Bolqarıstan Rusiya ilə MiQ-29-lara dair danışıqları dayandırıb

2017/12/MiQ-29_1513840708.jpg
Oxunub: 472     11:18     21 Dekabr 2017    
“Bolqarıstan Müdafiə Nazirliyi Ukraynanın “Ukrinmaş” şirkətinin şikayətləri səbəbiylə Rusiyanın “MiQ” şirkəti ilə 49,3 milyon dollarlıq razılaşmanı dayandırmaq qərarına gəlib”.

Ordu.az Segodnya.ua saytına istinadən xəbər verir ki, bu barədə Bolqarıstan müdafiə naziri Krasimir Karakaçanov bəyan edib.

Nazirin sözlərinə görə, Rusiya şirkəti 4 il ərzində Bolqarıstan Silahlı Qüvvələrinin 15 ədəd köhnə “MiQ” təyyarəsini modernləşdirməli idi.

Karakaçanov “Ukrinmaş”ın şikayətini Bolqarıstan və Rusiya münasibətlərini pisləşdirmək cəhdi adlandırıb.

“Bolqarıstan köhnə “MiQ”lərə texniki qulluq göstərilməsi ilə konkurs elan etməyib. Belə ki, Rusiyadan başqa dünyanın heç bir şirkəti belə işlər həyata keçirmək üçün lisenziyaya malik deyil”, - deyə bolqarıstanlı nazir bildirib.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Bolqarıstan   Rusiya   Ukrayna   MiQ-29  

Xəbər lenti

Bolqarıstan Rusiya ilə MiQ-29-lara dair danışıqları dayandırıb

2017/12/MiQ-29_1513840708.jpg
Oxunub: 473     11:18     21 Dekabr 2017    