Vanadzor ofisi daha bir xəstə erməni əsgərini təxris etdirdi

2018/02/received_2481204015439085_1519409132.jpeg
Oxunub: 885     01:58     24 Fevral 2018    
Xəstə erməni hərbi qulluqçu Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinin dəstəyi ilə vaxtından əvvəl ordudan təxris edilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, səhhətində olan problemlərə baxmayaraq E.T. adlı çağırışçı 31 yanvar 2017-ci ildə hərbi xidmətə çağırılıb. O, Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinin dəstəyi ilə vaxtından əvvəl ordudan təxris edilib.

Xəstə olan hərbi qulluqçuya əvvəllər səhhətindəki problemlərlə əlaqədar iki dəfə hərbi xidmətdən möhlət hüququ verilib. O, 1 dəfə də hərbi xidmətə yararsız hesab olunub. Lakin bu qərarlar qəbul olunarkən, onun səhhətindəki problemlərin bir qismi göstərilib.

Stasionar müalicəyə cəlb edilməli olan erməni əsgərin digər sağlamlıq problemlərinə hərbi həkim komissiyası tərəfindən diqqət yetirilməyib. Bu xəstəliklərə görə, erməni hərbi qulluqçu xidmətə yararsız hesab oluna bilərdi. Lakin 30 yanvar 2017-ci il tarixli qərarı ilə hərbi həkim komissiyası, çağırışçını hərbi xidmətə məhdud yararlı hesab edib. 14 fevral 2017-ci il tarixdə öz hüquqlarını müdafiə etmək məqsədilə erməni hərbi qulluqçu məcbur qalaraq Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinə müraciət edib.

Bundan sonra hərbi qulluqçunun müayinələrinin nəticələri ilə tanış olan Vanadzor ofisinin vəkili Soğomonyan, onun vaxtından əvvəl təxris edilməsi ilə əlaqədar Ermənistan müdafiə nazirliyinin mərkəzi hərbi həkim komissiyasının sədrinə etiraz ünvanlayıb. Lakin müraciət yetərincə araşdırılmadan müsbət qərar verilməyib.

Nəticədə, bununla əlaqədar Ermənistan müdafiə nazirliyinə şikayət edilib və məhkəməyə müraciət olunub. Məhkəməyə müraciət etdikdən sonra erməni əsgər dərhal hərbi hospitala təxliyyə edilib. 2 ay davam edən müayinələrdən sonra hərbi həkim komissiyası 12 fevral 2018-ci il tarixdə onu sülh dövründə hərbi xidmətə yararsız hesab etməklə, vaxtından əvvəl tərxis edilməsinə dair qərar qəbul edib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Erməni-ordusu   Erməni-əsgəri  

Vanadzor ofisi daha bir xəstə erməni əsgərini təxris etdirdi

2018/02/received_2481204015439085_1519409132.jpeg
Oxunub: 886     01:58     24 Fevral 2018    