Hərbi Dəniz Qüvvələrində vahid əlaqələndirmə qrupunun görüşü keçirilib

2018/02/796_1519284171.jpg
Oxunub: 946     15:22     22 Fevral 2018    
Dənizdə qarşılıqlı fəaliyyət üzrə komanda və nəzarətin müəyyən edilməsi, eləcə də vahid əlaqələndirmə prosesinin icrası məqsədilə yaradılmış işçi qrupun görüşü keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dəniz Təhlükəsizliyi Strategiyası”nın tələblərinə əsasən dəniz təhlükəsizliyi sahəsində qarşılıqlı fəaliyyətin təmin olunması məqsədilə yaradılan qrupun işinə HDQ-nin komandanı vəzifəsini icra edən I dərəcəli kapitan Zaur Hümmətov rəhbərlik edib.

Görüşdə dəniz təhlükəsizliyinin təmin olunmasının əsas aspektləri və bir sıra digər məsələlər müzakirə olunub.

Ordu.az

Teqlər: Hərbi-Dəniz-Qüvvələri   Dəniz-Təhlükəsizlik-Strategiyası  

Hərbi Dəniz Qüvvələrində vahid əlaqələndirmə qrupunun görüşü keçirilib

2018/02/796_1519284171.jpg
Oxunub: 947     15:22     22 Fevral 2018    