Rusiya və Çin hərbi əməkdaşlığı daha da gücləndirəcək

2017/12/download_1513784186.jpeg
Oxunub: 377     19:42     20 Dekabr 2017    
“Rusiya və Çin son illərdə hərbi sahədə əməkdaşlığı möhkəmləndirir və bu əməkdaşlıq üçün tənzimləyici çərçivəni yenidən gözdən keçirməyi düşünür”

Ordu.az “TASS” informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Çindəki səfiri Andrey Denisov bildirib.

“Hərbi sahədə heç bir spontanlığa yer yoxdur. Bu inkişaf proqrama uyğundur. Bizim 1993-cü ilə aid hərbi əməkdaşlıq sazişimiz var. İndi bu əməkdaşlığın forma və əhatə dairəsi bizi məcbur edir ki, bəzi dəyişikliklərə ehtiyac olduğunu dilə gətirək”, - deyə Denisov bildirib.

“Xüsusilə hərbi-texniki sahədə danışıqlar çox səmərəli şəkildə davam edir. Hər iki tərəf dəfələrlə bu əməkdaşlığın genişlənməsinin heç bir üçüncü ölkəni hədəf almadığını bildirib. Sadəcə müasir dünyada həm Rusiyanın, həm də Çinin müdafiə potensialına etibarı gücləndirmə ehtiyacları ortaya çıxıb.

Buna görə də biz bir-birimizə kömək edir və qarşılıqlı öyrənirik. Məsələn elektronika sahəsində Çin regionun ən inkişaf etmiş ölkəsidir. Bundan başqa hərbi tibb, döyüş sənəti sahələrində də komanda şəklində çalışırıq. Lakin əməkdaşlığın güclənən sahələrindən ən maraqlısı döyüş oyunları sahəsidir”, - deyə səfir əlavə edib.

Denisov bildirib ki, hərbi müttəffiqlik onun miqyasından və formasından asılı olmayaraq qarşılıqlı etibarın göstəricisidir. Çünki hərbi əməkdaşlıq edən dövlətlər siyasi-diplomatik sahədə bir-birlərinə güvənir və bu əməkdaşlığa meyil göstərirlər.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Rusiya   Çin  

Xəbər lenti

Rusiya və Çin hərbi əməkdaşlığı daha da gücləndirəcək

2017/12/download_1513784186.jpeg
Oxunub: 378     19:42     20 Dekabr 2017    