Daim inkişafda: "HHM qüvvələrimiz Qafqaz, İran və Orta Asiya dövlətlərindən daha güclüdür" - Hərbi ekspert (ANALİZ)

2018/02/04cddbcd94cfac7198929e8c50675dab_4552420572.jpg
Oxunub: 6215     12:16     01 Fevral 2018    
Azərbaycan Respublikasının ordu quruculuğu sahəsində metodik və sistemli işi sayəsində artıq onun ordusu işğalçı Ermənistan ordusundan qat-qat qüdrətli və döyüş qabiliyyətlidir. İşğalçı ordunu darmadağın olmaqdan qoruyan yeganə amil yalnız ona havadarlıq edən nüfuzlu beynəlxalq qüvvələrdir. Onlardan bəziləri düşmənin aşkar hərbi müttəfiqləridir. Bəziləri beynəlxalq təşkilatlarda Azərbaycanı təcrid etmək gücünə malikdirlər. Baxmayaraq ki, bu ölkələr dünyada qəbul olunmuş bütün beynəlxalq qanunvericilik baxımından məcburiyyət qarşısında qalaraq, formal olaraq ölkəmizin ərazi bütövlüyünü qəbul edirlər. Ermənistanın üçüncü qism havadarları bizim işğala son qoymaq cəhdimizi formalaşmış geosiyasi balansa təhlükə hesab edərək, bütün vasitələrlə buna mane olmağa çalışırlar.

Ölkə rəhbərliyi diplomatik vasitələrlə bu beynəlxalq təzyiqi neytrallaşdırmağa çalışır. Bu sahədə müəyyən uğurlar olduğundan, erməni hərbi-siyasi rəhbərliyində aşkar təşviş yaranmaqdadır. Öz ordularının döyüş qabiliyyətinin səviyyəsini gözəl anlayan erməni rəhbərliyində son vaxtlar konturları sezilən əks-tədbir strategiyası formalaşmaqdadır. Hərbi əməliyyatlar başlayarsa, işğalçı ordunun uzun zaman cəbhədə stabilliyi saxlaya bilməyəcəyini anlayan düşmən hərbi planlaşdırması "ilkin sarsıdıcı zərbə" planını nəzərdən keçirməyə başlayıb.

Bu planla onlar bizim həyat əhəmiyyətli infrastruktur obyektlərimizə, böyük ordu qruplaşmalarının dislokasiya nöqtələrinə qəflətən sarsıdıcı zərbə vuraraq əhalidə panika yaratmaq, ordunun döyüş qabiliyyətini öz orduları səviyyəsinə qədər nivelirləşdirmək, onun əzici zərbə qüvvəsini azaltmaq və başlanacaq hərbi münaqişənin tempini aşağı salıb onu ləng axıcı vəziyyətə gətirməkdir. Ləng axıcı hərbi münaqişə, düşmənə şans verir ki, onun beynəlxalq havadarları Azərbaycan dövlətini təbliğat nəticəsində təcrid edib sanksiyalar tətbiq etsinlər.

Bu məqsədlə düşmən öz ordusunun aviasiya komponentini daha effektiv tətbiq etməyə çalışır. Operativ-taktiki raketlər parkını genişləndirir. İşğal altında olan Qarabağdakı aerodromları təmir edib, hərbi aviasiyanın tətbiqinə yararlı hala gətirməyə çalışır. Düzdür, hərbi təyyarələri işğal olunmuş əraziyə gətirməyə və orada təlim keçməyə ehtiyat edirlər. Çünki bu halda Azərbaycan tərəfindən zərbə özünü çox gözlətməyəcək. 2014-cü ilin noyabrında Ermənistan ordusuna məxsus zərbə helikopterinin məhv edilməsi buna sübutdur. Buna baxmayaraq, onların hərbi pilotları yüngül mühərrikli, vintli təyyarələrlə dağların zirvələrindən aşağı uçaraq yerli relyefi müayinə edirlər. Həmin sahələr döyüş teatrının pilotaj üçün daha çətin hissəsidir. Doğrudur, yüngül mühərrikli təyyarədə pilotaj təlimləri Su-25 ağır reaktiv təyyarələrindəki uçuşu əvəz edə biməz, lakin belə təlimlərin əhəmiyyətini azaltmağa da dəyməz. Alman-nasist tankçıları 30-cu illərin ortalarında texnikanın çatışmamasına görə, bədənlərinə karton yeşik geyinməklə şərti tankı təsəvvür edərək taktiki təlimlər keçirdilər. Bununla belə, onların tankçılarının taktiki səviyyəsi heç də Antihitler Koalisiyası tankçılarından aşağı deyildi.

Düşmən bununla bərabər Rusiyadan “İsgəndər-E” raketləri alıb ki, bu da onda “ilkin sarsıdıcı zərbə" ideyasına ümid yaradıb.

Bütün bunları nəzərə alaraq, ölkəmizin Ali Baş Komandanlığı və onun qərərgahı düşmənin ümidlərini xülyalar səviyyəsində saxlaya biləcək hava hücumundan müdafiə qüvvələrinin döyüş qabiliyyətini sistematik artırırlar. Baxmayaraq ki, Azərbaycan HHM qüvvvələrinin döyüş qabiliyyəti Qafqaz dövlətləri, İran və Orta Asiya dövlətlərindən daha yüksəkdir, yenə də bu sahədə görülən işlər dayandırılmır.

Bu işlər vəsaitin israfı deyil, tam zərurətdən irəli gəlir. Azərbaycan HHM qüvvələrinin miqdarı və döyüş gücü kifayət qədər olsa da, onun müəyyən hissəsi öz resurslarını sərf edib qurtarmaq üzrədir. Həm Zenit-raket birləşmələrində, həm aviasiya birləşmələrində, həm fəzanın radotexniki kəşfiyyatını aparan radiotexniki biləşmələrdə mənəvi cəhətdən köhnəlmiş texnika var. Onların bəzilərini ümumiyyətlə dəyişmək, bəzilərinin isə modernizasiyası tələb olunur.

Son bir neçə ildə ölkəmizin bu sahədə gördüyü işlərə nəzər salaq.

Hava Hücumundan Müdafiə Qüvvələrinin əsas komponentlərindən biri olan aviasiyadan başlayaq.

Sovet hökümətinin ölkəmiz ərazisində yerləşən hərbi əmlakının bölgüsü ərəfəsində, Rusiya Federasiyası zabitlərinin sabotajı nəticəsində HHM qüvvələrimizə hamısı uçuşa yararlı olmayan 30 ədəd ağır qırıcı MiQ-25 PD/PDS və 5 yüngül MiQ-21 təyyarəsi düşmüşdü. Hal-hazırda HHM qüvvələrinin döyüş siyahısında qalan 10 ədəd MiQ-25 PDS və 6 ədəd MiQ-25 PD təyyarələri uçuşa yararlı halda deyil və Ukrayna HSK ilə bilikdə modernizasiya gözləyir. Bu modernizasiya 2014-cü ildə olmalı idi, lakin orada məlum hadisələrə görə həyata keçirilməsi təxirə salınıb. Yəni bu barədə bir məlumat yoxdur.

MiQ-25 təyyarələrinin istismar xərci çox yüksək olduğundan, yəqin ki, bu modernizasiya ölkənin qırıcı aviasiyaya olan tələbatını tam və dolğun ödəyə bilməz.

Bununla yanaşı 2006-2007 ci illərdə Ukraynadan 12 ədəd MiQ-29 və 2 MiQ-29UB təyyarələri alınıb. Bir ədəd MiQ-29UB döyüş təlimlərində itirildiyindən, 2010-2011-ci illərdə Ukraynadan daha 2 ədəd MiQ-29UB təyyarəsi alınıb. Bu aviasiya qruplaşması Azərbaycanın HHM aviasiya komponentinə olan tələblərinin böyük hissəsini ödəməyə qadirdir. Yəni Rusiya istisna olmaqla, bütün qonşulardan effektiv müdafiə qurmağa imkan verir.

Lakin MiQ-29 təyyarələri sovet dövründə istehsal olduğundan, onların istismar resursları sona yaxınlaşır. Dövlət bu məsələni ciddi şəkildə nəzarətdə saxlayır. Amma bizdən asılı olmayan əngəlləyici səbəblər bizə azad silah bazarından silah almağa imkan vermir. Avropa İttifaqının bir çox əsas istehsalçıları və ABŞ bizim ölkəyə və Ermənistana silah satışına embarqo qoyublar. NATO ölkələrinin qırıcıları bizim üçün hələlik qadağan altındadır. Neytral ölkə olan İsveçin Saab şirkətinin JAS "Gripen" təyyarəsi öz taktiki döyüş qabiliyyətinə görə bizim ölkənin tələblərini tam ödəyir. Lakin onun mühərrikinin və idarəetmə sisteminin ABŞ istehsalı olması bizə qarşı ABŞ konqresinin 907-ci düzəlişini tətbiq etməyə imkan verir.

Bundan əlavə bizə Çin-Pakistan istehsalı olan JF-17 “Thunder" təyyarəsi təklif olunur. Bu təyyarənin döyüş qabiliyyəti "Gripen" səviyyəsində olmasa da, kifayət qədər yüksəkdir. Bizim ordunun hətta yüksək tələbləri üçün də kifayətdir. Qiyməti də münasibdir. Lakin burada da problem mövcuddur. İstehsalçı bu təyyarənin mühərrikini Rusiyadan alır və yaxın gələcəkdə lisenziyalı istensalını planlaşdırır. Lisenziyalı istehsal da lisenziya sahibinə imkan verir ki, öz avadanlığının hansı ölkəyə satılması icazəsini versin. Rusiyanın hökumətyönlü KİV-ləri Ermənistanla strateji müttəfiq olmalarınа işarə edərək, belə kontraktın bağlanmasından narahat olduqlarını vurğulayırlar. Buna görə də bu təyyarənin alınması yönündə bütün maraqlı tərəflərlə iş aparılmasa, gələcəkdə hansısa bir problem yaranması ehtimalı var. Pakistan höküməti satıcı kimi, bu problemin həlli yollarını aktiv axtarır. Məncə kontraktın onlarla bağlanma ehtimalı çox böyükdür.

Rusiya tərəfindən siyasi əsaslara rəğmən, yarana biləcək problemlərin reallığına baxmayaraq, bu ölkə də Azərbaycana özünün Su-30МK təyyarələrini təklif edir.

Azərbaycan hökümətinin vaxtı var ki, bu sahədə manevrlər etsin və ən sərfəli təklifi qəbul etsin. Düzdür, əgər tezliklə unuversal tətbiqli təyyarələr alınsa, HHM və Hərbi Hava Qüvvələrini daha tez reorqanizasiya edib, daha effektiv taktiki əsaslarla ordunun döyüş hazırlığını davam etdirmək olar. O halda Hərbi Hava Qüvvələrinin HHM rolunu oynayan ("tutucu" və qırıcı) aviasiya birləşmələri ilə Quru Qoşunlarının tələbatından irəli gələn vəzifələri yerinə yetirən (bombardmançı və hücumçu) aviasiya birləşmələri arasında fərq tam silinəcək və yalnız konkret döyüş tapşırığı ilə müəyyənləşəcək. Bu fərqli döyüş tapşırıqları hər bir universal təyyarənin yerinə yetirə bildiyi vəzifə olduğundan, qüvvələri daha səmərəli istifadə etmək mümkün olacaq, istismar xərclərini ikiqat və ya daha çox azaltmağa imkan verəcək.

HHM qüvvələrinin quru (yer) komponenti iki hissəyə bölünür:

1. Zenit-Raket birləşmələri
2. Onları hava şəraitinin kəşfiyyatı ilə fasiləsiz təmin edən radiotexniki birləşmələr

Hər iki növ birləşmələr son illərdə mövcud olan sistemə asanlıqla kommutasiya oluna bilən müasir texnikalar alıblar.

Zenit raket qüvvələrinin yeni silahlarından ilk növbədə Belarusun köməyi ilə modernizə olunmuş keçmiş sovet S-125 sistemlərini göstərmək olar. Çünki bu sistemlərin yalnız köhnəlməyən gövdələri qalıb. İçərisində olan bütün avadanlıq lampa-analoq sistemlərindən müasir element bazasına dəyişdirilmiş, komputerləşmiş qurğular tətbiq olunub ki, bu da sistemin aşkarlama və atəş məsafəsini, reaksiya müddətini və düşmənin yaratdığı radiomaneələrə qarşı davamlılığını daha da artırıb. Artıq sistem təkcə aerodinamik hədəflərə qarşı yox, müəyyən konkret şəraitdə bəzi ballistik hədəflərə qarşı da effektiv mübarizə apara bilir.

Sistemin döyüş qabiliyyəti imkan verir ki, ölkədə olan kifayət miqdarda S-75M3 zenit-raket komplekslərinin vəzifəsini öz üzərinə götürsün və onları ehtiyata çıxarıb ya modernizasiyası haqqında, ya da tamamilə döyüş siyahısından çıxarılması haqqında sakit qərara gəlinsin. Əgər bu sistemlər də effektiv modernizasiya olunub, ordunun sərəncamına verilərsə, ölkənin HHM qoşunlarının qüdrəti daha da artaraq, böyük dövlətlərin aviasiyasına qarşı döyüş davamiyyətli imkanına malik olacaq.

Amma bu bir qədər maksimalist arzudur. Ona görə ki, C-75 sisteminin element bazasını dəyişib onu təkmilləşdirmək mümkündür. Aşkaretmə və müşahidə qurğularını da daha mükəmməl etmək mümkündür. Lakin onun resursları keçmiş maye yanacaqla işləyən raketlərini hələlik heç yerdən əldə etmək mümkün deyil. Qalır sistemi yeni raketlərlə silahlandırmaq ki, bu da daha dərin modernizasiya tələb edir. Çünki yeni raketlərlə sistemin mövcud olan “kanallığını", yəni eyni zamanda yalnız bir hədəfə atəş aça bilmək qabiliyyətini saxlamaq, modernizasiyaya sərf olunacaq vəsaitin israfçılığı demək olardı. Əgər bu texniki-taktiki imkan da artırılsa, yəni sistemin “kanallığı" artırılsa, köhnə sistemi yenidən layihələndirib, onun funksiyalarından yalnız təxminən 20-30 faizini saxlamaq lazım olacaq. Dəqiq ekspertiza olmadan çətin söyləmək olar, yeni sistem almaq düzgündür, yoxsa belə dərin kapital modernizasiya həyata keçirmək?

Ölkəmizin S-300 sistemli ZRK-ləri əldə etməsi yuxarıdakı məsələni nəzəri baxımdan götür-qoy səviyyəsinə sıxışdırır. Çünki, alınmış S-300 divizionları müəyyən xüsusi şərtlərlə, başqa qüvvələri cəlb etmədən, ölkə ərazisinin hava sərhədlərini Еrmənistana məxsus bütün uçuş vasitələrindən qorumağa qabildir. Bu sistemin üstün cəhəti, onun aerodinamik hədəflərdən başqa operativ taktiki ballistik hədəflərə qarşı da effektiv mübarizə qabiliyyətli olmasıdır.

(Ardı var)
Hərbi ekspert Vüqar Miraslanov
Analiz Ordu.az-a məxsusdur

Teqlər: Azərbaycan-Ordusu   HHM  

Xəbər lenti

Daim inkişafda: "HHM qüvvələrimiz Qafqaz, İran və Orta Asiya dövlətlərindən daha güclüdür" - Hərbi ekspert (ANALİZ)

2018/02/04cddbcd94cfac7198929e8c50675dab_4552420572.jpg
Oxunub: 6216     12:16     01 Fevral 2018    