Çin MN: İnanırıq ki, ABŞ özünün Soyuq Müharibə zamanı zehniyyətindən əl çəkəcək

2017/12/t01605a55c81a0b893b456456_1513848854.jpg
Oxunub: 395     13:55     21 Dekabr 2017    
Çin Müdafiə Nazirliyi ABŞ-ı Çin ordusunun əldə etdiyi nailiyyətlərlə bağlı obyektiv və rasional olmağa çağırıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın sonuncu milli təhlükəsizlik strategiyası haqda şərh verən ÇXR xarici işlər nazirliyinin mətbuat katibi Ren Quoqianq bildirib.

“Faktlara əsaslanmayan strategiya Çinin milli müdafiəsini modernləşdirmə səylərini və Çin ordusunda əldə olunan inkişafı təəccüblü şəkildə görməzdən gəlir”, - deyə, o əlavə edib.

O bildirib ki, strategiya ABŞ-Çin əlaqələrindəki yaxınlaşma və günümüzün ehtiyacı olan sülhlə ziddlik təşkil edir.

“Biz ümid edirik ki, Birləşmiş Ştatlar özünün Soyuq Müharibə dövründəki zehniyyətindən əl çəkəcək, dialoq, əməkdaşlıq və pozitiv dəyişikliklər üçün Çinlə birlikdə çalışacaq”, - deyə katib söyləyib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Çin  

Xəbər lenti

Çin MN: İnanırıq ki, ABŞ özünün Soyuq Müharibə zamanı zehniyyətindən əl çəkəcək

2017/12/t01605a55c81a0b893b456456_1513848854.jpg
Oxunub: 396     13:55     21 Dekabr 2017    