2018-ci ildə Rusiya ordusunu nələr gözləyir? – Hərbi ekspert (Araşdırma) – II Yazı

2018/01/photo_84698324_3032072328.jpg
Oxunub: 2526     00:54     16 Yanvar 2018    
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)

Rusiya müdafiə naziri Sergey Şoyqu vurğulayıb ki, qoşunlar Suriyada qazandıqları təcrübə nəzərə alınmaqla təlimlərin təkmilləşdirilməsini, yüksək texnologiyalı təlim avadanlıqlarını, müasir formaları və təlim metodlarını tətbiq etməyi davam etdirməlidir. 2018-ci ilə planlanan 8000 təlimlə bərabər böyük miqyaslı təlimlər- "Şərq-2018" (avqust-sentyabr aylarında keçiriləcək), KTMT-nın çevik hərəkət qüvvələrinin birgə təlimləri, "Əməkdaşlıq-2018" və ŞƏT-in "Sülh Missiyası 2018" anti-terror təlimlərinin də keçirilməsi nəzərdə tutulur.

“Sonuncunun Uralda keçirilməsinə qərar verilib. Planlaşdırılan "Şərq-2018" manevrləri zamanı Uzaq Şərqdə milli maraqların qorunması məsələləri işləniləcək”, - deyə Şoyqu bildirib.

Qeyd edək ki, bu təlimlərdə Şərq, Mərkəz Hərbi Dairəsinin və Şimali Donanmanın güc və vasitələrindən istifadə ediləcək.

Rusiya hərbi dənizçiləri üçün döyüş hazırlığı planına 500-dən çox təlimlər daxil edilir. Bunlar arasında Rusiya- Çin "Dəniz qarşılıqlı əlaqəsi" və Rusiya-Hindistanın birgə "İndra" təlimləri də yer alır. "İndra" Rusiya-Hindistan manevrlərinin quru və dəniz hissələri Hindistanda, hava hissələri isə Rusiyada keçiriləcək.

Bundan başqa, Buryatiyada birgə Rusiya-Monqolustan "Selenqa-2018" birgə hərbi təlimlərinin keçirilməsi planlaşdırılır. Rusiya-Çin hərbi manevri Çin sahillərində reallaşdırılacaq. Bundan əlavə, Yaponiyanın ərazi sularında hərbi dənizçilərin birgə təlimləri də təşkil olunacaq.

Arktikanın və Şimal Buzlu okeanı adalarında hələ də öyrənilməyən sahələrdə bir sıra yeni təlimlər keçirəcək. Şimal dənizçiləri də "ArMİ-2018" peşəkarların müsabiqəsində iştirak edəcək və yeni sualtı kreyser "Knyaz Vladimir"in testini həyata keçirəcəklər.

Baltik Donanması (BD) 2018-ci ildə onlarla dəniz manevrində iştirak etməyi planlaşdırır. Baltik Donanmasının aviasiyası Hind okeanı və Aralıq dənizini ziyarət edəcək. Gəmi əleyhinə və axtarış xilasetmə helikopterləri olan Ka-27-lər döyüş gəmiləri ilə birlikdə Şimal Buzlu okeanı, Hind okeanı və Aralıq dənizinə uzun məsafəli səfərlər edəcək.

Misir ərazisində Ərəb Respublikasının Silahlı Qüvvələrinin paraşüt desant qoşunları ilə Rusiya Federasiyası hərbi desant qüvvələrinin "Dostluq müdafiəçiləri" adlı birgə təlimləri keçiriləcək.

Bundan əlavə, yaz aylarında döyüş təliminin səviyyəsinin artırılması çərçivəsində "IV ArMİ" keçiriləcək. Onlar 27 müsabiqədən ibarət olacaq və iyulun 28-dən 11-ə qədər 23 poliqonda keçiriləcək. "ArMİ" altı ölkədə, o cümlədən İranda ilk dəfə keçiriləcək. Məlumdur ki, Rusiya artıq oyuna NATO ölkələri də daxil olmaqla 80-dən çox ölkəni dəvət edib.

“Bu səviyyədə hərbi oyunların təşkili və təmin edilməsi məsələləri əlbəttə ki, maraq doğurur. Belə oyunlar təcrübə mübadiləsi və beynəlxalq hərbi əməkdaşlığın gücləndirilməsinə kömək edir”, - deyə Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq Baş İdarəsinin nümayəndəsi Aleksandr Zinçenko bəyan edib.

İyulun 29-dan avqustun 12-dək Rusiya, Belarus, Azərbaycan, Qazaxıstan və Çinin 22 poliqonunda keçirilib. 28 yarış keçirildi. Onlara Avropa, Asiya, Afrika və Latın Amerikasını təmsil edən 28 ölkədən 150-dən çox komanda iştirak etdi. Rusiya qeyri-rəsmi medal yarışlarında birinci oldu.

Sakit okean Donananmasının Dəniz piyadaları "ArMİ-2017-ci il" təlimlərində ZPD-80 ilə "Estafetləri" keçirlər

"Hər il bu təlimlər, dünyanın ən böyük silah və hərbi texnikanın sərgi ekspozisiyası kimi öz statusunu təsdiq edir", - deyə Şoyqu oyunların hazırlanması və keçirilməsi üzrə Təşkilat Komitəsinin ilk iclasında bildirib.

Sərgidə eksponatlarını artıacağı barədə artıq Belarus elan edib. Türkiyə də iştirakda maraqlıdır.

“Oyunlar, vətəndaş cəmiyyətini və ordunu bir araya gətirməsində, ordunun nüfuzunu artırilmasında, ölkəsi ilə qürur duyan bir nəslin yetişdirilməsində mühüm rol oynayır” – deyə Sergey Şoyqu bildirib.

Şoyqunun sözlərinə görə, "Patriot" konqres və sərgi mərkəzində bu ilk dəfə daxili təhlükəsizlik sənayesinin inkişafı üzrə federal icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılmasına yönələn "Milli Təhlükəsizlik Həftəsi" beynəlxalq forumunun keçirilməsi planlaşdırılır. Müdafiə idarəetmə sistemi, milli qvardiya, yanğın təhlükəsizliyi, xilasetmə avadanlıqları, şəxsi təhlükəsizlik, biznes təhlükəsizliyi və s. mövzulara həsr edilən sərgilərin də keçirilməsi gözlənilir.

Ümumilikdə, 2018-ci ildə üç min binanın və tikilinin istifadəyə verilməsi, "Era" hərbi innovasiya texnologiyası yaranması gözlənilir. Severomorsk-1, Mozdok, Baltimor, Belbek, Alıkel və Çkalovsk aerodromları da daxil olmaqla 11 hərbi hava limanında tikinti və yenidənqurma işlərinin başa çatdırılması planlaşdırılır.

Şərq Hərbi Dairəsinin (ÇHD) ekoloji bölmələri Sovet dövründən bəri Vrangel adasında yığılıb qalan 600 tondan artıq köhnə metal çəlləkləri toplamağı planlaşdırır. İlk dəfə olaraq hərbi ekoloqlar "Somnitelnaya" və keçmiş "Zvezdnıy" aerodromunun ərazilərində işləyəcəklər.

“Hərbi ekoloqların qüvvələri ümumi kütləsi 320 tondan artıq olan 2500 ədəd köhnə metal çəlləyi toplamaq, bununla yanaşı, 2019-cu ildə daşınacaq 300 ton boş metal çəlləyi sıxışdırmaq planlaşdırılır”, - deyə Şərq Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Bu tədbirlərdə hərbçilər avtomobil "KamAZ" yük maşınlarının kranla təhiz edilən xüsusi metal daşıyan avtomobillərdən, özüboşaldan avtomobillərdən, bir buldozer, 25 və 40 tonluq müasir kranlardan, buldozerdən və tırtıllı daşıyıcılardan istifadə olunacaq. Ayrıca olaraq PP-250 iki yeni “balya presi” aparatı Vrangel adasına çatdırılacaq.

4 Mayda Cənub Hərbi Dairəsi (CHD) yaradılmasının 100-cü ildönümünü qeyd edəcək. Rostovda keçiriləcək Dairənin ildönümünə həsr edilə hərbi paradda piyadalarla bərabər 64 ədəd hərbi və xüsusi texnikanın ibarət mexaniki dəstə və CHD HHQ-nin 4-cü ordusuna məxsus 50-dən çox təyyarə və helikopter iştirak edəcək.

Araşdırma Roman Azanovun yazıları əsasında hazırlanıb.
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Rusiya   2018   Təlimlər  

2018-ci ildə Rusiya ordusunu nələr gözləyir? – Hərbi ekspert (Araşdırma) – II Yazı

2018/01/photo_84698324_3032072328.jpg
Oxunub: 2527     00:54     16 Yanvar 2018    