Tereza Mey Polşa səfəri zamanı yeni müdafiə müaqviləsini elan edəcək

2017/12/tereza-mey-223423_1513848082.jpg
Oxunub: 439     13:17     21 Dekabr 2017    
““Brexit” Birləşmiş Krallığın Polşa ilə əlaqələrini nəinki zəiflədəcək, əksinə daha da güclədəcək”.

Ordu.az “BBC”nin britaniya bürosuna istinadən xəbər verir ki, bu barədə Britaniyanın baş naziri Tereza Mey bildirib.

O bildirib ki, Polşa ilə Britaniyanı bir-birilə tarixi əlaqələr bağlayır.

Məlumatda deyilir ki, Mey Polşaya səfəri zamanı iki ölkə arasındakı təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı gücləndirməyi planlaşdırdığını bildirəcək.

Müqavilə bağlanarsa, Polşa Avropada Fransadan sonra Britaniyanın ikitərəfli müdafiə sazişi imzaladığı ikinci ölkə olacaq.

Polşanın paytaxtı Varşavada baş tutacaq ikitərəfli sammitdə Mey “Brexit”dən sonra Britaniyanın Polşa ilə dostluq əlaqələrini gücləndirmə istəyini ortaya qoyacaq.

Bundan başqa Meyin regionda Rusiyanın dezinformasiyasına qarşı Polşa ilə birgə mübarizə aparmaq üçün 5 milyon funtsterlinq vəsait ayıracağı da gözlənilir.

Bu vəsaitin bir hissəsi Belarusiyada fəaliyyət göstərən “azad və dürüst” Polşa televiziya kanalı olan Belsata gedəcək. Bununla da o, Rusiyanın regionda ən yaxın müttəfiqi olan Belarusiyada informasiya sahəsində üstünlük əldə etməyi planlaşdırır.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Brexit   Mey   Müdafiə-müqaviləsi  

Xəbər lenti

Tereza Mey Polşa səfəri zamanı yeni müdafiə müaqviləsini elan edəcək

2017/12/tereza-mey-223423_1513848082.jpg
Oxunub: 440     13:17     21 Dekabr 2017    