Seul və Vaşinqton müdafiə xərclərini yenidən bölüşdürəcək

2018/02/245234238463_1517471342.jpg
Oxunub: 350     11:46     01 Fevral 2018    
ABŞ administrasiyasının nümayəndəsi Seulun ABŞ-ın Koreya Qüvvələrinin saxlanması üçün daha çox vəsait ayırmalı olduğunu qeyd edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Pentaqonun nümayəndəsi Elbric Kolbi Vaşinqton və Seul arasında xərclərin ədalətli bölgüsü haqda danışıqların aparıldığını bildirib.

“1950-ci ildə Koreyanın gündəlik adambaşına düşən ÜDM-si orta hesabla 2 dollar idi. Lakin bu gün ölkə dünyanın ən inkişaf etmiş ölkələrindən biridir. Bizim böyük çətinliklərimiz var. Təbii ki, onların öhdəsindən gələcəyimizə inanırıq, lakin müttəfiqlərimiz və partnyorlarımızdan da əlavə dəstəyə ehtiyacımız var”, - deyə Kolbi əlavə edib.

Qeyd edək ki, 1991-ci ildə Koreya qüvvələri xərclərinin bir hissəsini qarşılamağa razılıq verdi. Vəsait Koreyalı personalın saxlanması, hərbi konstruksiya, müdafiə və logistika xərclərini əhatə edirdi. 2014-cü ildə imzalanan sonuncu müqavilə bu ilin sonunda başa çatır.

Hal-hazırda Seul illik təqribən 886 milyard dollar ödəyir. Lakin Vaşinqtonun ən azı bir milyard tələb edəcəyi ehtimal edilir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Seul-Vaşinqton   Müdafiə-xərcləri  

Xəbər lenti

Seul və Vaşinqton müdafiə xərclərini yenidən bölüşdürəcək

2018/02/245234238463_1517471342.jpg
Oxunub: 351     11:46     01 Fevral 2018    