İsrailin “Elbit” şirkəti ABŞ Ordusu ilə müqavilə imzalayıb

2017/12/3884487507345_1513849035.jpg
Oxunub: 877     14:16     21 Dekabr 2017    
ABŞ ordusunun C-26 və UC-35 təyyarələrinə xidməti nəzərdə tutan kontrakt 25 milyon dollar dəyərindədir. Hər dəfə bir il olmaqla beş il uzadılma imkanı olan müqavilənin qiyməti 176 milyon dollara qədər arta bilər.

Ordu.az xəbər verir ki, bu barədə “Elbit”in mətbuat xidmətindən yayılan məlumatda bildirilir.

Məlumatda bildirilib ki, “Elbit”in ABŞ filialı DynCorp. Beynəlxalq korporasiyasından ABŞ ordusuna məxsus təyyarələrin hazırlığını dəstəkləməklə bağlı müqaviləni qazanıb.

“Elbit” bu müqavilə ilə logistik dəstək, mühərrik təminatı, təmir və təyyarələrin enmə platformalarına baxış xidmətləri göstərəcək.

Xatırladaq ki, “Elbit” bir neçə gün öncə də NATO-dan 46 milyon dollarlıq ləvazimat kontraktı udub.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Elıbit   ABŞ-ordusu  

Xəbər lenti

İsrailin “Elbit” şirkəti ABŞ Ordusu ilə müqavilə imzalayıb

2017/12/3884487507345_1513849035.jpg
Oxunub: 878     14:16     21 Dekabr 2017    