Aİ Qərbi Afrikadakı hərbi qüvvələrə ayrılan vəsaiti iki dəfə artırır

2018/02/234234_1519377417.jpg
Oxunub: 549     13:43     23 Fevral 2018    
Avropa İttifaqı Qərbi Afrikanın Sahel regionundakı çoxmillətli qüvvələrə ayrılan büdcəni iki dəfə artırmağı planlaşdırır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Aİ hazırda həmin regionda geniş miqyasda mövcud olan insan alveri və qeyri-stabilliyin daha da pisləşərək özünə sıçramasından ehtiyat edir.

“Qərbi Afrika regionunda Avropanın bilavasitə maraqları var. Avropa İttifaqının gələcəyinin həm də Qərbi Afrikanın gələcəyi mənasına gəlməsindən xəbərdarıq”, - deyə adı açıqlanmayan Aİ rəsmisi bildirib.

Xüsusilə ötən ilin oktyabrında Nigerdə 4 ABŞ əsgərinin və bu həftə Malidə iki Fransa əsgərinin ölümündən sonra bu məsələ ilə bağlı narahatlıq daha da yüksəlib.

Qeyd edək ki, qərb Mali, Niger, Çad, Burkina Faso və Mavritaniya əsgərlərindən ibarət regionda fəaliyyət göstərən silahlılara qarşı mübarizə aparacaq G5 Sahel qüvvələri formalaşdırıb. Hazırkı məlumata görə, bu qüvvələrə illik 494 milyon dollar ayrılsa da, Aİ bu məbləği təxminən 300 milyon dollara qədər artırmağı düşünür.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər:   Qərbi-Avropa   G5-Sahel  

Xəbər lenti

Aİ Qərbi Afrikadakı hərbi qüvvələrə ayrılan vəsaiti iki dəfə artırır

2018/02/234234_1519377417.jpg
Oxunub: 550     13:43     23 Fevral 2018    