ABŞ Rusiyanın müdafiə müqavilələrindən gəlirlərini azaltmağa çalışır

2018/01/IMG-20180131-WA0048_1517420150.jpg
Oxunub: 451     21:35     31 Yanvar 2018    
Birləşmiş Ştatların Rusiya müdafiə və kəşfiyyat sektoruna sanksiyalar tətbiq etməklə Moskvanın xarici ölkələrlə olan silah müqavilələrindən əldə etdiyi gəlirlərini azaltmağa çalışır.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin adının açıqlanmasını istəməyən rəsmisi bildirib.

“Amerikanın düşmənlərə qarşı sanksiya qanunu 231-ci maddəsinin başlıca məqsədi Rusiya hökumətinə axan əhəmiyyətli gəlirləri dayandırmaqdır”, - deyə rəsmi qeyd edib.

Lakin o çəkindirilən müqavilələrin dəqiq sayını və müqavilələrin imzalandığı ölkələrin adını çəkməkdən imtina edib.

“Qlobal diplomatik səylərimiz nəticəsində bir neçə milyard dollarlıq potensial müqavilələrin imzalanmasının qarşısını ala bildik. Bu çox ciddi pul və əhəmiyyətli uğurdur. Biz bu pulların Rusiyaya getməsinə əngəl olduq”, - deyə o əlavə edib.

Rəsmi Birləşmiş Ştatların Rusiyadan S-400 sistemlərini almağı planlaşdıran Qətərə müdaxilə edib-etmədiyi barədə açıqlama verməyib.

Qeyd edək ki, yanvarın 29-da qüvvəyə minən Amerikanın düşmənlərinə qarşı sanksiya qanunu ABŞ hökumətinə müdafiə sektorundakı Rusiya şirkətləri ilə müqavilə bağlayan üçüncü tərəflərə sanksiya tətbiq etməyə icazə verir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Rusiya  

Xəbər lenti

ABŞ Rusiyanın müdafiə müqavilələrindən gəlirlərini azaltmağa çalışır

2018/01/IMG-20180131-WA0048_1517420150.jpg
Oxunub: 452     21:35     31 Yanvar 2018    