Azərbaycan və Belarus: Hərbi-texniki sahədə yeni hüdudlar – Ekspert şərhləri

2018/02/412227180_1519211217_3038436230.jpg
Oxunub: 1687     16:59     21 Fevral 2018    
Artıq məlumat verildiyi kimi fevralın 22-də Belarus müdafiə naziri, general-leytenant Andrey Ravkovun dəvətilə Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov işgüzar səfərlə Minskə yola düşərək orada Belarus Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edəcək, eləcə də bu ölkənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi, hərbi sənaye kompleksinə daxil olan müəssisələrin ziyarət olunması nəzərdə tutulub.

Bu konteksdə Ordu.az müxbiri ilə söhbət çərçivəsində Xarici Siyasət və Təhlükəsizliyin Tədqiqarı Mərkəzinin sədri, Belarus Dövlət Univeristeti Diplomatik və Konsul Xidməti kafedrasının rəhbəri Andrey Rusakoviç qeyd edib ki, Azərbaycan və Belarusu artıq uzun müddət ərzində sıx əməkdaşlıq əlaqələri birləşdirir.

- Ölkələrimiz siyasi, iqtisadi və hərbi-texniki sahələrdə çox uzun müddət əzində və stabil şəkildə əməkdaşlıq edir. Tərəflər birlikdə müxtəlif sərfəli layihələr həyata keçirirlər. Buraya əsasən Azərbaycana modernləşdirilmiş Belarus silahlarının təchizatı aiddir. Qeyd etmək lazımdır ki, Azərbaycan bu təchizatları zamanında ödəmək iqtidarındadır. Belarus həmçinin Azərbaycan üçün hərbi kadrların hazırlığında uğurlu şəkildə iştirak edir. Son illərdə Azərbaycan və Belarus arasında əldə edilən hərbi-texniki nüanslar nəzərə alınmaqla, məncə, bu qarşılıqlı əməkdaşlıq davam edəcək. Qarşıdakı səfər çərçivəsində tərəflərin hərbi-texniki sahədə yeni hüdudlara nail oalcağı istisna deyil.

Ermənilərin Bakı və Minsk arasında hərbi-texniki əməkdaşlığına görə sarsıdıcı narahatçılığı barədə suala cavab verən müsahibimiz bildirib ki, burada heç bir beynəlxalq hüquq norması pozulmayıb.

- Belarus KTMT çərçivəsində öz öhdəliklərini pozmur. Rusiya və Azərbaycan arasında da hərbi-texniki sahədə yetərincə uğurlu əməkdaşlıq mövcuddur.

Öz növbəsində, məşhur belaruslu politoloq və tarixçi Aleksandr Kiselyev Azərbaycan müdafiə naziri Zakir Həsənovun Belarusa baş tutacaq səfərini yetərincə müsbət qiymətləndirib.

- Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatına görə, Belarus və Ukrayna arasında hərbi-texniki əməkdaşlıq sahəsində problem yaranır, onlar Belarusun KTMT üzvü kimi Donbasdakı münaqişə zonasına sülhməramlılar daxil etməsinə qarşıdırlar. Bu səbəbdən Belarus öz silahının satışı üçün alternativ bazarlar axtarır. Bildiyiniz kimi, indiki dövrdə Azərbaycan kimi potensiallı alıcı, uzunmüddətli dost və müttəfiqə xüsusən də onun yaxşı ödəyici olduğu nəzərə almaqla Belarusun Azərbaycana təqdim ediləsi texnikaları var.

Buna görə, hesab edirəm ki, Zakir Həsənovun Minskə səfəri məqsədəuyğundur. Azərbaycan və Minsk artıq uzun müddətdir ki, hərbi-texniki sahədə əməkdaşlıq edir.

Oqtay Yəhyayev
Tərcümə etdi: Ağalar Qəribov
Ordu.az

Teqlər: Belarus-Azərbaycan   Hərbi-əməkdaşlıq  

Xəbər lenti

Azərbaycan və Belarus: Hərbi-texniki sahədə yeni hüdudlar – Ekspert şərhləri

2018/02/412227180_1519211217_3038436230.jpg
Oxunub: 1688     16:59     21 Fevral 2018    