ABŞ-ın Monteneqrodakı səfirliyinə hücum edilib

2018/02/received_2480531022173051_1519324342.jpeg
Oxunub: 1004     02:28     23 Fevral 2018    
Bu gün Serbiya doğumlu bir şəxs ABŞ-ın Monteneqronun paytaxtı Podqoritsadakı səfirliyinə hücum edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hücum zamanı səfirliyə əl qumbarası atılıb.

İlkin məlumata görə, Dalibor Jaukovic adlı şəxs hücumu həyata keçirdikdən sonra əlində olan ikinci partlayıcı qurğu ilə özünü partladıb.

Serbiyanın Kralyevo bölgəsindən olan 41 yaşlı Dalibor Jaukovic sosial şəbəkələrdəki hesablarından NATO-ya nifrət dolu fikirlər paylaşıb. Dalibor Jaukovicin daha öncə Serbiya ordusunda xidmət etmiş əsgər olduğu bildirilir.

O, 2017-ci ilin martında 1997-1999-cu ildə Yuqoslaviyaya rəhbərlik etmiş Slobodan Milosevic tərəfindən imzalanan məktubun və keçmiş Yuqoslaviya ordusunun medalının şəklini paylaşaraq, "analarımız NATO-ya görə gözyaşı tökməmişdi" deyə sözlər yazıb.

Hücum zamanı Jaukovic özünü partladaraq həlak olub. Başqa heç kim xəsarət almasa da, ABŞ səfirliyinin binasında xırda xəsarlar meydana gəlib.

Qeyd edək ki, Monteneqro 2017-ci ildə NATO-ya qoşulan sonuncu dövlət olaraq alyansın 29-cu üzvü olub. Lakin ölkədə yaşayan bir çox serb 1999-cu il bombardmanına görə NATO-ya kin bəsləyir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Monteneqro  

ABŞ-ın Monteneqrodakı səfirliyinə hücum edilib

2018/02/received_2480531022173051_1519324342.jpeg
Oxunub: 1005     02:28     23 Fevral 2018    