Suriya ordusu Rəmla şəhərinə daxil olub

2017/12/Suriya-Rəmal_1513774055.jpg
Oxunub: 552     16:49     20 Dekabr 2017    
Suriya Quru Qoşunları “Ən-Nüsra Cəbhəsi” terror qruplaşmasının müdafiə xəttini yararaq Hələb vilayətinin Rəmla şəhərinə daxil olub.

Ordu.az xəbər verir ki, bu barədə “Al Masdar” agentliyi məlumat yayıb.

Məlumata görə, Suriya ordusu ciddi müqavimətlə üzləşmədən “Ən-Nüsra Cəbhəsi”nin müdafiə xəttini yararaq Rəmla şəhərinə daxil olub və hazırda yaşayış məntəqəsinin mərkəzinə doğru irəliləyir.

Eyni zamanda, qoşunun Rəmlanın cənubunda – Həma vilayətinin əl-Rəhacan şəhərində yerləşən “Ən-Nüsra Cəbhəsi” terror qruplaşmasının əsas sığınacaqlarından birini ələ keçirməyə cəhd etdiyi bildirilir.

Qeyd edək ki, əl-Rəhəcan terrorçuların müdafiəni yaxşı təşkil etdiyi yaşayış məntəqəsidir və ordunun oraya asanlıqla daxil olacağı təxmin edilmir.

Əlavə məlumat üçün bildirək ki, Suriya ordusu əl-Rəhacanı azad etməklə Həma vilayəti ilə sərhəddi bütövlükdə “Ən-Nüsra Cəbhəsi” terrorçularından təmizləmiş olacaq.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Suriya   Ən-Nüsra-Cəbhəsi   Suriya-ordusu  

Xəbər lenti

Suriya ordusu Rəmla şəhərinə daxil olub

2017/12/Suriya-Rəmal_1513774055.jpg
Oxunub: 553     16:49     20 Dekabr 2017    