"Aprel döyüşlərinin təkrarlanacağını düşünmürəm" - Vladimir Yevseyev

2018/02/41W7QDElg7_1518884554.jpg
Oxunub: 2416     20:18     17 Fevral 2018    
"Apreldə baş verən döyüşlərin təkrarlanacağını düşünmürəm".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Moskavanın MDB ölkələri üzrə institutunun direktor müavini, Qafqaz şöbəsinin rəhbəri Vladimir Yevseyev Azərbaycanla Ermənistan arasında genişmiqyaslı müharibənin olacağını ehtimal etməyib.

"ABŞ və ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri tərəfindən bu ilin yay ayınadək Azərbaycanla Ermənistan arasında genişmiqyaslı müharibənin başlanılması ehtimalını inkar və ya təsdiq etmək çətindir. Buna real əsaslar yoxdur. Apreldə baş verən döyüşlərin təkrarlanacağını düşünmürəm", - deyə o bildirib.

Xatırladaq ki, ötən gün ABŞ milli kəşfiyyat direktoru Dağlıq Qarabağ ətrafında gərginliyin 2018-ci ildə Azərbaycanla Ermənistan arsında irimiqyaslı hərbi münaqişəyə keçə biləcəyini bildirib. Bu barədə ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru Daniel Koats tərəfindən dərc edilən “Təhdidlərin ümumdünya dəyərləndirməsi” adlı ənənəvi illik məruzəsində qeyd olunub.

Sənəddə 2018-ci il ərzində ABŞ üçün yarana biləcək milli təhlükəsizlik təhdidləri nəzərdən keçirilib. Məruzənin Qarabağa həsr edilmiş hissəsində göstərilir ki, tərəflərin “güzəştlərə getmək arzusunun olmaması”, kənardan təzyiqlər, Azərbaycanın həyata keçirdiyi stabil hərbi modernləşmə, Ermənistanın Rusiyadan yeni silahlar alması 2018-ci ildə irimiqyaslı hərbi əməliyyatlara gətirib çıxara bilər.

Alpər Mahmudoğlu
Ordu.az

Teqlər: Ermənistan   Azərbaycan   Vladimir-Yevseyev  

Xəbər lenti

"Aprel döyüşlərinin təkrarlanacağını düşünmürəm" - Vladimir Yevseyev

2018/02/41W7QDElg7_1518884554.jpg
Oxunub: 2417     20:18     17 Fevral 2018    