Tillerson: "KXDR hələ ona etibar etməyin mümkünlüyünü göstərmir"

2018/01/75FEF530-DDF9-4F37-8215-410C145CA066_w1023_r1_s56_1516166745.jpg
Oxunub: 288     09:24     17 Yanvar 2018    
"KXDR hələ danışıqlar üzrə etibar edilən tərəfdaş olduğunu nümayiş etdirmir".

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Reks Tillerson bəyan edib.

O bu barədə Vankuverdə ABŞ və Kanadanın həmsədrliyi ilə 20 ölkənin xarici işlər nazirinin iştirakı ilə Koreya yarımadasındakı vəziyyətin müzakirəsinin yekunlarına həsr edilən mətbuat konfransında bildirib.

Tillerson qeyd edib ki, ABŞ və onun KXRR-ə maksimal təsir göstərilməsi üzrə kompaniyanın əsas hədəfi Pxenyanın əsaslı danışıqlara razılıq verməsidir.

"Biz gələcək cəhdlərimiz və dialoqun başlaması mövzusunda konstruktiv danışıqlar keçirdik. Lakin məhsuldar danışıqlar üçün etibar edilən müttəfiqə ehtiyac var, Şimali Koreya isə özünü hələ bu yöndən nümayiş etdirməyib", - deyə ABŞ dövlət katibi qeyd edib. Bununla belə, Tillerson Vaşinqtonun istənilən an dialoqa başlamağa hazır olduğunu vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

Teqlər: KXDR   Vankuver  

Xəbər lenti

Tillerson: "KXDR hələ ona etibar etməyin mümkünlüyünü göstərmir"

2018/01/75FEF530-DDF9-4F37-8215-410C145CA066_w1023_r1_s56_1516166745.jpg
Oxunub: 289     09:24     17 Yanvar 2018    