Yeni raket çantası 320 km/saat sürət yığa biləcək

2018/01/IMG-20180112-WA0007_1515774282.jpg
Oxunub: 733     20:24     12 Yanvar 2018    
Birləşmiş Ştatlarda sürəti 320 km/saatadək qalxa bilən yeni raket çantası yaradılıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, çanta Amerikanın “Jet Pack Aviation” şirkəti tərəfindən yaradılıb.

Yeni çantanın adı JB-11-dir. Müasir aparat 2 əvəzinə 6 ədəd müasir mühərriklə təchiz olunub. Məhz bu, ona öz analoqlarından iki dəfə daha artıq sürət yığmaq imkanı verir.

JB-11-in uçuş müddəti təxminən 12 dəqiqə təşkil edir. Bu müddət ərzində qurğu 30 kilometrdən çox məsafə qət edə bilər.

Qeyd edək ki, sürətli yeni raket çantası “CES 2018” sərgisi çərçivəsində təqdim olunub.

Ordu.az

Teqlər: Raket-çantası   ABŞ   JB-11  

Xəbər lenti

Yeni raket çantası 320 km/saat sürət yığa biləcək

2018/01/IMG-20180112-WA0007_1515774282.jpg
Oxunub: 734     20:24     12 Yanvar 2018    