Təhqir edilən erməni əsgəri özünü öldürüb - DETALLAR

2018/02/received_2480502338842586_1519321389.jpeg
Oxunub: 1617     01:42     23 Fevral 2018    
Çavuşun paltarlarını yumadığına görə alçaldılaraq təhqir edilən erməni əsgəri özünə qəsd edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, erməni əsgəri M. Manuçarın özünəqəsd həddinə çatdırılmasında təqsirli bilinən Babken Qaboyanın işi üzrə məhkəmə prosesi başa çatıb.

İlkin istintaq orqanı tərəfindən Babken Qaboyanla bərabər Arman Sepanyana da ittiham irəli sürülüb.

İttihama görə kiçik çavuş Babken Qaboyan çavuş Arman Stepanyanla bərabər “yat” komandasından sonra mülki paltarlarını yuduzdurmaq məqsədilə əsgər M. Manuçara qarşı zorakılıq tətbiq edərək, onu müxtəlif şəraitdə döyüblər. Hər iki çavuşun Manuçara qarşı alçaldıcı hərəkətləri davamlı xarakter alıb.

2013-cü il 31 iyul tarixində saat 13:00 radələrində avtomatla özünəqəsd edərək, altçənə nahiyəsindən aldığı güllə yarasından ölüb.

Ölən erməni əsgərinin vəkili Ruben Martirosyan, erməni əsgəri Manuçarın özünə qəsd etmədiyini, onun öldürdüyünü bildirir. İlkin istintaq orqanı tərəfindən hadisənin ört-basdır edildiyi və özünəqəsd kimi təqdim edildiyini bildirilib. Vəkil özünəqəsd həddinə çatdırma yox, məhz onu öldürənlərin tapılıb cəzalandırılması tələbi ilə kassasiya məhkəməsinə müarciət etdiyini bildirib.

İşin araşdırılması ilkin məhkəmə orqanında 3 il davam edib, 40-dan çox məhkəmə iclası baş tutub. Arman Stepanyan ölən əsgərə qarşı zorakılıq etməkdə təqsirli bilinərək 3 il azadlıqdan mərhum edilib. Hökm verildiyi gün, artıq saxlanıldığı dövrdən 3 il 1 ay 12 gün keçdiyinə görə cəzasını tam çəkdiyini bildirilib və məhkəmə zalından azad edilib.

Manuçarı ölüm həddinə çatdırmaqda təqsirli bilinən Babken Qaboyan 6 il azadlıqdan mərhum edilib. Onun həbs müddəti 2014-cü ilin iyun ayından etibarən hesablanır.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Erməni-əsgəri   İntihar  

Təhqir edilən erməni əsgəri özünü öldürüb - DETALLAR

2018/02/received_2480502338842586_1519321389.jpeg
Oxunub: 1618     01:42     23 Fevral 2018    