ABŞ Şimali Koreyanı “işğal” etməyi planlaşdırır? - FOTOLAR

2017/12/Military-drill-895004456_3027694170.jpg
Oxunub: 714     13:02     21 Dekabr 2017    
ABŞ ordusunun “Facebook” hesabı vasitəsilə bu ayın əvvəlində Cənubi Koreya ilə birgə başladılan və yüzlərlə əsgərin iştirak etdiyi təlimlərdən fotolar paylaşılıb.

Ordu.az express.uk saytına istinadən xəbər verir ki, fotolarda görünən gecə görüntüsü təmin edən eynəklər və əleyhqazlarla təchiz olunan əsgərlər Şimali Koreyanın “işğal” planı üzərində məşq edirlər.

Daha öncə ABŞ müdafiə naziri Cim Mettis kim Çen In rejimindən gələn təhdidləri aradan qaldırmaq üçün Şimali Koreyanın qurudan işğalını təklif edib.

O, Baş Qərargah rəisinə yazdığı məktubda bildirib ki, Şimali Koreyanın nüvə proqramının bütün komponentlərini aradan qaldırmağın yeganə yolu qurudan işğalı həyata keçirməkdir.

Şəkillərdən iki dövlətin qarlı havada müharibə təlimləri həyata keçirdiyi görünür.

Təlimlərin əsas hissəsi Cənubi Koreyanın nüvə hücumundan müdafiə hazırlığını gücləndirməyə yönəlib.

Fotolardan aydın olmasa da, ehtimal olunur ki, Cənubi Koreya Baş Qərargah rəisi Cunq Kunq-du və ABŞ-ın Koreyadakı qüvvələrin komandiri Vinsent Bruks da təlimləri birbaşa izləyib.

ABŞ-ın BMT-dəki keçmiş nümayəndəsi Con Bolton da Şimali Koreyaya daxil olmağa hazırlıq baxımından keçilən hərbi təlimlərin çox önəmli olduğunu bildirib.

ABŞ hökumətinin hesablamalarına görə, Şimali Koreya öz ÜDM-sinin dörddə-birini orduya xərcləyir. Britaniya yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitu isə zənn edir ki, 1 milyondan çox əsgəri olan Kim Çen Inın ordusu dünyanın dördüncü böyük ordusudur.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: KXDR   ABŞ   Təlimlər  

Xəbər lenti

ABŞ Şimali Koreyanı “işğal” etməyi planlaşdırır? - FOTOLAR

2017/12/Military-drill-895004456_3027694170.jpg
Oxunub: 715     13:02     21 Dekabr 2017    