Tayvan yaxınlığında Çinin hərbi aktivliyi ictimailəşdirilməyəcək

2017/12/456456456456456456_1513850738.jpg
Oxunub: 520     14:01     21 Dekabr 2017    
“Çin hərbi təyyarələrinin və donanmasının Tayvan yaxınlığındakı hərəkatı qeyri-adi aktlar baş verməyənədək ictimailəşdirilməyəcək”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Tayvanın müdafiə naziri Fenq Şih-Xuan bildirib.

Onun sözlərinə görə, qərarın qəbul olunmasında məqsəd Tayvanın Çinin psixoloji döyüş vəziyyəti yaratma cəhdlərinə qarşı dayandığını göstərməkdir.

Ötən gün ərzində bir neçə Çin hərbi təyyarəsi Tayvan yaxınlığında görünüb.

Nazirlik bildirib ki, Çin təyyarələrinin və donanma gəmilərinin ənənəvi təlimlərindən kənara çıxmadığı müddətcə əks reaksiya verilməyəcək.

Xatırladaq ki, bir neçə gün öncə Tayvan milli Müdafiə Nazirliyinin mətbuat katibi Çen Çunq-ci bildirib ki, Tayvan Çinin Tayvan yaxınlığında artan hərbi aktivliyinə cavab verməyə hər an hazırdır.

Həmçinin, o Tayvanla Əlqələr Qanunu çərçivəsində Tayvana müdafiə yönümlü silahların təminatı ilə bağlı ortaya qoyduğu mövqeyə görə ABŞ-a təşəkkür edib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Tayvan   Çin   Təlimlər  

Xəbər lenti

Tayvan yaxınlığında Çinin hərbi aktivliyi ictimailəşdirilməyəcək

2017/12/456456456456456456_1513850738.jpg
Oxunub: 521     14:01     21 Dekabr 2017    