Tramp administrasiyası Ukraynaya silah satışına icazə verib

2017/12/CB0045D3-AAA4-4B5F-8E7B-05FDDFC6E318_w1023_r1_s45645_1513847201.jpg
Oxunub: 778     10:58     21 Dekabr 2017    
İcazə lisenziyası tüfəng və patronlara verilsə də, tank əleyhinə raketlər kimi ağır silahlara aid edilməyib.

Ordu.az 112.international.ua saytına istinadən xəbər verir ki, Obamanın qadağasından sonra Tramp administrasiyası ilk dəfə olaraq ABŞ-ın Ukraynaya müdafiə yönümlü öldürücü silahlar satmasına icazə verib.

Qərar Trampın milli təhlükəsizlik üzrə müşavirləri və konqres tərəfindən dəstəklənsə də, onun Rusiya prezidenti Vladimir Putinlə yaxınlaşma niyyətinə əngəl ola bilər.

Satışına icazə verilən silahlar arasında M107A1 snayper sistemləri, patronlar və digər aksesuarlar da var. Nəzərdə tutulan sursatın ümumi dəyəri 41,5 milyon dollar dəyərindədir.

Senatın Xarici Əlaqələr Komitəsinin rəhbəri Bob Korker Trampın bu qərarını yüksək qiymətləndirib.

“Hökumətin Ukraynaya silah satışına icazə verməsindən məmnunam. Bu qərar Konqres tərəfindən də dəstəklənirdi. Məlumdur ki, hələ üç il əvvəl bu qanun Konqresdən keçsə də, hökumət təsdiqləmirdi. İndi qanunun qüvvəyə minməsi Rusiyanın Ukraynaya davam edən təcavüzünə qarşı sərt mövqeyimizi ortaya qoymuş olacaq”, - deyə Korker bildirib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Ukrayna   Rusiya  

Xəbər lenti

Tramp administrasiyası Ukraynaya silah satışına icazə verib

2017/12/CB0045D3-AAA4-4B5F-8E7B-05FDDFC6E318_w1023_r1_s45645_1513847201.jpg
Oxunub: 779     10:58     21 Dekabr 2017    