İlin sonunadək Rusiya QHD-yə 200-ə qədər silah və hərbi texnika veriləcək

2017/12/Msta-SM_1513773433.jpg
Oxunub: 564     16:37     20 Dekabr 2017    
2017-ci ilin sonunadək Rusiya Qərb Hərbi Dairəsinin silahlanmasına 200-ə qədər yeni və modernləşdirilən silah nümunələri, o cümlədən hərbi texnika daxil olacaq.

Ordu.az Armstrade.org saytına istinadən xəbər verir ki, bu barədə Qərb Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Radiasiya, kimyəvi və bioloji müdafiə bölmələrinə 20-dək TOS-1A “Solntsepek” odsaçan sistemlərinin verilməsi planlaşdırılır. Odsaçan sistemlərə müasir atəş və dinamik müdafiə vasitələri quraşdırılıb.

Həmçinin raket-artilleriya bölmələrinə 20 müxtəlif raket sistemi, o cümlədən modernləşdirilən “Tornado-Q” və “Uraqan”, yeni “Msta-SM” və “Qvozdika” daxil olacaq.

Eləcə də Qərb Hərbi Dairəsinə 115 ədəd çoxməqsədli avtomobil veriləcək.

Qeyd edək ki, cari il ərzində Qərb Hərbi Dairəsinə ümumilikdə 2000-dən çox yeni və modernləşdirilən texnika nümunələri daxil olub.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Rusiya   Qərb-Hərbi-Dairəsi  

Xəbər lenti

İlin sonunadək Rusiya QHD-yə 200-ə qədər silah və hərbi texnika veriləcək

2017/12/Msta-SM_1513773433.jpg
Oxunub: 565     16:37     20 Dekabr 2017    