İsrail Müdafiə nəhəngi Hindistanla 850 milyon dollarlıq sazişi qorumağı düşünür

2018/01/spike-anti-tank-missile213_1516037283.jpg
Oxunub: 629     01:24     16 Yanvar 2018    
“Rafael Advanced Defence Systems”in icraçı direktoru general-mayor Yoav Har İven Hindistanda rəsmi səfərdə olan İsrail Baş naziri Benyamin Netanyahunu müşayiət edən biznes adamlarından biridir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Hindistan KİV-lərinin “Rafael”in 850 milyon dollarlıq raket satışının Hindistan ordusuna təhvil verilib-verilməyəcəyini sorğulayan bir sıra xəbərlərinə görə Har İvenin səfərdə iştirakı çox əhəmiyyətlidir. “Rafael” Hindistan ordusuna 8000 ədəd “Spike” tank əleyhinə raket və yüzlərlə raketatıcısı satmağı qəbul etmişdi.

Belə böyük bir müqavilənin ləğvi isə şirkətə ağır zərbədir. Müqavilə ilə bağlı Hindistanda bir anlaşmazlıq var. Çünki yerli müdafiə şirkətləri təzəliklə inkişaf etdirdikləri yeni anti-tank raketini Hindistan ordusuna satmaq məqsədilə sözügedən müqavilənin ləğv edilməsi üçün Müdafiə Nazirliyinə təzyiq edirlər. Eyni zamanda ordunun “Rafael” tərəfindən onlarla ölkəyə satılan həmin raketləri almaq istədiyi hiss olunur. Çünki İsrailin raketləri dünyada ən yaxşı raket hesab edilir.

“Baş nazirin rəsmi və çox vacib ziyarətində icraçı direktorun olması həyati önəm daşıyır”, - deyə İsrailin müdafiə nazirliyinə yaxın mənbələr bildirib.

Hökumət Netanyahunun Hindistan Baş naziri Narendra Modi ilə etdiyi görüşdə bu məsələni gündəmə gətirib-gətirməyəcəyi ilə bağlı şərh verməkdən imtina edib.

Qeyd edək ki, Har İven Netanyahunu müşayiət edən yeganə biznes adamı deyil. Ondan başqa “İsrael Aerospace İndsutries Ltd”nin icraçı direktoru Cozef Veyis, “Elbit Systems”dən və “Aeronautics Ltd”dən də nümayəndələr səfərdə iştirak edir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Rafael   İsrail-Hindistan  

İsrail Müdafiə nəhəngi Hindistanla 850 milyon dollarlıq sazişi qorumağı düşünür

2018/01/spike-anti-tank-missile213_1516037283.jpg
Oxunub: 630     01:24     16 Yanvar 2018    