Stoltenberq: “NATO Makedoniyanı Alyansa qoşulmağa dəvət edəcək”

2018/01/received_2464440430448777_1517423894.jpeg
Oxunub: 615     02:16     01 Fevral 2018    
"BMT çərçivəsində ad məsələsinə ortaq həll tapılan kimi NATO Makedoniyanı alyansa qoşulmağa dəvət edəcək”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

O, dünyada və Balkanlardakı təhlükəsizlik vəziyyətinə görə Skopyeyə səfərindən və Makedoniyanın NATO üzvü kimi görmək istəyindən danışıb.

“Mən, bu ay Skopyeyə səfərimdən çox məmnun qaldım. Biz ölkənin NATO üzvlüyü yolunda irəliləməsinə öz dəstəyimizi verməkdə davam edirik. Bu, 2018-ci il Buxarest Sammitində qərara alınan, Uels və Varşavada təkrarlanan bir yoldur. NATO BMT-də ad məsələsinə ortaq bir həll tapılan kimi Makedoniyaya üzvlüklə bağlı dəvət göndərəcək”, - deyə Stoltenberq əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: NATO   Makedoniya  

Stoltenberq: “NATO Makedoniyanı Alyansa qoşulmağa dəvət edəcək”

2018/01/received_2464440430448777_1517423894.jpeg
Oxunub: 616     02:16     01 Fevral 2018    