Hindistan Pakistanla sərhəddə genişmiqyaslı hərbi təlimlərə başladı

2017/12/45645645645_1513772666.jpg
Oxunub: 416     16:22     20 Dekabr 2017    
Ənənəvi müharibədən başqa Hindistan qoşunları kimyəvi və nüvə təhlükəsinə cavab vermək üçün də təlimlər keçirir. Təlimlərin məqsədi eyni zamanda baş verə biləcək hava və quru döyüşləri zamanı hind ordusunun rəqibə ağır zərbə vurma qabiliyyətinin ölçülməsidir.

Ordu.az “Sputnik”in Hindistan bürosuna istinadən xəbər verir ki, bu barədə Hindistan Baş Qərargah rəisi Manoc Tuli məlumat verib.

Ehtimal edilir ki, təlimlərin başqa bir məqsədi hər hansı bir provokasiya zamanı ordunun hazırlığını öz qonşusuna nümayiş etdirməkdir. Təlimlərin başlamasından cəmi iki gün əvvəl Pakistan potensial nüvə müharibəsi xəbərdarlığını edib.

“Tanklar və digər silahlı nəqliyyat vasitələri ilə müşayiət olunan çox böyük sayda əsgər əməliyyat zamanı manevr qabiliyyətinin yaxşılaşdırılması üçün təlimlərə başlayıb”, - deyə Tuli bildirib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın dekabrın 18-də açıqlanan Milli Müdafiə Strategiyasında Hindistanın cənubi Asiyada terrorizmlə mübarizədə ABŞ-ın strateji müttəfiqi kimi qəbul edilməsindən sonra Pakistan Milli Təhlükəsizlik Müşaviri Nasir Xan cənubi Asiyada potensial nüvə müharibəsi xəbərdarlığı edib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Hindistan   Təlimlər  

Xəbər lenti

Hindistan Pakistanla sərhəddə genişmiqyaslı hərbi təlimlərə başladı

2017/12/45645645645_1513772666.jpg
Oxunub: 417     16:22     20 Dekabr 2017    