Erməni əsgər atası ağladı: "Psixoloji problemləri olan oğlumu orduya aparırlar"

2017/12/1231231_1512564667345_1513793056.jpg
Oxunub: 348     22:04     20 Dekabr 2017    
Ermənistanın Kotayk vilayətinin sakini Levon Çilinqaryan, oğlunun psixoloji problemləri olmasına baxmayaraq, onun orduya çağırıldığını bildirib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 2017-ci il qış çağırışı müddətində şikayət və ərizələrə baxmaq üçün Ermənistan müdafiə nazirliyi nəzdindəki ictimai şuranın nəzarətində fəaliyyət göstərən komissiya yaradılıb.

2017-ci il dekabrın 20-də Ermənistanın Kotayk vilayətinin sakini Levon Çilinqaryan oğlunun psixoloji problemləri olsa da onun orduya çağırılması şikayəti ilə müraciət edib. Onun evdə daimi dərman qəbul etdiyini, nəzarətdə saxlanıldığını bildirib. Lakin müdafiə nazirliyinin hərbi hospitalında müayinə zamanı buna diqqət yetirilməyib.

Şikayətçi bəzən oğlunun ailə üzvlərinə belə xəsarət yetirdiyini qeyd edib.

"Özünə xəsarət yetirməsinin qarşısını almışıq. O, xəstəxanada yatıb və indi dərman qəbul edir", - deyə Çilinqaryan şikayətlənib. Çağırışçı Harutyun Çilinqaryan komissiya üzvlərinə cavab verərkən bildirib ki, xəstələnməkdən daim qorxu altındadır.

O, hərbi xidmətə çağırışa hazırlıq çərçivəsində Nubaraşen psixoloji xəstəxanasında cəmi bir gün müayinə edilib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Erməni-ordusu   Xəstəlik   Şikayət  

Xəbər lenti

Erməni əsgər atası ağladı: "Psixoloji problemləri olan oğlumu orduya aparırlar"

2017/12/1231231_1512564667345_1513793056.jpg
Oxunub: 349     22:04     20 Dekabr 2017    