Rusiya HDD 2018-ci ildə 500-dən çox təlim keçirəcək

2017/12/45645645_1512124262.jpg
Oxunub: 533     14:29     01 Dekabr 2017    
“Rusiya Hərbi Dəniz Donanmasının döyüş hazırlığına (HDD) 2018-ci ildə 500-dən çox təlim daxil edilib”.

Ordu.az “Krasnaya qazeta” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Hərbi Dəniz Donanmasının baş komandanı, admiral Vladimir Korolyev bildirib.

“Hərbi Dəbiz Donanması qüvvələrinin planında dənizlərdə 500-dən çox təlimin keçirilməsi nəzərdə tutulub”, - deyə admiral bildirib.

Korolyevin sözlərinə görə, HDD dənizçiləri həmçinin Rusiya və Çinin birgə təlimləri olan “Dəniz tərəfdaşlığı-2018” və “İndra” Rusiya-Hindistan dəniz təlimlərində iştirak edəcəklər.

Eyni zamanda Rusiya HDD qüvvələri Beynəlxalq Hərbi Oyunlarda da iştirak edəcək.

“2017-ci ilin dekabrından 2018-ci ilin iyuluna qədər donanmanı əsas hərbi-dəniz paradına intensiv hazırlıq gözləyir”, - deyə admiral vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

Teqlər: HDD   Rusiya  

Xəbər lenti

Rusiya HDD 2018-ci ildə 500-dən çox təlim keçirəcək

2017/12/45645645_1512124262.jpg
Oxunub: 534     14:29     01 Dekabr 2017    