Mosulda partlayış baş verib: General-mayor yaralandı

2017/12/wire-168317-14887322456492-31_634x422_1_1513782759.jpg
Oxunub: 390     19:06     20 Dekabr 2017    
İraqın Neynəvə vilayətinin mərkəzi Mosulda bomba hücumuna məruz qalan, orduya məxsus maşında bir əsgər həlak olub, bir zabit isə yaralanıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ordu kapitanı Əli əl-Məkrami məlumat verib.

"Mosulun şimal-qərbindəki Təl Küppə rayonunun Cərvan kəndindən keçən hərbi maşın kustar üsullarla hazırlanmış partlayıcı vasitə ilə partladılıb", - deyə Əli Məkrami bildirib.

Partlayış nəticəsində bir əsgər ölüb, bir general-mayor yaralanıb. Federal polis insidentlə bağlı axtarışa başlayıb.

Axtarış nəticəsində partlayıcı qurğunu hazırlayan bir İŞİD terrorçusu ələ keçirilib. Məlumata görə şəxsin istintaq prosesi davam edir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Suriya   Terror   İŞİD  

Xəbər lenti

Mosulda partlayış baş verib: General-mayor yaralandı

2017/12/wire-168317-14887322456492-31_634x422_1_1513782759.jpg
Oxunub: 391     19:06     20 Dekabr 2017    