ABŞ-ın raket sınağı uğursuz olub

2018/02/3452346852347896534_1517465828.jpg
Oxunub: 726     14:12     01 Fevral 2018    
ABŞ-ın Havay Sakit Okean Raket Bazasında baş tutan orta mənzilli ballistik raket sınağı uğursuz olub.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Raketdən Müdafiə Agentliyinin mətbuat katibi Mark Rayt bəyan edib.

Agentliyin məlumatına görə, hazırda uğursuzluğun səbəbi araşdırılır. “Aegis Ashore” sistemi ilə edilən sınaq zamanı atılan raket “Raytheon”un istehsal etdiyi SM-3 Block IIA raketi olub. Block IIA raketləri hələki sınaq mərhələsindədir. Bu vaxta qədər ABŞ bu raketlərə 2.2 milyard, Yaponiya isə 1 milyard dollar yatırım edib.

Qeyd edək ki, ABŞ və Yaponiya tərəfindən birlikdə istehsal edilən raketin ötən ilin iyun ayında daha bir uğursuz sınağı həyata keçirilib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Havay   Raket-sınağı   Aegis-Ashore  

ABŞ-ın raket sınağı uğursuz olub

2018/02/3452346852347896534_1517465828.jpg
Oxunub: 727     14:12     01 Fevral 2018    