5V27D M1 yeni zenit raketləri QSN RQS-04R yarım aktiv radiolokasiya stansiyaları ilə bigə tətbiq olunduqda kanal sayı 1-dən 3-ə qədər artır. 5V27D-M1 ARQSN ilə tətbiq olunarsa kanal sayı 4-ə yüksəlir. Bu isə artıq ciddi göstərici hesab olunur.

Hesab edək ki, 4-cü nəsil taktiki aviasiya üçün nəzərdə tutulan "Qardenia", "Sorbsiya", "Omul" və "Xibin" kompleksləri, QSN RQS-04R yarım aktiv radiolokasiya sistemlərini basdırmağa nail olacaq. Bəs istilik- optik "Karat" kompleksi tətbiq edilərsə nə olacaq? Bu zaman yuxarıda göstərilən aviasiyanın REM vasitələri təsirsiz və lazımsız hala gələcək. Buna görə də modernləşdirilən "Peçora-2D" ZRK ilə mübarizədə aşağıdakı metodlardan istifadə edilməlidir:

- Rusiya taktiki aviasiya təyyarələri hücum edən raketləri davamlı aşkaretmə stansiyaları ilə təmin edilməlidir,

- Aviasiya vasitələri eyni zamanda "hava-hava", "yer-hava" və "hava- yer" raketlərini aralı məsafələrdə məhv etməyə qadir olan və əvvəlcədən sistemi xəbərdar edəcək idarəetmə kompleksinə sahib olmalıdır,

- Yerüstü və hava RLS vasitələri ilə "Peçora- 2D" və digər ZRK mövqelərini öncədən aşkar etməlidir,

- Taktiki aviasiya vasitələrinə düşmənin zenit raket qurğularına verilən komandaları ələ keçirməyə imkan verən avadanlıqların təyyarələrə quraşdırılması, həmçinin həmin mənbələrin REM vasitələri ilə basdırılması (bu metod AN/ALQ-227(V)1 kompleksi vasitəsilə EA-18G təyyarələrində reallaşdırılıb) həyata keçirilməlidir.

Hərbi ekspert Ədalət Verdiyev
Analiz Yevgeni Damantsevin yazıları əsasında hazırlanıb
Ordu.az

Teqlər: Peçora-2D   F-16I  

Xəbər lenti

Ukraynalı "Peçora-2D": Mübarizə üsullarının qiymətləndirilməsi – ANALİZ

2018/03/24b34534_1519989602.jpg
Oxunub: 1753     15:19     02 Mart 2018    