Alman deputat: "Problemi həll etmək üçün Azərbaycanla əməkdaşlıq etməliyik"

2017/12/345345345_1513849656.jpg
Oxunub: 717     14:07     21 Dekabr 2017    
"Problemi yavaş-yavaş, lakin ağıllı şəkildə həll etmək üçün Azərbaycanla əməkdaşlıq etməliyik".

Ordu.az “Aravot” nəşrinə istinadən xəbər verir ki, bu barədə Almaniya Bundestaqının deputatı Albert Vayler verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, münaqişənin ağıllı həlli hər iki tərəfin qarşılıqlı güzəşt yoludur. "Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun böyük əhəmiyyəti var. Xüsusilə böyük ölkələr olaraq Fransa və Rusiyanın rolu əhəmiyyətlidir. Münaqişə sülh yolu ilə həll edilməldir. Bu baxımdan azərbaycanla sıx əməkdaşlıq edilməlidir, bu bizə münaqişəni tez yox, yavaş-yavaş ancaq ağıllı həll etməyə imkan verər".

O, "Aravot" nəşrinin "Azərbaycan öz hərbi çağırışlı siyasəti ilə güzəştlər ətrafında danışıqlar aparmağı arzuladığını nümayiş etdirirmi?" sualına bu şəkildə cavab verib:

"Azərbaycanla qarşı yox, Azərbaycanla bir yerdə qərara gəlmək lazımdır. Bu məsələdə Minsk qrupunun həmsədr ölkəsi kimi problemin ən yaxşı şəkildə həll edilməsi məqsədilə Rusiya yaxşı aparıcı rol oynaya bilər. Yəni 3-cü ölkənin xoş niyyətli iradəsi hər iki tərəfin qarşılıqlı güzəştə getməsinə töhvə verə bilər".

Albert Vaylerin fikrinə görə, Rusiyanın Ermənistanla çox yaxşı münasibətləri var. Lakin Rusiyanın həm də Azərbaycanla çox yaxşı münasibətləri var.

"Böyük ölkə olaraq Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində kifayət qədər təsiri ola bilər. Bu məqsədlə münaqişənin sülh yolu ilə həllinə kömək olacaq istənilən imkandan istifadə etmək lazımdır", - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Qarabağ   ATƏT   Almaniya  

Xəbər lenti

Alman deputat: "Problemi həll etmək üçün Azərbaycanla əməkdaşlıq etməliyik"

2017/12/345345345_1513849656.jpg
Oxunub: 718     14:07     21 Dekabr 2017    