“Telegraph”: ABŞ Şimali Koreyaya zərbə endirmək üçün plan hazırlayır

2017/12/Без-названия567567_1513844161.jpg
Oxunub: 537     12:04     21 Dekabr 2017    
Birləşmiş Ştatlar nüvə-raket proqramının sonlandırılması məqsədilə KXDR-ə zərbə endirilmək üçün plan hazırlayır.

Ordu.az xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, Ağ Ev son aylar ərzində Koraya yarımadasında diplomatik danışıqların uğur verməyəcəyini nəzərə alaraq son aylarda nüvə problemini hərbi yolla həll etmək üzərində işlər aparır.

Hərbi həll variantlarından biri kimi Pxenyanın növbəti raket sınaqları keçirməsindən öncə onların start meydançasının məhv edilməsi nəzərdən keçirilir. Eyni zamanda silah anbarları da prioritet hədəflərdən ola bilər.

“Pentaqon Şimali Koreyaya elə zərbə endirmək istəyir ki, bununla həm onların diqqətini çəksin, həm də bizim zarafat etmədiyimizi anlatsın”, - deyə qəzetə Amerika təhlükəsizlik orqanlarının keçmiş əməkdaşlarından biri bildirib.

Ağalar Qəribov
Ordu.az

Teqlər: KXDR   ABŞ  

Xəbər lenti

“Telegraph”: ABŞ Şimali Koreyaya zərbə endirmək üçün plan hazırlayır

2017/12/Без-названия567567_1513844161.jpg
Oxunub: 538     12:04     21 Dekabr 2017    