“Foreign Policy”: ABŞ-ın hipersəs silah tədqiqatlarını maliyyələşdirməsi yetərsizdir

2018/03/9ba9a8da9f6b344cd28a847c59498966456456_1519981465.jpg
Oxunub: 652     13:22     02 Mart 2018    
Rusiya prezidenti Vladimir Putin səsdən bir neçə dəfə sürətli gedə bilən yeni silahlardan öyündüyü gündə Birləşmiş Ştatların eyni sahənin araşdırılması üçün yetərsiz maliyyə ayırdığı məlum olub.

Ordu.az “Foreign Policy” nəşrinə istinadən xəbər verir ki, bu barədə Pentaqonun Müdafiə Qabaqcıl Tədqiqat Layihələri Agentliyinin (DARPA) direktoru Stiven Uolker bildirib.

“Mən Putinin bəyanatını təsdiqləyə və ya təkzib edə bilmərəm. Sadəcə onu deyə bilərəm ki, Birləşmiş Ştatlar özünün hipersəs silahlarının inkişaf etdirilməsinə kifayyət qədər vəsait ayırmır”, - deyə Uolker vurğulayıb.

“Açığı büdcədə göstərilən dollarlar çox böyükdür, lakin onlar əsasən daha çox uçuş sınağına və hücum qabiliyyətlərinin bir qədər də gücləndirilməsinə yönəlib. Bizim hipersəs silahlar hazırlamaq üçün daha çox maliyyəyə ehtiyacımız var”, - deyə DARPA-nın direktoru əlavə edib.

O, Çinin hipersəs silahlarını dövlət prioriteti halına gətirdiyini, ABŞ-ın da bu addımı izləməli olduğunu vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Hipersəs-silahalrı   ABŞ  

Xəbər lenti

“Foreign Policy”: ABŞ-ın hipersəs silah tədqiqatlarını maliyyələşdirməsi yetərsizdir

2018/03/9ba9a8da9f6b344cd28a847c59498966456456_1519981465.jpg
Oxunub: 653     13:22     02 Mart 2018    