Kremldə bir həftə baş sındırdılar: Təhdid, yoxsa həqiqətən səhv? – ARAŞDIRMA (FOTOLAR)

2018/02/NYIkfVt_3034972414.jpg
Oxunub: 1973     15:51     01 Fevral 2018    
1950-ci ilin oktyabrın 8-də yerli vaxtla saat 16:17-də ABŞ Hava Hərbi Qüvvələrinin “Lockheed” F-80C “Shuting Star” (“Meteor”) markalı iki qırıcısı SSRİ-nin dövlət sərhədini pozaraq 100 kilometrə yaxın dərinliyə soxulub, sovetlərin Vladivostokdan 165 km aralı məsafədə yerləşən Xasan rayonundakı “Suxaya reçka” (Quru çay) hərbi səhra aerodromuna hücum edərək aviasiya zərbələri endirdilər. ABŞ HHQ-nin zərbələri nəticəsində SSRİ-yə məxsus eskadrilyanın yeddi təyyarəsi sıradan çıxarıldı, biri isə tamamilə yandı.

Amerikalı şahidlər xatırlayırlar

Vaşinqtonda “Coca-Cola Bottling Co.” sahiblərindən birinin rus jurnalistin “1950-ci ildə “Suxaya reçka” hava sahəsində baş verən hadisə haqqında nə bilirsiniz? Sizin fikrinizcə, bu, təxribat, yoxsa səhv idi?” sualına Koreya döyüşlərinin keçmiş iştirakçısı belə cavab verib: “Bu hadisə Amerika Birləşmiş Ştatları üçün bir rüsvayçılıq idi. HHQ Komandanlığının pilotların harada olduqlarını bilməməsi, Sovet sərhədlərinin yerləşməsini dəyişik salması, hansı aerodroma zərbə endirdiklərini anlamamaları inanılacaq hadisə deyil.

Amerika Birləşmiş Ştatları zərbəyə naviqasiyada səhv və vəziyyətin yanlış qiymətləndirilməsinin səbəb olması barədə açıqlama verdi. Daxil olan məlumata görə, Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsindən azad olundu və pilotlar cəzalandırıldı. Amerika Birləşmiş Ştatları dəyən maddi ziyanın ödənilməsini təklif etdilər. Sovet İttifaqı skandalın şişirdilməməsinə qərar verdi. “Suxaya reçka” hadisəsi ilə bağlı bu gün hamı susmağa üstünlük verir və çox güman ki, siz ABŞ-da bu barədə məlumatlı olan birini tapa bilməzsiniz”.

Lakin Vladivostok sakini Vladimir Mixayilov belə bir insanı tapa bildi. Bu, həmin hadisəsinin birbaşa iştirakçısı, 22 il HHQ-də xidmət etdikdən sonra Senatın Kəşfiyyat Komitəsində işləyən, hazıda isə təqaüdçü olaraq Middelburqda şəxsi fermasında kənd təssərüfatı ilə məşğul olan amerikalı pilot Alton Kvonbekdir.

Amerikalı pilot hadisə ilə bağlı bildirib: “Bu hücumda birbaşa iştirakçı olan digər pilot ABŞ-ın HHQ-də 33 il xidmət edən və 1996-cı ildə vəfat edən Allen Difendorf olub. Rusiyanın bombalanan aerodromu bir səhvin qurbanıdır. Buludların aşağıda olması və qəfil güclü külək təyyarələri şimal-şərqə sürüklədi. Nəticədə HHQ rəhbərliyinin bombalanması nəzərdə tutulan Çxondjin (Şimali Koreya – red.) limanındakı aerodromu əvəzinə Sovet İttifaqının Vladivostok ərazisindəki "Suxaya reçka" aerodromu bombalandı. Şimali Koreyada döyüşlər gedirdi. Sovet meteoroloji məlumatları məxfi saxlanılırdı. Sibir və Uzaq Şərqdəki hava haqqında məlumatlardan məhrum idik. Yerdəki tanınma nişanları görünmürdü, radionaviqasiya yox idi. Hesablamalar yalnız küləyin istiqaməti və gücü əsasında həyata keçirilirdi. Uçuş 11 min metrdən yüksəklikdə buludların üstündə keçirdi. Hədəfə qədər olan uçuş məsafəsi yüksəkliyin azalmasını zəruri edirdi. 3 min metr yüksəklikdə bir boşluq aşkar edərək daha da aşağıya endik və özümüzü bir çay vadisinin üstündə gördük. Biz harada olduğumuzu bilmirdik. Çox tozlu yolda bir yük maşını irəlləyidi. Onu təqib etdik və aerodroma rast gəldik. Bu, iri miqyaslı xəritələrdə gördüyümüz Çxondjin aerodromuna bənzəyirdi. Sovet radarları bizi sərhəddən təxminən 100 mil aralıda pelenq edərək aşkarlayaraq izləməli idi. Biz zərbə endirmək məqsədilə yüksəkliyimizi azaldaraq çay vadisinə girdiyimiz üçün radarların bizi itirdiyi ehtimal edirəm. Ümumi "Həyəcan" xəbərdarlığı verildi, lakin rusların hücumu dəf etməyə hazır olan təyyarə və raketlər yox idi.

Bu hadisə bazar günü gündüz saatlarında olub. Aerodromda çox sayda təyyarə var idi - hərbi pilotun ən böyük arzusu da budur. İki cərgədə təxminən 20 ədəd P-39 və P-63 tipli təyyarələr dayanırdı. Tünd yaşıl fyuzelajların üzərində böyük ağ haşiyəli qırmızı ulduzlar var idi. Qərar qəbul etmək üçün vaxt demək olar ki, yox idi. Yanacaq da bitmək üzrəydi. Mən soldan girdim və bir necə ardıcıl atəş etdim, mənim tərəfdaşım Allen Difendorf da mənim kimi etdi”.

Hədəflərin vurulduğuna əmin olan “Meteor”lar bazaya dönərkən sahilə yaxın adaya rast gəlirlər. Çxondjinə yaxın ərazilərdə ada olmalı deyildi. İlk şübhələr adanın gördükdən sonra başlayır. Narahat pilotlar başqa bir Şimali Koreya aerodromunu bombaladıqlarını məruzə etdikdə mütəxəssislər kameraların görüntülərini incələyir. Məlum olur ki, əsasında verilən “Kinqkobra” (İkinci Dünya Müharibəsində ABŞ tərəfindən “icarə” əsasında 2400 ədəd “Kinqkobra” təyyarəsi SSRİ-yə verilib) təyyarələridir.

Növbəti gün - 1950-ci il oktyabrın 9-da SSRİ Xarici İşlər Naziri Qromıko BMT-də rəsmi etiraz notası ilə çıxış etdi. ABŞ səfirinin müvəkkili SSRİ XİN-ə çağırılaraq etiraz notası təqdim etdi. Notada bu hücum “sovet sərhədlərinin pozulması” və “təxribatçı hərəkət” adlandırıldı. Sovet İttifaqı günahkarların dərhal cəzalandırılmasını tələb etdi.

Kremldə bir həftə baş sındırdılar: bu nədir? Üçüncü Dünya Müharibəsi, nəbz yoxlanılması, təhdid, yoxsa həqiqətən səhv? 11 gün sonra ABŞ prezidenti Truman günahlarını etiraf edərək bildirdi ki, ABŞ hökuməti adından Amerika HHQ-nin Sovet sərhədlərinin pozulmasına cəlb olunmasını kədərlənərək ifadə etmək istəyir.

ABŞ hökuməti Sovet mülkiyyətinə dəyən zərərin ödənilməsi üçün vəsaitlə təmin etməyə hazır oluğunu bəyan etdi. Bəşəriyyət 11 gün Üçüncü Dünya Müharibəsinin gözləntisindən narahat oldu. Uzaq Şərqdəki ABŞ Hava Qüvvələrinin alay komandirinin (bəzi mənbələrdə ABŞ HHQ komandanı) vəzifəsindən azad edildiyini, pilotlara qarşı intizam tənbehi tədbirlərinin görülməsi - amerikalı pilotların döyüş əməliyyatlarından kənarlaşdırılması, tribunala verilməsi və məhkəmə qərarı ilə digər hərbi hissələrə köçürülməsi gərgin vəziyyəti nisbətən soyutdu.

Rusiyalı şahidləri xatırlayır

1950-ci ilin yazında Şimali Koreya ilə Cənubi Koreya arasında müharibə başladı. Cənubluları ABŞ başda olmaqla BMT, şimallıları isə Rusiya və Çin dəstəkləyirdi. 1950-ci ildə amerikalılar F-51 hərbi təyyarələnin hamısını “Lockheed” F-80S reaktiv qırıcıları ilə əvəzlədilər. Bu, ABŞ-ın Hərbi Hava Qüvvələrinin Cənubi Koreyada əsas döyüş təyyarələri oldu. 1950-ci ilin sentyabrın 28-dən oktyabrın 1-dək F-80C qırıcıları Yaponiyadan Cənubi Koreyanın Tequ aerodromuna dislokasiya olundu. 49-cu QBE (qırıcı-bombardmançı eskadrilya) Koreya yarımadasında reaktiv qırıcılarla tam komplektləşdirilən ilk eskadrilya oldu.

Bu eskadrilya sentyabrın 5-də xüsusi olaraq müvəqqəti yaradılan 6149 saylı taktiki dəstək qanadının tərkib hissəsi kimi fəaliyyət göstərirdi. Eskadrilyanın döyüş şüarı “Mən qoruyuram və intiqam alıram” sözlərindən ibarət idi. Oktyabrın 8-də Tequ aviabazasından şimal istiqamətində hər birində 1800 ədəd mərmisi olan 12,7 mm pulemyot, 2 bomba və 10 raketlə silahlanan dörd ədəd bir yerli F-80C qırıcısı döyüş tapşırıqlarını yerinə yetirmək üçün havalandı....

“Bazar günü idi. Hər kəs dənizdə istirahət edirdi, sonra iki reaktiv təyyərə göründü. Təyyarənin üzərindəki pulemyotlardan aerodromu vuraraq təpələrin arxasında itdilər”, - deyə indiyə qədər orada yaşayan Suxaya Reçka kəndinin sakini Qriqori Boldusov xatırlayır.

1950-ci ilin sonunda Koreya müharibəsi ilə əlaqədar olaraq, hərbi hissələrin səhra aerodromlarına dislokasiyası ilə bağlı təlimlər keçirilirdi. Səhra aerodromu olan Suxaya Reçka Sakit okean Donanmasına aid idi. Xasan əməliyyat rayonun müdafiə sektorunun Sakit okean Donanmasının 130 mm artilleriya batareyalarının atəşinin düzənlənməsi üçün nəzərdə tutulan Po-2 təyyarələrindən ibarət əlahiddə eskadrilya da bu aerodromda yerləşirdi. Təlimlərin planına görə, 190-cı Qırıcı aviadiviziyasının 821-ci Qırıcı alayının “Kinqkobra” döyüş təyyarələri də müvəqqəti yerdəyişmə üçün bu aerodromda idilər. Bütün təyyarələr uçuş enmə zolağında bir xətt üzərində açıq park vəziyyətində dayanarkən amerikalılar tərəfindən hücuma məruz qaldılar.

Aerodroma hücum zamanı alay komandiri, polkovnik V.İ.Savelyev aviakorpusun qərargah rəisi ilə təlimlərin planını quru qoşunları ilə razılaşdırmaqda iştirak edirdi. Hərbi hissədə onu əvəz edən müavini, polkovnik-leytenent N.S.Vinoqradov isə novbətçi eskadrilyanı havaya qaldıraraq hücumları dəf etmək əvəzinə növbətçi pilotları təyyarələrdən çıxmasını əmr edir. Polkovnik Savelyev və polkovnik- leytenant Vinoqradov tribunala verildi. Zabit şərəfi məhkəməsinin qərarı ilə “alayın şəxsi heyətinin zəif təlim tərbiyəsinə görə” hər iki baş zabitin vəzifələri endirildi.

“İki Amerikan təyyarəsinin alayın aerodromunu bombaladıqdan sonra ordu rəhbərliyi hərəkətə keçdi. Dərhal Moskva ətrafindan MİQ-15 reaktiv təyyarələri ilə silahlanan 303-cü aviasiya diviziyası bölgəyə gətirildi. Bu hadisədən sonra təcili olaraq 64-cü Aviakorpus yaradıldı və yeni təyyarələrlə silahlanmaya hazırlıq başladı. Hücumdan sonra alaylarda pilotların döyüş növbətçiliyi tətbiq olundu. Bu, İkinci Dünya Müharibəsinin sonundan bəri tətbiq olunmurdu. 24 saat kabində və ya onun ətrafında növbə çəkirdik. Sanki yaxınlarda bir müharibə başlayacaqdı.... ", - deyə 821-ci alayın pilotu Nikolay Zabelini xatırlayır.

Hərbi ekspert Ədalət Verdiyev
Araşdırma Ordu.az-a məxsusdur

Teqlər: Koreya-müharibəsi   ABŞ-SSRİ  

Xəbər lenti

Kremldə bir həftə baş sındırdılar: Təhdid, yoxsa həqiqətən səhv? – ARAŞDIRMA (FOTOLAR)

2018/02/NYIkfVt_3034972414.jpg
Oxunub: 1974     15:51     01 Fevral 2018    