Polşa HDQ son 20 il ərzində ilk milli gəmi ilə təchiz olunub

2017/12/Минный-тральщик-Kormoran6456_1512128042.jpg
Oxunub: 414     15:32     01 Dekabr 2017    
Qdanskda “Remontowa” tərsanəsində “Kormoran” tral gəmisinin Polşa Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi şərəfinə təntənəli tədbir keçirilib.

Ordu.az “Voenno-promışlennıy kuryer” nəşrinə istinadən xəbər verir ki, bu barədə “Navyrecognition.com” saytı məlumat yayıb.

Polşa tərsanələri 90-cı illərin ortalarından sonra Hərbi Dəniz Qüvvələrinə bir ədəd belə olsun gəmi təhvil verməyib.

Yeni tral gəmisi “Kormoran-2” layihəsi çərçivəsində bütünlükdə Polşada istehsal olunub.

Xatırladaq ki, proqram üzərində işlər 1999-cu ildə başlansa da, 2002-ci ildə Polşa Müdafiə Nazirliyi maddi problemlərə görə proqramı dondurmuşdu. 2011-ci ildə isə proqram üzərində işlər yenidən bərpa edilib.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Kormoran-2   Polşa  

Xəbər lenti

Polşa HDQ son 20 il ərzində ilk milli gəmi ilə təchiz olunub

2017/12/Минный-тральщик-Kormoran6456_1512128042.jpg
Oxunub: 415     15:32     01 Dekabr 2017    