“Tarazlıq tərəzisi”ndə geosiyasi rəqs: Moskva-Pxenyan münasibətlərində Pekin və Vaşinqtonun rolu - ANALİZ

2018/02/1_1519209301.jpg
Oxunub: 2817     14:38     21 Fevral 2018    
Moskva və Pxenyan arasında əlaqələr 1948-ci ildə SSRİ-nin Kim İr Senə ordu və hərbi hava qüvvələri qurmaqda kömək etməsindən, Koreya Xalq Demokratik Respublikasının (KXDR) yaranmasından sonra qurulub. Kim İr Sen əvvəlcə partizanların liderlərindən biri olsa da, sonra Sovet ordusunun komandirlərindən birinə çevrildi və II Dünya Müharibəsinin sonuna qədər burada xidmət etdi. 26 il sürgündən sonra Koreyaya qayıtdıqda Sovet hakimiyyəti onu Koreya Kommunist Partiyasının lideri təyin etdi.

Son 25 il ərzində Rusiyanın Şimali Koreyaya sənaye investisiyası qoymaq və texnoloji dəstək həyata keçirməsi mümkün deyildi. Əlaqələri gücləndirmək niyyəti 2015-ci ildə Rusiya və Şimali Koreya arasında ikitərəfli dostluq ili elan edildikdən sonra məlum oldu. Bir sıra siyasi, iqtisadi və mədəni görüşlər baş tutdu. Şimali Koreyanın dövlət mediası bu ili Yaponiya müstəmləkə hakimiyyətindən azad olmanın və "Böyük Vətən Müharibəsində Rusiyanın qələbəsinin 70 illiyi" olaraq adlandırdılar.

Rusiya üçün üstünlüklər əsasən iqtisadi məna daşıyırdı. Bir il əvvəl Moskva Şimali Koreyanın 11 milyard dollarlıq borcunun 10 milyard dollarını sildi, qalan 1 milyardı isə bu ölkəyə sərmayə kimi yatıracağını bildirdi. Rusiya investorları həmçinin Şimali Koreyanın dəmir yolu sisteminə 25 milyard dollar sərmayə yatırmağa razılaşdılar, əlavə maliyyələşmələr isə əsas infrastruktur sahələrinə yönəldildi. Özəl Rusiya şirkətləri Şimali Koreyanın elektrik şəbəkələrini yenidən qurmağı planlaşdırdılar, hər iki ölkə Rusiya kömürünün ixracı üçün Racon limanının buzdan azad hissəsinin inkişafına qoşuldu. Dəmir yolu şəbəkəsinin yenidən qurulması ilə Rusiyanın təbii sərvətlərindən istifadə etməklə Şimali Koreya Moskva ilə iqtisadi əlaqələri genişləndirməyə çalışırdı. Bu dövrdə 2015-ci ilin may ayında Kim Çen Inın Rusiyaya səfəri planlaşdırıldı, bu, onun prezidentlik müddətində ilk xarici səfəri olacaqdı. Lakin sonradan səfər ləğv edildi.

Raket sınaqları və sanksiyalar

2000-ci illərin əvvəllərindən etibarən Rusiya Şimali Koreyanın təxribat dövrünü və bu bölgədə artan gərginliyi "ütüləməyə" çalışır. 2017-ci ildə Pxenyan tərəfindən ballistik raketlərin sınaqlarından sonra Rusiya dəfələrlə həm Cənubi, həm də Şimali Koreya ilə dostluq əlaqələrinin saxlaması Vaşinqtonun təcavüzkar siyasəti ilə müqayisədə Koreya yarımadasında böhranı həll etmək üçün dinc yol tapmaqda daha çox şansa malik olduğunu bəyan edib.

Koreya yarımadasına Rusiyanın Şimali və Cənubi Koreya arasında danışıqlarda vasitəçi olmaq məqsədilə diplomatik heyətini göndərmək niyyətində olduğunu Cənubi Koreyanın keçmiş xüsusi nümayəndəsi Son Yen Qilə bildirdi. Putin Cənubi Koreyada yerləşdirilən qısa və orta mənzilli ballistik raketlərin buraxılması üçün nəzərdə tutulan THAAD raketdən müdafiə kompleksi ilə bağlı tənqidi fikirlər də səsləndirdi: "THAAD kompleksinin yalnız Şimali Koreya ilə artan gərginliyə gətirib çıxara biləcək və Rusiyanın təhlükəsizliyini təhdid edir. Cənubi Koreyanı isə bu komplekslər kifayət qədər müdafiə etməyəcək".

BMT-nin qətnaməsi ilə qoyulan maliyyə məhdudiyyətləri Rusiya və Şimali Koreya arasında rubl əməliyyatlarının qadağasına gətirib çıxara (bu, ölkələr arasında ikitərəfli ticarətin dəstəklənməsi üçün istifadə edilən son tətbiq idi) bilər. Bu, Rusiya ilə Şimali Koreya arasındakı əməliyyatlara mane ola bilər. Belə vəziyyətdə Rusiya bankları Şimali Koreyadan olan banklarla, o cümlədən humanitar əməkdaşlıqda iştirak edən şəxslərlə danışıqları dayandıra bilər. BMT Təhlükəsizlik Şurasının Şimali Koreya ilə ticarətə dair qərarının təsiri əsasən Çin tərəfindən sanksiyaların necə həyata keçirilməsindən asılı olacaq.

Şimali Koreya Rusiyanı tranzit məntəqəsi kimi istifadə etmək istəyir, çünki ölkələr arasında sərhəd nisbətən açıqdır. Yeni bir körpü inşa edilir, lakin tikintinin tamamlanma perspektivləri müzakirə mövzusu olaraq qalır. 2016-cı ilin martında "Diplomat" jurnalı yazırdı ki, sanksiyaların tətbiq edilməsi Rusiya tərəfindən yüz milyonlarla dollar dəyərində itkilərə səbəb ola bilər. Şimali Koreyaya ixrac olunan kömür, dəmir, dəmir filizi, qızıl, titan, vanadium və nadir torpaq elementlərinə məhdudiyyətlər və qadağalar ölkənin ifadə olunan prioritetlərinə mənfi təsir göstərə bilər. Rusiya Şimali Koreya üçün Çinə alternativ ola bilər. Çin, Pxenyana enerji ixracını dayandırdıqda, Rusiya tərəfindən bu mövqe dərhal ələ keçirildi və o zamandan bəri Moskva özünü Şimali Koreyanın əsas beynəlxalq müttəfiqi olaraq təqdim edir. Bu məqsədlə Kreml Şimali Koreyanın infrastrukturuna və bu dövlətlə texniki əməkdaşlığa sərmayə qoymaqda davam edir.

Şimali Koreya böhranında Moskvanın üstünlükləri

Şimali Koreya nüvə probleminin həllində Rusiyanın potensial rolu rədd olunan Çinin rolunun təkrarlanması kimi görünür. Lakin Rusiya birbaşa iqtisadi təsir məhdudiyyətlərinə baxmayaraq, Koreya işlərində kompleks “tarazlıq tərəzisi”ni silkələyə bilər. Rusiya və Çin Koreya yarımadasında, eləcə də Avrasiyada bəzi məsələlər üzərində vəziyyətlə bağlı tam razılıq əldə edə bilməyib. Şimali Koreya Çinə qarşı Pxenyanın daxili işlərinə müdaxilə etdiyinə görə açıq düşmənçilik mövqeyinə keçib. Çin ilə münasibətlər pisləşsə də, Pxenyan alternativ sponsor kimi Rusiyaya xoş niyyət göstərməkdə (kim göstərməz ki? Ortada 11 milyard dollar var) davam edir. Əlbəttə, Rusiya Şimali Koreyanın yaxın müttəfiqi və Rusiyanın əsl dostu kimi xulyalara qapılmır, çünki Kim Çen In rejiminə də tam etibar etmir.

Moskva çox illər ərzində topladığı təcrübə sayəsində Pxenyanın asanlıqla mövqeyini dəyişdirə biləcəyini anlayır. Eyni zamanda Rusiya nüvə və çəkindirmə silahları kimi həyati vacib məsələlərdə Şimali Koreyanın mövqeyinə təsir imkanlarının limit və çərçivəsini də yaxşı bilir.

Koreya məsələsi Rusiya və Çin ilə yanaşı, ABŞ-la münasibətlərdə də vacibdir, lakin hər bir ölkənin xüsusi və xarici siyasət sahəsində digər ölkələrin prioritetləri ilə üst-üstə düşməyən maraqları mövcuddur. Rusiya bu məsələdə Vaşinqton tərəfindən çox diqqət tələb etməyən oyunçu kimi nəzərdən keçirilir. Çin isə Şimali Koreya məsələsində ABŞ tərəfindən artan və əhəmiyyətli təzyiqlər ilə qarşı-qarşıyadır.

Amerika Birləşmiş Ştatları, Çin və Rusiya Koreya yarımadasının tərksilah olunmasında, eləcə də Şimali Koreyanın təxribatçı davranışları ilə bağlı eyni mövqedən çıxış edir.

Qonşuluqda hərbi münaqişə hər iki ölkə üçün müxtəlif miqyaslarda fəlakət ola bilər. Çin üçün bu nəticələr daha fəlakətli ola bilər, Rusiya üçün çox qorxuducu olmaya bilər. Pekin üçün rejimin nəzəri dəyişməsi Şimali Koreya qaçqınlarının 1400 kilometrlik sərhəddən kütləvi şəkildə miqrasiya riski yaradır. Digər tərəfdən, Şimali Koreyada ola biləcək hakimiyyət vakumu ABŞ və onun müttəfiqi Cənubi Koreya tərəfindən doldurulacaq. Çin hər iki ssenaridən qaçmaq istəyir. Çin həqiqətən Şimali Koreyanı Çinin özünə də zərər verə biləcək nüvə silahlarının hazırlanmasından və inkişafından yayındırmaq niyyətindədir. Çinin Şimali Koreya ilə əlaqələri pozacaq bir kəskin hərəkət edəcəyi gözlənilmir. Pekin regionda Yaponiya və Amerika təsirinin yayılmasının əyləci, sabitlik və təhlükəsizlik yastıqları kimi istifadə edilə bilən bölünən Koreya yarımadasında status-kvonun saxlanılmasında çox maraqlıdır.

Koreya yarımadasının sabitliyinə və nüvəsizləşdirilməsinə aid olan Çinin strateji maraqları, Pekinin Kim hakimiyyətinə təsirini bərpa etmək üçün Pxenyanla münasibətləri yaxşılaşdırmasını tələb edəcək. Bu planların yerinə yetirilməsi BMT-nin daha çox hərbi təhlükələri nəzərə almaqla tətbiq etdiyi sanksiyaların davamlı olaraq gəldiyi təqdirdə mümkün görünmür.

Rusiya üçün qlobal münaqişə nəticələrini nəzərə almasaq, ssenarinin hər iki variantında ABŞ ilə Asiya-Sakit okean regionunda hərbi və siyasi qarşıdurma kəskinləşəcək və Moskvanın yarımadada təsiri zəifləyəcək. Bu isə Moskvanı qane edə bilməz, lakin fəlakət də adlandırmaq olmaz. Moskvanın çıxış yolu qalır: əlində olan bütün siyasi və diplomatik mexanizmlərdən istifadə edərək hadisələrin yüxarıda göstərilən ssenaridə inkişafına yol verməsin. Suriyadan fərqli olaraq Rusiya Koreyada birbaşa silahlı münaqişəyə qatılmaqdan imtina edəcək.

Çin Şimali Koreya ilə ticarətin həcmini azaltdığı bir vaxtda Rusiya Kim Çen In ilə daha da yaxınlaşır. ABŞ prezidenti Tramp Çini nüvə və raket proqramları inkişafını dayandırmaq üçün Şimali Koreyaya mümkün qədər çox təzyiq göstərmək çağırışlarına rəsmi Pekin müsbət reaksiya verdi. Rusiya isə Pxenyan ilə dünyanın qalan hissəsi arasında vasitəçi kimi çıxış etmək qərarına gəlib. 2017-ci ilin ilk iki ayında Rusiya və Şimali Koreya arasında ticarətin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 73% artıb: artım əsasən Rusiyadan böyük kömür tədarükü ilə bağlıdır. Kömür tədarükünün artırılmasından əlavə, Rusiya Şimali Koreya ilə ticarətin genişləndirilməsi üçün digər tədbirlər də gördü:

- Rusiyanın "İnveststroytrest" şirkəti 2017-ci ilin may ayında Vladivostoku Şimali Koreyanın Racin şəhəri ilə birləşdirən yeni bir nəqliyyat xəttini açdı;

- Rusiya dəmir yollarının rəsmiləri, bəzi məlumatlara görə, yanvar ayında Rusiyanı Koreya yarımadası ilə birləşdirən Racin-Xasan dəmir yolunun inkişafını müzakirə etmək üçün Şimali Koreyanı ziyarət etdilər;

- Rusiya və Şimali Koreya işçi mübadiləsi haqqında müqavilə imzaladılar.

Proqramın genişləndirilməsi üçün Şimali Koreyanın 40 min işçisi Rusiyanın ağac emalı sənayesində və tikinti sahələrində çalışır. Bu, Kim Çen In hökumətinin əsas xarici valyuta mənbələrindən biridir.

Şimali Koreyanın nüvə və ballistik raket sınaqlarına cavab olaraq BMT Təhlükəsizlik Şurasının qəbul etdyi sanksiya siyahısını imzalayan Rusiya eyni zamanda yuxarıdakı tədbirləri də həyata keçirməkdən çəkinmir.

Hazırda Çin Pxenyanın dünyanın qalan hissəsi ilə aparılan biznes əlaqələrinin 90%-ni idarə edir və əlbəttə ki, Şimali Koreyanın Rusiya ilə arasındakı irihəcmli ticarət anlaşmaları Çinin təzyiqini zəiflədə bilər. Rusiya prezidenti Vladimir Putin dəfələrlə nüvə silahlarının "klubu"nun genişləndirilməsinə qarşı çıxdığını bildirib, amma Amerikanın Şimali Koreyaya qarşı siyasətini də tənqid edib. Putinin sözlərinə görə, problemlərin sülh yolu ilə həll etmək üçün yeganə yol Pxenyanla dialoqa qayıtmaqdan və hədə qorxu gəlməkdən çəkinməkdən ibarətdir.

Rusiya hesab edir ki, Şimali Koreya təxribatları, yarımadada hərbi təlimlər keçirməkdə və regiona aviadaşıyıcılar göndərməkdə davam edən Amerika Birləşmiş Ştatlarının və Cənubi Koreyanın regionda təcavüzkar hərəkətlərinin nəticəsidir. Rusiya və Şimali Koreya arasında dəmir yolu ilə neft tankerlərinin müntəzəm hərəkətinin nümayiş etdirilməsi Rusiyanın Çinin neft təchizatını əvəz edə biləcəyini göstərir. Lakin tam təchiz edə biləcəyi müəmmalıdır. Bir neçə gün əvvəl yayılan məlumatlarda, Rusiya tankerlərinin son bir neçə ayda Şimali Koreyaya ən az üç dəfə yanacaq verdiyini və bu yanacağın dənizdə Şimali Koreya gəmilərinə yükləndiyini xəbər verilirdi. Rusiya hələ ki, Pxenyana iqtisadi "xilasedici halqa" tullaya bilir.

Peterson adına Dünya İqtisadiyyat İnstitutunun tədqiqat direktoru Markus Nolandın sözlərinə görə, keçən ilin iyun ayında Şimali Koreyada qida və yanacaq qiymətlərini artırıldı, ancaq bu artımın səbəbləri bilinmədi. Ehtimal olunan səbəblər arasında sanksiyalara görə təchizatların azalması, bəzi məhsullarun hərbi məqsədlərə yönəldilməsi və gözlənilən müharibənin başlanğıcından qorxan əhalidə tələbatın artması da yer ala bilər. Nolandın sözlərinə görə, Rusiya və Şimali Koreya arasında ticarət dövriyyəsi (130 milyon dollar) artır, lakin Çin ilə müqayisədə (6,6 milyard dollar) çox cılız görünür.

Rusiya ilə KXDR arasındakı Xasan-Rajin dəmir yolu xətti 2016-cı ildə açıldı.

Rusiya iqtisadi və maddi-texniki əməkdaşlığın gələcək layihələrində iştirak etməkdə maraqlıdır, əks halda Uzaq Şərqin Asiya hissəsində, xüsusilə Şimali Koreya ərazisinə neft kəmərini və dəmir yolu xəttini keçirməyə cəhd edən Çinin bütün regionda dominant və hakim olacağı şübhəsizdir. Trans-Sibir dəmir yolu ilə Trans-Koreya dəmir yolunun birləşdirilməsi ideyası on doqquzuncu əsrin sonuna aiddir. Ancaq 1905-ci ildə Rus-Yapon müharibəsindən sonra bu planlar təxirə salındı. 2000-ci ildə bu fikir təkrar müzakirə olundu və indi də Xasan- Racin dəmir yolu xətti şəklində ortaya çıxdı. Racin Şimali Koreyanın şimalında yerləşən, Xasan isə Şimali Koreya sərhədində yerləşən Rusiya şəhəridir. Dəmir yolunun tikintisi layihəsinə "Rusiya Dəmir Yolları”ndan 300 milyon dollar investisiya qoyulub. Bu Pxenyanın iştirakı ilə həyata keçirilən ən böyük kommersiya və siyasi məqsədli Rusiya layihəsi adlandırıla bilər. 2008-ci ildən imzalanan və həyata keçirilən layihə üzrə 2013-ci ildə 50 kilometrlik hissəsinin tikintisi başa çatdırıldı. 2013-cü ilin sentyabrında açılış tədbirinin keçirilməsi zamanı RDY-nin rəhbəri bildirib ki, tikintinin məqsədi Cənubi Koreya və digər Asiya ölkələrinə kömür ixrac etmək və onlardan digər malları idxal etməkdir.

Onun sözlərinə görə, bu mesaj daha iddialı planın bir hissəsidir - Avropa və Asiya arasında dəmir yolu xətti, bu nəqliyyat vasitələrinin dəniz nəqliyyatı ilə müqayisədə daha sürətli daşınmasına imkan verəcək. Dəmir yolu xəttinin tikintisi başa çatdıqda, Rusiya limandan istifadə edərək konteynerlərdə daha çox yük daşıyacaq. Proqnozlara görə, daşınmaların həcmi ildə 5 milyon tona çata bilər.

Kömür ixracatı üçün ən böyük Rusiya limanı olan “Vostoçnıy” Sakit okean sahillərindədir. Onun buraxılış gücü ildə 18 milyon ton təşkil edir. Asiyaya yanacaq ixracını artırdıqdan sonra Vanino limanı ilə birlikdə imkanlarından da artıq çalışırlar. Beləliklə, Racin limanından istifadə Rusiya ixracına böyük fayda gətirərdi, eyni zamanda şimala qədər olan limanları nisbətən boşaltmaq mümkün olardı. 2014 -cü ilin iyulunda Racin port terminalının açılışı oldu. 016-ci ildə bu pilot layihə çərçivəsində Rusiya kömürünün Cənubi Koreya və Çinə Racin limanından dəniz nəqliyyatı ilə daşınacağı ifadə edildi. 2017-ci ildə ən azı 2,4 milyon ton yük, əsasən kömür, Xasan-Racin dəmir yolu ilə nəql edilə bilərdi. Üç Cənubi Koreya şirkəti - əsas polad istehsalçısı "Posco", "Koreya Railway Corporation" və gəmiqayırma şirkəti "Hyundai Merchant Marine" Racin vasitəsilə göndəriləcək yüklərini alacaq. Cənubi Koreyanın ehtimal olunan tərəfdaşlarının da bu layihəyəyə qaytarılması mühüm rol oynaya bilər.

Seulda bir sıra irəliləyişlər var: 2017-ci il noyabrın 24-də Vladivostokda Koreya İnvestorları üçün Dəstək Mərkəzinin açılış mərasimi keçirilib və bu əməkdaşlığın ilk addımı hesab olunur. Bu layihə üzərində işləyən insanlar deyirlər ki, ilin sonunadək investorların Rusiyanın Uzaq Şərqdəki planlarını yerinə yetirəcəyinə dair suallar verə bilməsi üçün qaynar telefon xətti təşkil etmək planlaşdırılır. Bu ilin sentyabr ayında üçüncü Şərq İqtisadi Forum çərçivəsində Cənubi Koreya prezidenti Mun Çje İn Rusiyanı nəqliyyat, energetika və kənd təsərrüfatı sahələri daxil olmaqla, doqquz sahə üzrə əməkdaşlıq yaratmağa çağırdı. Bütün iştirakçı ölkələr bu layihənin çox əhəmiyyətli olduğunu düşünürlər, Rusiya isə hər iki Koreya hökumətləri ilə əməkdaşlıq etməkdən qürur duyur. Bundan əlavə, Cənubi Koreya istehlakçıları Racin-Xasan vasitəsilə kömür göndərərək, nəqliyyat xərclərinə 15% qənaət edə bilərlər. Bu layihə Avrasiya məkanında azad ticarət və iqtisadi əməkdaşlıq yolu ilə regional iqtisadiyyatı stimullaşdırmalı və hər iki Koreyanı, Çini və Rusiyanı bağlayan dəmir yollarını birləşdirməlidir.

REA-nın Uzaq Şərq Araşdırmalar İnstitutunun Koreya üzrə eksperti Lyudmila Zaxarovanın sözlərinə görə, Pxenyanın peyk buraxılışları və nüvə sınaqları ilə əlaqədar Seul ən azı 2018-ci ilə qədər bu layihəyə qoşulmayacaq. Cənubi Koreya xarici işlər nazirinin sözlərinə görə, Seul və Moskva BMT Təhlükəsizlik Şurasının sanksiyalarına uyğun olaraq, Şimali Koreya vasitəsilə dəmir yolu layihəsi istisna olmaqla digər mümkün proqram və layihələri müzakirə edə bilər. Nəticədə, bu layihə sayəsində Pxenyan Rusiya ilə sabit əlaqələri saxlayacaq və Şimali Koreya limanından istifadə üçün ödəniş şəklində iqtisadi səmərə əldə edəcək. Beləliklə, KXDR Çinə alternativ olacaq tərəfdaşı ilə daha yaxından əməkdaşlıq edəcək. Cənubi Koreya da Pxenyan ilə əlaqələri sabitləşdirdikdən sonra qonşu ölkə ilə ünsiyyət quraraq çox əhəmiyyətli iqtisadi fayda əldə edə bilər. Şimali və Cənubi Koreya arasında son dəmir yolu xidməti 2003-cü ilin iyun ayında rəsmən bağlanıb. Hazırda, iki ölkə arasındakı əlaqələr yaxşılaşsa qərb sahilindən keçən dəmir yolunda hərəkət çox intensiv ola bilər. Şərq sahilindəki dəmir yolunun bu qolu Vonsan limanına, Trans-Sibir dəmir yoluna və Vladivostoka ən qısa bir yol ola bilər. Qərb sahilindəki dəmir yolu isə Trans-Çin Dəmiryoluna bağlanmaq üçün ən əlverişli yoldur.

Dəniz yolu
Racin - Vladivostok bərəsi

2017-ci ilin mayında ABŞ-ın bütün ölkələrdən Pxenyan ilə əlaqələri kəsmək tələblərinə baxmayaraq, Rusiya ilə Racin arasında dəniz əlaqəsi yaradıldı. Rusiya daşıyıcılarının dəniz əlaqələrinə məsul şəxsləri bunun kommersiya təşəbbüsü olduğunu bildirdilər.

Bəzi ekspertlər isə bu layihəni Çinin sanksiyalar səbəbi ilə yaxın müttəfiqi olan Şimali Koreya ilə ticarət əlaqələri kəsəcəyi təqdirdə Moskva ilə əlaqələri inkişaf etdirmək üçün Pxenyanın cəhdi kimi müəyyən etdilər. Hər ikisi zatən sanksiya altındadır. Daşıyıcıların fikrinə görə dənizlə Vladivostok limanına getmək istəyən çinli turistlər üçün servis xidməti nəzərdə tutulub. Şimali Koreya üzrə KCNA-dan əldə edilən məlumatlara görə, xidmət Racin- Vladivostok arasında bərə marşrutu əsasında fəaliyyət göstərəcək, iki ölkə arasında dəniz nəqliyyatı, turizm və iqtisadi əməkdaşlığın inkişafına müsbət təsir göstərəcək. Şimali Koreyanın nüvə sınağından sonra Tokionun ləğv etdiyi Mangyongbong gəmisi 2006-cı ilə qədər istismarda olub. Bərələr Şimali Koreya ilə Vladivostok arasında ayda altı dəfə 200 sərnişin və minlərlə ton yük daşıyır. Rusiyada, xüsusilə Vladivostokda xaricdə məskunlaşan dünyanın ən böyük Şimali Koreya cəmiyyətlərindən biri yaşayır.

Şimali Koreyaya telekommunikasiya sektorundakı şirkətlərdən maraq

Rusiyanın fayda əldə edə biləcəyi digər bir sektor telekommunikasiya sahəsidir. "38 Nort" Amerika araşdırma qrupunun məlumatına görə, 2017-ci ilin oktyabrın 1-dən etibarən Rusiya telekommunikasiya şirkəti "TransTeleCom" (TTK), Şimali Koreyaya internet xidməti verməyə başladı. Çin telekommunikasiya operatoru "Star BM"-dən sonra bu bazara daxil olan ikinci provayder "TransTeleCom" (TTK) şirkəti oldu.

2010-cu ildən başlayaraq peyk operatoru Çinli provayder Şimali Koreyalılar üçün "World Wide Web"ə daxil olmaq üçün yeganə alternativsiz variant idi. İndi isə ikinci provayder olan Rusiyanın "TTK" şirkəti sayəsində dünyanın qalan hissəsi ilə ünsiyyət, dəmir yolları boyunca çəkilən minlərlə kilometr optik lifli kabellər vasitətəsilə mümkün olub. "Transtelecom" xəritəsini çıxaran "38 Nort" qrupunun fikrincə, bu əlaqə Vladivostokdan keçirək Şimali Koreya sərhədlərinə çatır.

Nəticələr

Rusiya digər super güclər kimi, qlobal səviyyədə sülhün və sabitliyin qorunmasında, həmçinin regional problemlərin sülh yolu ilə həllinə yardım etməkdə özünün və müttəfiqlərinin maraqlarını qorumaq şərtilə mühüm rol oynayır. Dostunun ən çox ehtiyacı olan anda kömək etmək üçün yardıma gəlmək nəcib bir hissdir. Amma bəzən sual yaranır: Bu köməkdə şəxsi maraqlar varmı? Əlbəttəki var. Keçmişdə Rusiya Pxenyan ilə çox yaxın idi. İndi isə rəsmi Moskva Çinin Şimali Koreya ilə ticarət əlaqələrindən çəkildikdən sonra yaranan boşluğu doldurmağa çalışır. Hər halda, rəsmi Moskva Şimali Koreyaya qarşı yeni bir sanksiya tətbiq edilərək Pxenyanın həssas mövqeyini daha da ağırlaşmaması üçün BMT Təhlükəsizlik Şurasında öz mövqeyindən istifadə edəcək.

Geosiyasi baxımından, Şimali Koreya böhranı Kremlə ABŞ maraqlarına təsir edən geosiyasi məkana yayılmaq üçün bir şans verir. Asiya-Sakit okean regionu, Çin və ABŞ-ın strateji təsir göstərməyə çalışdıqları dünya iqtisadiyyatının ürəyinin vurduğu bir məkandır. Moskvanın geosiyasi baxımdan getdikcə daha çox əhəmiyyət kəsb edən, dünyada qüvvələrin yeni bir tarazlığını təyin edəcək bölgədə öz təsirini artırmaq istəyi isə danılmazdır.

Analiz Elvio Rotondonun yazıları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Koreya-böhranı   KXDR-Rusiya  

Xəbər lenti

“Tarazlıq tərəzisi”ndə geosiyasi rəqs: Moskva-Pxenyan münasibətlərində Pekin və Vaşinqtonun rolu - ANALİZ

2018/02/1_1519209301.jpg
Oxunub: 2818     14:38     21 Fevral 2018    