Quterreş çağırış etdi: “Münaqişələrin tənzimlənnməsinə yanaşmanı dəyişin”

2017/12/2bad8c86-046a-4666-8c17-817e34fd7ce5456456_1513845532.jpg
Oxunub: 553     12:37     21 Dekabr 2017    
“Silahlı münaqişələrin dəyişkən təbiəti BMT-dən onların tənzimlənməsinə yanaşmanı dəyişməyi tələb edir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə BMT baş katibi Antonio Quterreş Təhlükəsizlik Şurasının iclasında bəyan edib.

“Münaqişələrin dəyişkən təbiəti o deməkdir ki, biz işimizə, başqaları ilə necə əlaqə qurmağımıza yanaşmamızı nəzərdən keçirməliyik. Bizim cəhdlərimiz konkret vəziyyətdənə asılı və qarşılıqlı, razılaşdırılmış olmalıdır”, - deyə Quterreş bildirib.

O qeyd edib ki, bu məqsədlə dünyada sülh və təhlükəsizlik quruluşunun möhkəmləndirilməsinə yönələn dəyişikliklər hazırlayıb, həmçinin Afrika Birliyi, Avropa İttifaqı və digər regional tərəfdaşlarlarıla qarşılıqlı əlaqələri genişləndirməlidir.

“Münaqişələrin qarşısının alınması bütün işimizin mərkəzində dayanmalıdır. Münaqişənin qarşısını almaq onunla sonradan mübarizə aparmaqdan daha yaxşı üsuldur. Bu, insan əzablarından qaçmağa və pula qənaət etməyə imkan verir”, - deyə BMT baş katibi bildirib.

O həmçinin əlavə edib ki, münaqişələrin qarşısının alınması KİV-lərin daha az diqqətini çəksə də, daha ümidverici investisivadır.

Ağalar Qəribov
Ordu.az

Teqlər: BMT   Münaqişə   Quterreş  

Xəbər lenti

Quterreş çağırış etdi: “Münaqişələrin tənzimlənnməsinə yanaşmanı dəyişin”

2017/12/2bad8c86-046a-4666-8c17-817e34fd7ce5456456_1513845532.jpg
Oxunub: 554     12:37     21 Dekabr 2017    