Cənubi Koreya donanması yeni döyüş freqatını qəbul edib

2018/02/23465234_1517466476.jpg
Oxunub: 712     14:26     01 Fevral 2018    
Cənubi Koreya donanması sualtı gəmi əleyhinə böyük döyüş qabiliyyətinə malik yeni idarəolunan raket freqatını qəbul edib.

Ordu.az “Yonhap” informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Satınalma Proqram İdarəsi (DAPA) məlumat yayıb.

DAPA-nın məlumatına görə, 2800 tonluq “Daegu” gəmisinin dizaynında gizliliyə üstünlük verilib. O, hibrid elektrik itələmə sistemindən istifadə edir. Bu isə gəmidə səs-küyü azaltmaqla yanaşı, lazım olanda sürətli manevr imkanlarını təmin edir.

Bundan başqa, o TASS sistemi və “Hong Sang Eo” uzaqmənzilli sualtı əleyhinə torpedosu ilə təchiz olunub. Həmçinin, freqata gəmi-quru, gəmi-gəmi raketləri, dəniz silahları və “Phalanx” yaxın məsafəli silah sistemləri də quraşdırılıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Cənubi-Koreya   Döyüş-freqatı   DAPA  

Cənubi Koreya donanması yeni döyüş freqatını qəbul edib

2018/02/23465234_1517466476.jpg
Oxunub: 713     14:26     01 Fevral 2018    