Kim Çen In QABR-lar üçün yeni döyüş başlıqlarını sınaqdan keçirir

2017/12/e34535435_1513794621.jpg
Oxunub: 686     22:30     20 Dekabr 2017    
Şimali Koreya bioloji silahların sınağını həyata keçirir. Sınağın məqsədi qitələrarası ballistik raketlərə (QABR) “antraks” (qarayara) bakteriyalı döyüş başlıqlarının əlavə edilmə imkanlarını yoxlamaqdır.

Ordu.az “Dailymail”in Britaniya bürosuna istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya kəşfiyyatına yaxın mənbələr məlumat verib.

Məlumatda ABŞ-ın sınaqlardan məlumatı olduğu bildirilib.

Sınağın keçirilmə məqsədinin “antraks” bakteriyasının döyüş başlıqları fəzaya daxil olduğu zaman yüksək temperatur şəraitində mövcud olub-olmayacağını yoxlamaq olduğu düşünülür.

Xatırladaq ki, Cənubi Koreya qarşıdan gələn Qış Olimpiya oyunlarının sakit şəraitdə keçməsini təmin etmək üçün Çin və Şimali Koreya ilə gərginliyi azaltmaq məqsədilə təlimlərə ara verməyə hazırlaşdığını bildirib.

Pxenyan bu sınaqları keçirməklə Cənubi Koreyanın niyyətinə əngəl olmağı planlaşdırır.

Pxenyanla yanaşı, ABŞ-a məxsus raketdən müdafiə sistemlərinin yerləşdirilməsindən narahat olan Çin də Cənubi Koreyaya qarşı qəzəblidir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: QABR   KXDR   Bioloji-silah  

Xəbər lenti

Kim Çen In QABR-lar üçün yeni döyüş başlıqlarını sınaqdan keçirir

2017/12/e34535435_1513794621.jpg
Oxunub: 687     22:30     20 Dekabr 2017    