14 dövlət “Patriot” sistemlərinə 2,3 milyard dollar xərcləyəcək

2018/02/435_1517475475.jpg
Oxunub: 671     17:29     01 Fevral 2018    
ABŞ və ona müttəfiq dövlətlər qarşıdakı beş il ərzində “Patriot” hava və raket müdafiə sistemlərinə 2,3 milyard dollar vəsait ayıracaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Pentaqonun bəyanatına görə, sözügedən sistemlərinin inkişaf etdirilməsi üçün 14 dövlət maliyyə vəsaiti ayıracaq. İlk beş illik dövr üçün 2,3 milyard dollar vəsaitin ayrılması nəzərdə tutulub. Həmin dövlətlər ABŞ, Hollandiya, Almaniya, Yaponiya, İsrail, Səudiyyə Ərəbistanı, Küveyt, Tayvan, Yunanıstan, İspaniya, Koreya Respublikası, BƏƏ, Qətər və Rumıniyadır.

Sistemləri hazırlayan “Raytheon” kompaniyası isə bu yaxınlarda ABŞ ordusu ilə 235 milyon dollar dəyərində “Patriot” sistemlərinin modernləşdirilməsi ilə bağlı müqavilə imzalayıb.

Qeyd edək ki, “Raytheon” 2017-ci ildə müdafiə, sivil hökumət və kiber təhlükəsizlik sahəsində 25 milyard satış edən, 64 min işçiyə malik nəhəng texnologiya və innovasiya şirkətidir. O 80-dən çox ölkə ilə əməkdaşlıq edir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Patriot  

14 dövlət “Patriot” sistemlərinə 2,3 milyard dollar xərcləyəcək

2018/02/435_1517475475.jpg
Oxunub: 672     17:29     01 Fevral 2018    