Washington Post: Kreml və Əsəd hücumundan öncə xəbərdar edilib

2018/02/151934996192745645_1519376577.jpg
Oxunub: 904     17:02     23 Fevral 2018    
Suriyadakı muzdlulara nəzarət edən oliqarx Yevgeni Priqozin ABŞ-ın fevralın 7-də həyata keçirdiyi hücumdan “günlər və həftələr” öncə Suriya rəsmilərini və Kremli xəbərdar edib.

Ordu.az xəbər verir ki, bu barədə “Washington Post” məlumat yayıb.

Məlumatda görə, bunun Kremlin Suriyadakı ABŞ əsgərlərinə qarşı hücuma qol çəkdiyi bildirilir. Həmin hücum isə onlarla rusun ölümünə və yeni hərbi gərginliyə yol açdı.

Yanvar ayında Priqozin tərəfindən Suriya rəsmilərinə göndərilən məktubda onun rusiyalı bir nazirdən fevralın əvvəlində sürətli və güclü təşəbbüs üçün əldə etdiyi razılığın olduğu qeyd olunub.

Qeyd edək ki, həmin hücum ABŞ qoşunlarının Suriyanın şərqinə yerləşdirildiyi 2015-ci ildən bu vaxta qədər edilən ən böyük hücum idi. ABŞ Əsədə yaxın qüvvələrin münaqişəsiz ərazi xəttini keçdiyini iddia edərək əks-hücum həyata keçirib. Hücumdan əvvəl və sonra, hətta hücum ərzində də ABŞ və Rusiya rəsmiləri kontaktda olublar.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Vaqner   Suriya-böhranı  

Washington Post: Kreml və Əsəd hücumundan öncə xəbərdar edilib

2018/02/151934996192745645_1519376577.jpg
Oxunub: 905     17:02     23 Fevral 2018    