“USQ ABŞ-dan silah götürüb döyüşmək, sonra qaytarmaq istəyir” – Ekspert

2018/02/427_1517463845.jpg
Oxunub: 525     09:43     01 Fevral 2018    
“Vətəndaş müharibəsinin davam etdiyi ölkədə heç bir lizinq müqaviləsindən söhbət belə gedə bilməz. Ukrayna Silahlı Qüvvələri ABŞ-dan silah götürüb müharibə aparacaq, sonra isə geri qaytaracaqlar”.

Ordu.az “Svpressa” nəşrinə istinadən xəbər verir ki, bu barədə Strateji Konyuktura Mərkəzinin direktoru İvan Konovalov Ukraynanın keçmiş müdafiə naziri Anatoli Qritsenkonun ideyasını şərh edərkən bildirib.

“Ukraynada vətəndaş müharibəsi davam edir və bu müharibənin miqyası bütün ölkəni əhatə edir, belə olan halda hansı lizinq müqaviləsindən bəhs etmək olar? Maraqlıdır, Ukrayna Silahlı Qüvvələri ABŞ-dan silah alaraq onunla döyüşüb, sonra geri qaytaracaqlar?”, - deyə ekspert bildirib.

Konovalovun sözlərinə görə, Ukrayna hərbçiləri əhalini sakitləşdirmək üçün qəribə bəyanatlarla çıxış etmək məcburiyyətindədirlər.

“Əgər amerikalılardan F-16-nı lizinqə götürməyə hazırlaşırlarsa, geri qaytarmaq üçün heç bir vasitələri olmayacaq, çünki bu təyyarələri vurmaq asandır”, - deyə Konovalov qeyd edib.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Ukrayna   ABŞ   F-16  

Xəbər lenti

“USQ ABŞ-dan silah götürüb döyüşmək, sonra qaytarmaq istəyir” – Ekspert

2018/02/427_1517463845.jpg
Oxunub: 526     09:43     01 Fevral 2018    