İsti piroqlar kimi: 8x8 zirehli maşınlar bazarı - ARAŞDIRMA (FOTOLAR)

2017/12/2299215563232423_1513788362.jpg
Oxunub: 7334     17:24     20 Dekabr 2017    
Hal-hazırda Asiya və Avropada bir çox texnikaların satınalma proqramları həyata keçirilir. Müasir 8x8 təkər formalı zirehli personal daşıyıcıları, piyadaların döyüş maşını, minamyot daşıyıcıları, zirehli sanitar maşınları və s. texnikalar silahlanmaya qəbul edilir. Avstraliya və Yaponiya yeni 8x8 avtomobili axtararkən, Almaniya “Boxer” MRAV-ni yeniləyir və əlavə variantları qəbul edir. İngilis ordusunda ən çox 8x8 konfiqurasiyasında yeni avtomobilə ehtiyacı var, lakin Bolqarıstan, Rumıniya, Slovakiya və Sloveniya da daxil olmaqla bir çox Şərqi Avropa ölkəsi də yeni təkərli döyüş maşınları ilə maraqlanır. Bu o deməkdir ki, Fin şirkətinin “Patria” AVM (Advanced Modul Vehicle), ARTEC-dən “Boxer” MRAV, “General Dynamics” “European Land Systems”dən “Pandur” II, “Piranha” V və beynəlxalq bazarda daha az uğurlu rəqabətə malik maşınlar, məsələn, Sinqapurun “Tegrex” 3 və Fransanın VBCI modelləri yaxın gələcəkdə müxtəlif ölkələrin ordularının silahlanlanmasına kütləvi sayda qəbul edilə bilər. Amerikanın “Textron” və Türkiyənin FNNS şirkətləri də bir neçə tenderdə iştirak üçün sifariş verib.

8x8 təkər formalı maşın konfiqurasiyası üçün dünya bazarında baş verən canlanmaya səbəb 2018-ci ildə Avstraliya hərbi proqramı olan LAND 400 qərarının qəbulu ola bilər. LAND 400 proqramının İkinci mərhələsində 4 ən müasir 8x8 tipli maşın iştirak edirdi – “Boxer”, “Patria” AMV, LAV 6.0 və “Sentinel” (Terrex3). Bu yeni zirehli personal daşıyıcıları, piyadaların döyüş maşını və ya kəşfiyyat döyüş maşınları ən yüksək hərbi tələbləri qarşılamaq qabiliyyətinə malik texnikalardır. Əvvəlcə, Avstraliya hərbçiləri üçün mülki VBCI 2 avtomobilləri təklif olunurdu. Lakin sonda üstünlük sırf hərbi modulda icra olunan texnikalara verildi.

Hazırda müsabiqədə iki platforma qalır: “Boxer” CRV və AMV-35. Avstraliyada sınaqdan keçirilmiş prototiplərdən fərqli olaraq, hər iki konsorsiumların tamamilə fərqli strategiyalara üstünlük verdiyi görünür. “Rheinmetall” şirkəti “Boxer” CRV təqdim edərkən asanlıqla müştəri tələblərinin tətbiq edilə bildiyi, bütün son yeniliklər daxil (aktiv müdafiə sistemi, uzaqdan idarə olunan silah modulu (DUMV), tank əleyhinə raket atıcı qurğusu, snayperləri aşkar edən akustik sistem, lazer şüalanma haqqında xəbərdarlıq sistemləri və s.) olan bir sistem təklif edirdisə, “BAE-Patria” birgə müəssisəsi isə AMV-35 platforması ilə daha əlverişli qiymət təklifi edərək yüksək iqtisadi effektivliyini diqqət mərkəzində saxlamağa üstünlük verirdi.

FRES layihəsi çərçivəsində, VBCI zirehli vasitəsi Böyük Britaniyada test edilib

Ötən il ərzində, hər kəs Britaniyanin MİV proqramı çərçivəsində ordu üçün “Boxer” MRAV satın alacağını məlumat verirdi. Üç milyard dollar dəyərində bir layihə üçün alınan maşınların sayı 300-dən 900-ə qədər dəyişir. Böyük Britaniya müdafiə sənayesi tərəfindən təklif olunan bir neçə seçim var. Baxmayaraq ki, Britaniya ordusu hələ dəqiq qərarını verməyib: açıq tender həyata keçirmək istəyir yoxsa birbaşa zirehli “Boxer” alınması üçün Almaniya ilə hökumətlərarası sazişə üstünlük verir.

Açıq tenderdə rəqabət üstünlüyü prosesində ən ucuz variantda ən səmərəli və döyüşkən texnika tapıla bilər. Digər tərəfdən, İngilis ordusunun büdcəsi kəskin azalıb və bəzi təxminlərə görə “Brexit” (“Brexit” də əlavə xərclərə və gecikmələrə səbəb ola bilər) sayəsində yenidən bir də azalacaq. Bu baxımdan, İngilis qəzetləri bir neçə iddiaçının açıq qiymətləndirilməsinin çox bahalı ola biləcəyi qənaətindədir. “Boxer” MRAV zirehli vasitələrin alınması və ya açıq tenderin keçirilməsi ilə bağlı qərarın 2017-ci ilin sonlarında qəbul edilməsi gözlənilir.

İngilis bayrağının rənglərində “Boxer” boyayan “Rheinmetall” İngiltərəyə bu layihədə iştirakını xatırladır

Əgər Avstraliya ordusu AMV-35 deyil, “Boxer” CRV platformasını seçirsə, onda alman analitiklərinin fikrincə, bu Avstriyanın Böyük Britaniyadakı imkanlarına müsbət təsir göstərə bilər. Birincisi, Birlik ölkələrinin quru qüvvələri arasındakı qarşılıqlı əlaqələrin səviyyəsi yüksələcək, bu isə ikitərəfli əlaqələr üçün arzuolunandır. O zaman bu maşınlar üçün açıq müsabiqə tələb olunmur. Britaniya ordusu, Avstraliya sınaqlarının bu maşınların üstünlüyünü sübut etdiyini təsdiq edə bilər. Hərçənd əksi (Avstraliyalılar Patria AMV seçərsə) də ola bilər. Əks vəziyyət mümkün olsa da Britaniya Müdafiə Nazirliyi AMV platforması alınması əvəzinə açıq tender keçirəcəyinə dair heç bir əlamət yoxdur.

“Boxer” RCH 155-də, funksional modul əvəzinə, AGM top qurğusu quraşdırılıb

Böyük Britaniya MIV proqramı çərçivəsində alınan platformalara özüyeriyən artilleriya qurğuları (ÖAQ) quraşdırılması üçün variantlar axtarması istisna olunmur.

“Boxer” MRAV - 155 mm topla istehsal olunan 8x8 təkər formalı platformadır. AGM topunun silah modulu AGM “Krauss-Maffei Wegmann” (KMW) şirkəti tərəfindən standart modul əvəzinə quraşdırılıb. Yüksək müdafiə qabiliyyətli Boxer şassisində AGM modul birləşməsi hesabına tırtıllı AS-90 ÖAQ-nı bəzi parametrlər üzrə geridə qoyur.

DSEI 2017 sərgisində, bir neçə istehsalçılar: “General Dynamics” "Piranha 5", “Nexter” "VBCI", AMV XP "Patria", “Artec” şirkəti isə “Boxer”in iki müxtəlif versiyalarını MIV proqramı çərçivəsində təqdim etdi. “Rheinmetall” şirkəti, Britaniya bayrağının çalarlarında “Boxer” zirehli vasitəsini boyadı, KMW isə PDM variantı timsalında maşınlarının döyüş qabiliyyətinə diqqəti çəkmək üçün çalışdı.

Yaponiya da köhnəlmiş və zəif müdafiə olunan zirehli personal daşıyıcısı “Ture 96”ların əvəz olunmasında maraqlıdır. “Mitsubishi” şirkəti belə bir döyüş vasitəsi olan “Ture 16” MCV komponentləri əsasında prototip maşın nümayiş etdirib. Yaponiya Avstraliya ilə sıx hərbi əlaqələri var. Bəzi ekspertlər Yaponiyanın Avstraliya ordusu ilə qarşılıqlı əlaqələrin yüksək səviyyədə olmasında maraqlı ola biləcəyini vurğulayır.

Almaniyanın Hartpunkt.de saytına görə, Yapon hərbçiləri zireh qorunması ilə bağlı “Boxer” MRAV xüsusiyyətləri haqqında məlumat tələb edirlər. 2017-ci ildən Almaniya və Yaponiya müdafiə texnologiyaları sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb.

Eyni zamanda Yaponiyada xüsusilə Alman mühafizə texnologiyalarına, xüsusilə xüsusi zireh texnologiyaları və çox ehtimal ki, aktiv müdafiə sistemləri ilə maraqlandığı bildirildi. Yapon xəbər agentliyi “Asahi Shimbun” birbaşa bu texnologiyaların PDM və ZPD üçün nəzərdə tutulduğunu ifadə etdi. Danışıqlar 2015-ci ildə başladı və nəticədə şirkətlər razılaşdırdılar ki, detallar açıqlanmasın. 2017-ci ilin sentyabrında Tokio şəhərində Alman-Yapon Hərbi Texnologiyalar Forumu təşkil edildi, burada 30-dan çox Alman müdafiə sənaye şirkəti iştirak etdi.

“Boxer” A1 zirehli avtomobili Əfqanıstandakı döyüşlərdə iştirak edib

Bundesver yaxınlarda bütün “Boxer” maşınlarını “Boxer” A2 səviyyəsinə qədər təkmilləşdirmək qərarına gəlib. Buna görə dəyişikliklər həm əsas modula, həm də funksional modula təsir edəcək. Məsələn, yeni sistemin quraşdırılması üçün təkmilləşdirilən sürücü görmə sistemləri, peyk rabitəsi, saxlanc yerlərinin dəyişməsi, soyutma və işlənmiş qaz sistemləri dəyişikliklərə uğraması, təhlükəsizlik səviyyəsinin artırılması və DUMV FLW 200 nəzarət panelinin yenilənməsi nəzərdə tutulub. 2017-ci ilin iyulunda 124 zirehli nəqliyyat vasitəsinin, 72 təcili yardımın, 38 idarəetmə məntəqəsinin və 12 təlim-tədris avtomobilinin müasirləşdirilməsi üçün müqavilə imzalandı. Alman ordusu tərəfindən sifariş olunacaq bütün yeni maşınlar “Boxer” A2 və ya sonrakı konfiqurasiyalarda təslim ediləcək.

Hərbi xəbər portalı hartpunkt.de görə, alman ordusu zirehli vasitə “Boxer”i G5 PMMS platforması əsasında atəş dəstək bölmələrində istifadə etmək üçün həll variantı seçib. “Boxer” JFST variantı bəlkə də artıq “Fennek” 4x4 olduğu kimi sensor komplekti ilə təchiz olunacaq.

“Rheinmetall”, “Artec” konsorsiumunun üzvü kimi, Norveç və Malayziya ordularında istifadə olunan, “Vingtaqs II” platformasında fəaliyyət göstərən bir neçə sensor təklif edir. “Boxer”in böyük yükgötürmə qabiliyyətini və böyük daxili həcmini nəzərə alaraq, ona daha böyük bir müşahidə radarları və sensorlar inteqrasiya oluna bilərdi. Bu isə daha geniş müşahidəli PLS ilə təmin olunmasına gətirib çıxaradı.

“Boxer” maşını bu vəzifələrin də yerinə yetirmək üçün avadanlıqların quraşdırılması üçün nəzəri cəhətdən kifayət qədər daxili həcmə malikdir, lakin hələlik bir “Boxer”in hər iki vəzifəni yerinə yetirəcəyi barədə qərar qəbul edilməyib. Birləşmiş Krallıq və ABŞ-dan hazırkı JSFT həllərindən fərqli olaraq, “Boxer” maşınının topla və ya TƏİRK ilə təchiz edilməsi nəzərdə tutulmur. Alman ordusu, “Boxer” JFST variantında təxminən 20-30 ağır maşına ehtiyac duyur.

“Fennek” 4x4 əsasında JFST atəş dəstək vasitəsi

Alman ordusunun baş müfəttişinə görə, hazırda da “Jaqer” yüngül mexanikləşdirilmiş piyada bölmələri üçün “Boxer” atəş dəstək variant planları mövcuddur. Plana görə, hər taborun beşinci (ağır) bölüyü avtomatik topla silahlanan “Boxer” zirehli avtomobili alacağı nəzərdə tutulur.

Silah növü müəyyənləşdirilməyib, amma mövcud məlumatlara əsasən, hərbçilər 30x173 mm çapında toplara daha çox maraq göstərir; məsələn, yeni Alman PDM “Puma” da MK 30-2 / AVM topu ilə təchiz edilib. Maşın həmçinin “Spike-LR” TƏİRK ilə təchiz oluna bilər.

Sözügedən "PuBo" variantı - RCT 30 qülləsi ilə Boxer (“Puma” PDM qülləsi)

Hal-hazırda, Alman hərbçiləri insanlı və insansız qüllələr üçün müxtəlif variantları nəzərdən keçirir. RCT 30 qülləsi artıq Alman ordusunun arsenalında istifadədir və təlim, təminat və ehtiyat hissələri baxımından üstünlüklərə malikdir. Bundan əlavə, “Lanc” ilə müqayisədə daha güclü silahdır və qüllə əlavə zirehlə təmin oluna bilir.

“Lans” qülləsi ilə “Boxer” zirehli vasitəsı Almaniyada “Rheinmetall”ın poliqonunda nümayiş etdirilir

“Boxer” CRV də daxil olmaqla bir neçə prototipləri- insanlı və insansız qüllələrlə variantları mövcuddur. Eyni zireh qoruyucu dəsti quraşdırarkən bu qüllə “Puma” qülləsindən daha böyük və ağır olur. Bununla birlikdə, nəzəri olaraq, daha böyük bir kalibrli topu qəbul edə bilər, məsələn, bu bir zəncirvari ötürməli 35x228 mm çaplı “Wotan” 35 topu ola bilər. “Lans” qülləsinin kiçik çatışmamazlığı modul dizaynının hələ Alman ordusu tərəfindən qəbul edilməyən “Rheinmetall” şirkətinin bir neçə inkişaf komponentinin qurulmasına imkan yaratmasıdır. Məsələn, qüllədə bir və ya iki elektro-optik nişangah sistemi SEOSS quraşdırılıb - biri tüşlayıcı, digəri komandir üçün. Alman Ordusu isə “Puma” PDM üçün “Hensoldt Optronics” optikasına üstünlük verir.

Belçika ordusu 90-mm topla silahlanan “Piranha” DF90 atəş dəstək vasitəsindən istifadə edir

Nəzəri olaraq Alman ordusu müxtəlif istehsalçıların yüngül və ya ağır döyüş modullarını seçə bilər. “Boxer” MRAV istehsalı ilə məşğul olan iki şirkətin təkliflərinə baxarkən, mümkün alternativlər müxtəlif ola bilər. “Krauss-Maffei Wegmann” şirkəti neçə il əvvəl FLW 200 modulunun bir təkmilləşdirilən versiyası olan FLW 200 + modulunu “Boxer” maşınlarında nümayiş etdirdi.

20 mm-lik Rh 202 topu 100 ədəd mərmi qəbul edə bilir. Ağır, 500 kq-lıq DUMV FLW500 modulu çapı 30 mm olan topu, məsələn M230LF və qoşalaşan 7,62 mm pulemyotu, həmçinin TƏİRK qəbul qəbul edə bilər.

“Rheinmetall”, 20 mm avtomatik top “Oerlikon” KAE ilə silahlanan DUMV “Oerlikon Fieldranger” 20 RWS işləyib hazırladı. Lakin, bu toplar Rh 202 toplarından fərqli olaraq, alman ordusunda hələ də böyük ehtiyatları olan 20x139 mm mərmilərlə atəş açmaq üçün yaramır. “Oerlikon” KAE üçün bir qədər zəif olan 20x128 mm mərmi lazımdır.

“Boxer”in yeni versiyası atəş dəstək vəzifələri yerinə yetirmək üçün nəzərdə tutlubsa, nəyə görə əsas aksentin 30 mm mərmilərə olunması təəccüb doğurur. Halbuki daha iri toplarla təhiz olununan eyni təyinatlı və eyni tipli maşınlar var. Məsələn, Belçika ordusunun “Piranha” NIC maşınları 90-mm “Cockerill” topu ilə birbaşa atəş dəstəyi üçün nəzərdə tutulub. “Rosomak” prototipi isə “Cockerill” 3105 qülləsi ilə silahlanıb. “Boxer” daha çox ağır çəki ilə - son modeli 38,5 ton çəkiyə və 800 at gücünə malikdir- 120 mm-lik hamar lüləli, aşağıprofilli topla, məsələn “Rheinmetall” istehsalı L / 47 LLR topu ilə təchiz olunmasında heç bir problem yaşamazdı.

Müvafiq bir qüllə seçimindən başqa bir sıra digər suallar da var. Əsas məsələ yüngül mexanikləşdirilmiş piyada və mexanikləşdirilmiş piyada bölmələrinin ətrafinda fırlanır. Mexanikləşdirilmiş piyada bölmələri PDM ilə, yüngül mexanikləşdirilmiş piyada bölmələri isə "döyüş taksiləri" ilə təmin olunur. Bu texnikalarla təminat da həmin bölmələrin doktrinasına təsir edir. Lakin bir zirehli personal daşıyıcısına top quraşdırmaq, onun bu PDM kimi istifadə edilməsi demək deyil. Atəş dəstək təyinatlı “Boxer” ZPD-nin piyada səxsi heyəti daşımasına da aydınlıq gətirilməlidir. Əgər daşımalı olacaqsa, o zaman manqaların şəxsi heyətinin sayı azaldılmalıdır ki, tuşlayıcı, əlavə döyüş sursat və qüllə səbəti üçün lazımi yer formalaşsın. Qərardan asılı olmayaraq, müqavilənin 2019-cu ilədək bağlanmayacağı gözlənilir. Nəticədə, “Boxer” atəş dəstək vasitələri 2021-ci ildən əvvəl qəbul edilə bilməz. Almaniyaya təxminən 100-də artıq “Boxer” ZPD tələb olunur.

Vikas - Samson Mk 2 moduluna malik “Boxer” platformasında PDM

Bolqar hərbçilər yeni yaradılan döyüş qrupları üçün bir neçə variantda 600 ədəd yeni 8x8 təkər formalı ZPD almaq planlaşdırıblar. Bu variantlara PDM və minaatan daşıyıcıları da daxildir. Bu proqram üçün sifarişlərin verilməsi prosesinə 2017-ci ilin mayından başlanılıb; 500 milyon avro dəyərində müqavilə üçün mübarizə aparacaq 6 müxtəlif platforma təqdim olunub. “Artec” şirkəti “Boxer”i təklif edib. Baxmayaraq ki, heç bir operator silahlanmada 8x8 təkər formalı ZPD bazasında minaatan daşıyıcıya malik deyil və bənzərinin olduğu haqda məlumat belə yoxdur. Amma “Boxer” ZPD modul konstruksiyası qısa bir zamanda bu variantı hazırlamağa imkan verir. Amma PDM üçün hansı qüllə təklif olunacağı bəlli deyil.

“Boxer” MRAV digər modellərdən daha bahadır, məsələn Litva üçün “Boxer” General Dynamics istehsalı olan “Stryker” İCV-dən iki dəfə baha təkif olundu. Sonuncunun taktiki göstəricilərinin, xüsusilə zireh mühafizə səviyyəsinin yüksək olması Litva ordusunun bu maşınları seçməsinə səbəb oldu.

Hərbcilər “Boxer” MRAV-a üstünlük verir, siyasətçilər isə daha ucuz variantlar istəyirlər. Kompromiss olaraq “Boxer” platformasında olan, “Vikas” adı alan və “Puma” RST 30 əvəzinə daha ucuz və az atəş gücünə malik “Samson” Mk 2 modulu ilə təchiz edilən variant seçildi.

“General Dynamics European Land Systems” (GDELS) şirkəti “Piranha V” maşınlarını təklif edir. Bu maşınların “Rafael Samson” Mk 2 modulu ilə təchiz olunan PDM variantı Bolqarıstanın Tilbeto poliqonunda bu ilin aprelində nümayiş olunub. Mk 44 “Bushmaster II” topundan 30x173 mm mərmilərlə atəşlər həyata keçirilib. “Samson” Mk 2 modulunda iki ayrı nişangah, 30 mm top, 7,62 mm qoşalaşan pulemyot və “Spike-LR” TƏİRK quraşdırılıb. Bu modul Çexiyaya ixrac edilən PDM-lərdə istifadə olunub.

120 mm NEMO minaatan kompleksi quraşdırılan “Patria” AMV zirehli maşını

“Artec” şirkətinin bir hissəsi olan KMW Bolqarıstana “Boxer” təklif etdiyi vaxtda, KMW-nin daxil olduğu KNDS holdinqində tərəfdaşı olan fransız şirkəti “Nexter” heç kimə məlum olmayan VBCI və VBCI 2 modellərini təklif edir. 2013-cü ildə “Nexter” VBCI minaatan daşıyıcısını təqdim etmişdi. Bu modellər arxa tərəfdə iki geniş qapısı olmaqla fərqlənirdi. Daxilində 120 mm yarımavtomat RUAG Cobra və ya TDA “Armaments” istehsalı olan R2RM minaatanlara bənzəyən minatan yerləşirdi. PDM variantında isə VBCI 2 bir və ya iki yerlik qüllədə 25 mm avtomatik topla, 40 mm teleskopik sursatli CTAS kompleksi ilə təchiz olunur.

Nəzəri cəhətdən bazarda müxtəlif çapda insansız DUMV qüllələr mövcuddur, lakin tanınan VBCI 2 prototiplərinə onların heç biri quraşdırılmayıb.

Finlandiya şirkəti “Patria”, çox az məlumat verilən AMV platforması üçün variantlar təklif edir. AMV platformasının geniş əməliyyat bazasına malikdir. AMV mövcud müxtəlif versiyaları var ki, oxşar vəzifələri icra edirlər. Məsələn, AMV- nin “Leonardo”dan “Hitfist” (keçmiş “Oto Melara”) qülləsi, “Denel Land Systems”dən LCT 30 qülləsi və ya PDM-3 qülləsi ilə olan versiyaları mövcuddur.

Bəzi məlumatlara görə, yeni Bolqar döyüş qruplarının təchiz olunması müqaviləsinə maraqlı olan daha iki şirkət var: “Textron” və adı açıqlanmayan Türk şirkəti. “Textron” şirkətinin birbaşa 8x8 texnika müsabiqəsində iştirak edəcəyi inandırıcı deyil. “Textron”, özü 8x8 konfiqurasiyaları maşın istehsal etmir. ABŞ şirkəti 2014-cü ildə bu ölkəni 17 ədəd M1117 “Guardian” zirehli maşını ilə təmin etmək üçün müqavilə imzaladı; 2017-ci ilin ortalarında, əlavə 10 ədəd də maşın sifariş verildi. Bolqar mətbuatına görə, “Textron” və “Rheinmetall” Bolqarıstanda 6x6 modelinin yerli istehsalını təşkil etmək üçün birgə çalışacaqlar.

Türkiyədən olan iki namizədə gəldikdə isə bu, çox güman ki, “Arma” maşınları ilə “Otokar” və ya “Pars”larla FNNS şirkəti ola bilər. Avropa ölkələri və Türkiyə arasında son siyasi gərginliyə görə, bir Türk şirkətinin qalib seçiləcəyi inandırıcı deyil. Çexiya yaxın zamanlarda qeyri-sabit siyasi münasibətlərə görə bütün Türkiyə istehsalı piyadaların döyüş maşınlarından imtina etdi.

Scipio PDM

İki il bundan əvvəl, Slovak Ordusu yerli EVPU şirkətinə “Turra-30” modulu 30 ədəd “Rosomak” (“Patria” AMV-nin Polşa versiyası) sifariş verdi. Məlumata əsasən, müqavilə ləğv edilib və 2017-ci ilin mayında Slovak hökuməti 81ədəd zirehli 8x8 konfiqurasiyalı ZPD alınması təsdiq edib. Bundan əlavə, orduda 4x4 konfiqurasiyasında ümumilikdə 404 müasir maşın lazımdır. Satınalma proqramına dair rəsmi tələblər məlum deyil, lakin ərizəçilərin sayı daha çoxdur. Bütün bu maşınlar Slovak xəzinəsinə 1,2 milyard avroya başa gələcək. İlk maşının çatdırılması 2018-ci ildə başlayacaq və 2029-a qədər davam edəcək.

“Pandur II” bazasında BMP “Corsac” 8x8

Aydındır ki, “General Dynamics European Land Systems” şirkəti “Pandur II” zirehli maşınının variantını təklif edəcək. “Pandur II” bir sıra ölkələrdə istehsal olunan avstriyalı “Pandur I” platformasının daha da inkişaf etdirilən variantıdır. “Pandur II” zirehli vasitəsinin müxtəlif variantları Çexiya, İndoneziya və Portuqaliyada silahlanmada istifadə olunur. Seriaya maşınının 24 ton döyüş çəkisi var. Zireh qorunmasının ümumi səviyyəsi məhduddur. Bu ilin oktyabrında, çex hərbçiləri yeni BOG-AMS-V oturacaqlarını quraşdırmaqla və STANAG 4569 standartının 4 səviyyəsində minadan qorunma tələblərinə uyğun gələn 20 yeni “Pandur II” mobil komanda məntəqəsi variantını istehsal etdiklərini açıqladılar.

Ötən il GDELS şirkəti, Slovak şirkətı “MSM Group”la birgə istehsal etdiyi “Corsac” adı verilən, “Turra” 30 qülləsi, 30 mm avtomatik 2A42 topla, qoşalaşan pulemyot və iki 9M113 TƏİRK “Konkurs” ilə silahlanan “Pandur II” PDM-ni təqdim etdi. İstifadə olunan silahlar NATO analoqları ilə əvəz oluna bilər, məsələn, topunu “Aliant” TECHSYSTEMS istehsalı Mk 44 “Bushmaster II” topu ilə və “Konkurs” TƏİRK “Rafael2 tərəfindən istehsal olunan “Spike-LR” ilə dəyişmək mümkündür.

“Corsac”da 450 at güclü “Cummins Isle” HPCR dizel mühərrik, 19,8 ton döyüş çəkisi ilə şossedə 115 km / saat, suda isə 10 km / saat sürətə malikdir. Ballistik müdafiə yalnız STANAG 4569 standartının 2 səviyyəsinə cavab verir; mövcud səviyyənin 3 və 4-ə qaldırmaq üçün asma zireh əlavə olunur. Lakin maşın hələ qorunması tam quraşdırılan dəstləri ilə nümayiş olunmayıb. “Corsac”a altı piyada, iki və ya üç ekipaj üzvü yerləşə bilir. Çox güman ki, GDELS şirkəti STANAG 4569 standartının 4-cü səviyyəyə nail olamaq üçün Çexiya istehsalı “Pandur II”də həyata keçirilən tədbirlərin eynisini təklif edəcəklər.

Həmçinin Slovak ordusunun yenidən silahlanma proqramı üzrə “Patria” AMV (yəqin ki, başda sifariş edilən “Scipio” (modul “Turra-30”) konfiqurasiyası ilə) iddialıdır. Bu maşının Polşada və ya Finlandiyada (Rosomak və Scipio kimi) stehsal olunacağı hələ də məlum deyil. “Artec”, Slovak ordusu üçün “Boxer” MRAV platformasını təklif edir, amma yenə də hansı versiyada məlum deyil.

Bu arada Sloveniya ordusu təxminən 50 ədəd piyada döyüş maşını əldə etmək niyyətindədir. Daha əvvəl, Sloveniya, müxtəlif versiyalarında 135 ədəd AMV maşını sifariş edib. Bu AMV-lər “Svarun” yerli adı ilə adlandırılır. Ancaq müqavilə 2012-ci ildə maliyyə problemləri və bəzi siyasi məsələlər səbəbiylə dayandı. Nəticədə, təslim edilən AMV nəqliyyat vasitələrinin yalnız üçdə biri Sloveniya ordusunda fəaliyyət göstərir. Bunu nəzərə alaraq cənub qonşusu Xorvatiyada daha çox AMV zirehli maşınların olduğunu deyə bilərik. “Patria” AMV platforması potensial rəqibləri üzərində üstünlüyə malikdir. Sloveniyada müsabiqədə iştirak edə biləcək şirkətlər arasında “Artec”, “General Dynamics”, “Nexter” və ST “Kinetics” olacağı şübhə doğurmur.

Piranha 5 zirehli avtomobil Danimarka və İspaniyada silahlanmaya qəbul edildi

Rumıniya ordusu, zəngin ölkələrlərdən geri qalmamaq üçün “General Dynamics” tərəfindən hazırlanan “Piranha 5” zirehli vasitəsini silahlanmaya qəbul etməyə qərar verdi. 2017-ci ilin oktyabrında şirkət, 227 ədəddə ibarət ilkin partiyanın “Romarm Group” dövlət kompaniyasına daxil olan yerli şirkət “Buxarest Mechanical Factory” tərəfindən istehsal olunacağını açıqladı. “Piranha” maşınlarının istehsalını təşkil etmək üçün GDELS Rumıniyada birgə müəssisə yaradacaq. Şərqi Avropa ölkələri 2008-ci ildə “Piranha III”ün əvvəlki versiyasından 43 ədəd yenidən sifariş verdilər.

Rumın Ordusunun qərarı ölkədə istehsal olunacaq zirehli 8x8 “Agilis” zirehli maşınlarına hansı təsir göstərəcəyi məlum deyil. Maşın birgə Rumıniya-Alman şirkəti tərəfindən hazırlanıb. Cəmi 7 variantda mövcuddur; işlərin 80% -i Rumıniyada yerinə yetiriləcək, yalnız mühərrik və şassi komponentləri idxal ediləcək. “Agilis” platformasının intellektual mülkiyyəti bütünlüklə Rumıniya dövlətinə keçdiyinə görə, rumınlar bu maşınları ixrac edə və onları modernləşdirə bilər. 628 “Agilis” maşınının istehsalı nəzərdə tutulurdu: 161 amfibiya (üzən) ZPD, 192 qeyri-üzən ağır zirehli ZPD, 24 evakuasiya və təcili yardım maşını, 90 RKB-kəşfiyyat vasitəsi, 40 mobil komanda məntəqəsi, 75 mobil minaatan və 46 təmir- bərpa nəqliyyat vasitəsi. İstehsal 2020-2035-ci illərdə planlaşdırılıb. 4x4 və 6x6 variantlarının da istehsalı mümkündür.

Əlavə zireh modulları və barmaqlıqlı ekranlar olan ZPD-4MV1

Ukrayna dövlət şirkəti “Ukroboronprom” NATO standartları əsasında hazırlanan ZPD-4 təkərli zirehli personal daşıyıcılarının yeni versiyasını təqdim etdi. ZPD-4MV1 adlandırılan yeni maşın Morozov adına “Xarkov KBM” tərəfindən hazırlanıb. Sələfindən yüksək səviyyədə zireh qorunması ilə fərqlənir.

STANAG 4569 standartının dördüncü və beşinci (sifarişlə) səviyyəsində qorunmasına nail olmaq üçün əlavə zireh korpusa bərkidilir. Bu isə o deməkdir ki, bu zireh maşıni 14,5 mm çaplı zirehdələn mərmilərdən bütün rakurslarda, 25 mm mərmilərdən isə ön tərəfdən tam mühafizə edə bilir. Yeni sistem, həmçinin reaktiv qumbaraatanlardan qorunmaq üçün dinamik qoruma elementlərinin quraşdırılmasına da imkan verir. Modul konsepsiyası zədələnən zireh modullarını əvəz etməyə imkan verir. Bu isə siradan çıxan maşının qisa zamanda az məsrəflə döyüşə qayıtmasına səbəb olur.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Zirehli-maşınlar  

Xəbər lenti

İsti piroqlar kimi: 8x8 zirehli maşınlar bazarı - ARAŞDIRMA (FOTOLAR)

2017/12/2299215563232423_1513788362.jpg
Oxunub: 7335     17:24     20 Dekabr 2017    