Əfqanıstan HHQ yeni “Black Hawk” helikopterlərini qəbul edir

2018/01/received_2458579411034879_1516734866.jpeg
Oxunub: 263     23:14     23 Yanvar 2018    
Əfqanıstan Hərbi Hava Qüvvələri (HHQ) 4 ədəd ABŞ istehsalı “Black Hawk” helikopterlərini təhvil alıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu helikopterlərin əfqan ordusuna çatdırılan ikinci paketidir. İlk 4 helikopter isə ötən ilin sentyabr ayında Əfqanıstana gətirilib.

ABŞ ümumilikdə 2020-cu ilə qədər Əfqanıstan aviasiya qüvvələrinə 159 ədəd həmin helikopterlərdən tədarük etməyi planlaşdırır.

Yeni helikopterlər Qəndəhar vilayətinə aparılıb. HHQ-nin komandiri Raziq Şərzayinin sözlərinə görə, bu helikopterləri idarə etmək üçün artıq 12 pilot yetişdirilib və hazırda test uçuşlarını həyata keçirirlər.

Qeyd edək ki, qiyamçıların fəaliyyətlərini artırmasına qarşı ölkənin təhlükəsizlik qüvvələrini gücləndirməklə bağlı dörd illik plan hazırlayan hökumətin əsas diqqətini cəmlədiyi nöqtə aviasiya qüvvələridir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Əfqanıstan   Black-Hawk  

Xəbər lenti

Əfqanıstan HHQ yeni “Black Hawk” helikopterlərini qəbul edir

2018/01/received_2458579411034879_1516734866.jpeg
Oxunub: 264     23:14     23 Yanvar 2018    